"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan
Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır.
Bəs sovetlər birliyindən qalan binaların hamısı niyə sökülmür, onların sökülməsi hansı şərtlərdən asılıdır və bu proses nə vaxt sürətlənə bilər?
Mövzu ilə bağlı şəhərsalma və inşaat məsələləri üzrə ekspert, novator memar Muxtar Ərturan Sonxeber.az-a açıqlamasında bildirdi ki, inşaat məsələləri üzrə ekspert olaraq bildirirəm ki, Sovet dövründə tikilmiş binaların hamısına eyni yanaşmaq düzgün deyil. Binanın yaşı onun avtomatik sökülməsi üçün əsas olmamalıdır. İlk növbədə konstruktiv vəziyyət, seysmik dayanıqlıq və istismar təhlükəsizliyi üzrə texniki audit aparılmalıdır. Bərpası mümkün bina bərpa edilməli, gücləndirilə bilən bina gücləndirilməli, real təhlükə yaradan bina isə yenilənməlidir. Əsas məsələ bundan sonra başlayır. 5 mərtəbəli binanı söküb yerində 16-20 mərtəbəli bina tikəndə yalnız bina dəyişmir, həmin ərazinin infrastruktur yükü bir neçə dəfə artır. Daha çox sakin, avtomobil, su və elektrik istehlakı, kanalizasiya yükü, parklanma, məktəb, bağça və ictimai nəqliyyat tələbi yaranır.
Bu gün Bakı-Abşeronda, o cümlədən Sumqayıtda güclü yağışlardan sonra yaranan subasmalar yağış sularının idarə olunması və mühəndis şəbəkələrinin imkanlarının nə qədər vacib olduğunu göstərir. Bakıdakı tıxac problemi də eyni məntiqi ortaya qoyur: tikinti sıxlığı artdıqca yol və mühəndis infrastrukturu paralel gücləndirilməlidir.
Bir memar kimi hesab edirəm ki, düzgün ardıcıllıq belədir: əvvəl ərazinin daşıma qabiliyyəti hesablanmalıdır - yol neçə avtomobil qəbul edir, kanalizasiya və yağış suyu sistemi əlavə yükü götürürmü, su və elektrik təminatı kifayətdirmi, parklanma və sosial infrastruktur varmı? Yalnız bundan sonra yeni tikilinin sıxlığı və mərtəbəliliyi müəyyən edilməlidir.
"VR Standartları 2026" yanaşmasında da bina ayrıca obyekt kimi deyil, insan-məkan-infrastruktur sisteminin bir hissəsi kimi qiymətləndirilir. Yeni tikinti yalnız öz sakinləri üçün komfort yaratmamalı, mövcud məhəllənin yaşayış keyfiyyətini də aşağı salmamalıdır.
Mənim mövqeyim belədir: köhnə binanı yenisi ilə əvəz etmək inkişaf ola bilər. Amma köhnə infrastruktura dəfələrlə artıq yük gətirən yeni bina tikmək inkişaf deyil - gələcəyin problemini bu gündən tikməkdir.
Şəhərsalmanın əsas prinsipi "əvvəl bina, sonra yol və kanalizasiya" deyil; əvvəl infrastrukturun daşıma qabiliyyəti, sonra tikinti olmalıdır.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
Aqşin Fatehə ağır itki