Ata narkotik istifadəsinə görə mübahisə etdiyi oğlunu öldürdü - VİDEO
İzmirin Qaziemir rayonunda narkotik maddə istifadəsi ilə bağlı ata ilə oğlu arasında yaranan mübahisə faciə ilə nəticələnib. 46 yaşlı B.K. 21 yaşlı oğlu Furkan K.-nı ov tüfəngi ilə vuraraq öldürüb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə dünən saat 21:15 radələrində Qaziemir rayonunun Aktepe məhəlləsində baş verib. Məlumata görə, B.K. ilə oğlu Furkan K. arasında gəncin narkotik maddə istifadəsi ilə bağlı mübahisə yaranıb. Qısa müddətdə böyüyərək davaya çevrilən mübahisə zamanı ata evdə olan pompalı tüfəngi götürərək oğluna atəş açıb.
Tüfəngdən açılan atəş nəticəsində saçmalar Furkan K.-nın sinə nahiyəsinə dəyib. Ağır yaralanan gənc hadisə yerində yerə yıxılıb.
Ətrafdakı sakinlərin silah səslərini eşidərək polisə və təcili tibbi yardım xidmətinə məlumat verməsindən sonra əraziyə polis və tibbi briqadalar göndərilib. Həkimlərin müayinəsi zamanı Furkan K.-nın həyatını itirdiyi müəyyənləşib.
Gəncin meyiti hadisə yeri üzrə araşdırma və prokurorun baxışından sonra ekspertiza üçün İzmir Ədli Tibb Qurumu morquna aparılıb.
Oğlunu vurduqdan sonra hadisə yerindən uzaqlaşan B.K. qısa müddət sonra cinayətdə istifadə etdiyi pompalı tüfənglə polis bölməsinə gedərək təslim olub. Silah müsadirə edilərək maddi sübut kimi götürülüb.
Saxlanılan B.K.-nın polis bölməsində ifadəsinin alındığı və araşdırmanın davam etdiyi bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 500 Tarix: 18 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı
Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri
2 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrBakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrMasazırda mənzildə yanğın oldu - VİDEO
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən çoxmərtəbəl
30 sentyabr