Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
ABŞ-İran qarşıdurması fonunda Vaşinqtonun Yaxın Şərqdə hərbi hazırlıqlarını artırdığı barədə yeni məlumatlar yayılıb. Prezident Donald Tramp noyabrda keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı zərbələrin yenidən gücləndirilə biləcəyini bildirib. Bunun ardınca Axios ABŞ-ın Səudiyyə Ərəbistanı və Qətərdə neft-qaz obyektlərinin müdafiəsi üçün əlavə "Patriot" sistemləri yerləşdirdiyini yazıb.
The Wall Street Journal və digər ABŞ mediasının məlumatlarına görə isə regiona təxminən 9-10 min əlavə ABŞ hərbçisinin göndərilməsi planlaşdırılır. Bu addımlar Vaşinqtonun mümkün yeni hərbi əməliyyat ssenarilərinə hazırlıq gördüyü barədə müzakirələri yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra rəsmi Vaşinqton İran-ABŞ münasibətlərinə daha çox diqqət ayıracaq. Buna görə də indidən müxtəlif ssenarilərə hazırlıq görülür. Çünki bu qeyri-müəyyənlik artıq dünya iqtisadiyyatına da çox ciddi təsir göstərməkdədir.
Ona görə də hər iki tərəf son döyüşə və üstün mövqedə danışıqlara hazırlaşırlar. Hər halda danışıqlardan əvvəl mövqe döyüşü ola bilər. Eyni zamanda ABŞ-da keçiriləcək aralıq seçkilərinin nəticələrinin də ABŞ-İran müharibəsinə təsir göstərə biləcəyi ehtimalı da istisna olunmur.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1171 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Ho Şi Minin məqbərəsinə baş çəkdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnamın qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyu
20 noyabrAzərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna
20 noyabrKəlbəcərin işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı. Kəlbəcər Azərbaycanı
21 noyabrArzu və Leyla Əliyevalar Vyetnamda - Foto
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Vyetnamın Hanoy şəhərində çəkdirdikləri fotonu paylaşıb. Həmin fotonu təqdim edirik:
20 noyabrMariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini
17 noyabrPrezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - Yenilənib
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam deyib:
21 noyabr