Həkimdən HƏYƏCAN TƏBİLİ: Bağırsaq xərçəngi gəncləşir

Həkimdən HƏYƏCAN TƏBİLİ: Bağırsaq xərçəngi gəncləşirAzərbaycanda bağırsaq xərçəngi ilə mübarizədə ən böyük problem təkcə gec diaqnoz deyil. Bunun arxasında maarifləndirmənin kifayət qədər olmaması, insanların ilk simptomları ciddiyə almaması, həkimə gec müraciət etməsi və sosial məsuliyyətin aşağı olması dayanır.

Son illər dünyada həkimləri və alimləri narahat edən tendensiyalardan biri bağırsaq (kolorektal) xərçənginin getdikcə daha gənc yaşlarda aşkarlanmasıdır. Əgər əvvəllər bu, əsasən 50 yaşdan yuxarı insanların xəstəliyi hesab olunurdusa, indi 20-40 yaş arası şəxslərdə bağırsaq xərçəngi diaqnozuna daha tez-tez rast gəlinir.

Augusta Universitetinin tədqiqatçılarının hazırladığı hesabatda da qeyd edilir ki, bağırsaq xərçəngi artıq yaşlı nəslin xəstəliyi olmaqdan çıxıb. Dünyada 50 yaşdan aşağı insanlarda bu diaqnozun qoyulma tezliyi kəskin şəkildə artır və bu, qlobal səhiyyə sistemlərindən erkən skrininq proqramlarını yeniləməyi tələb edir.

Bəs Azərbaycanda vəziyyət necədir? Bağırsaq xərçəngi ölkəmizdə də gəncləşirmi? Risk qrupuna kimlər daxildir və xəstəliyin erkən aşkarlanması üçün nələrə diqqət yetirmək lazımdır?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Xəstəliyin yayılma göstəricilərində artım müşahidə olunur"

"Liv Bona Dea" xəstəxanasının Onkologiya şöbəsinin müdiri, tibbi onkologiya uzmanı Altay Əliyev bildirdi ki, dünya üzrə statistik göstəricilərdə kolorektal xərçəng görülmə tezliyinə görə üçüncü, xərçənglə bağlı ölüm hallarına görə isə ikinci yerdədir. Azərbaycanda son statistik məlumatlara əsasən, bu xəstəlik bütün xərçəng növləri arasında görülmə tezliyinə görə dördüncü, ölüm səbəbi kimi isə üçüncü yerdə qərarlaşıb: "Ən çox hallara 50 yaşdan yuxarı yaş qrupunda rast gəlinsə də, son illərdə həm dünyada, həm də Azərbaycanda xəstəliyin yayılma göstəricilərində artım müşahidə olunur. Gənc yaşda aşkarlanan kolon xərçəngi hallarının ümumi kolon xərçəngi xəstələri arasında payı təxminən 10 faiz təşkil edir. Daha detallı statistik göstəricilərə əsasən, 1992-2005-ci illər arasında kolorektal xərçəngin görülmə tezliyi 100 000 gənc əhali üzrə artım göstərib. Bu artım kişilərdə 1.5 faiz, qadınlarda isə 1.6 faiz təşkil edib. Gənc yaş qrupunda bu xəstəlik kişilər arasında daha çox müşahidə olunur".

Onkoloqun sözlərinə görə, bioloji və klinik xüsusiyyətlər baxımından gənc xəstələrdə kolon xərçəngi daha aqressiv gedişli ola bilir və bəzi hallarda müalicəyə daha az həssaslıq göstərir.

Bağıraq xərçənginin gəncləşmə səbəbi nədir?

Xəstəliyin gəncləşmə səbəblərinə gəldikdə isə həkim bildirir ki, qidalanma vərdişlərindəki dəyişikliklər mühüm rol oynayır: "Süni və yarıemal olunmuş fabrikat qidaların istifadəsinin artması, süd və lif tərkibli məhsulların istehlakının azalması risk faktorlarının yüksəlməsinə səbəb kimi göstərilir. Genetik və bioloji mexanizmlər baxımından isə gənc xəstələrdə bəzi irsi sindromların, o cümlədən "Lynch" sindromunun daha çox rast gəlinməsi diqqət çəkir. Eyni zamanda, son illərdə gənclər arasında artıq çəki və şəkərli diabet halları da bağırsaq mikrobiotasına təsir edərək xəstəliyin yaranmasına zəmin yaradan amillər sırasında göstərilir".

Ən həyat qurtarıcı yanaşma

Həkim vurğulayır ki, əlamətlər ortaya çıxdıqdan sonra müraciət edən xəstələrdə çox vaxt artıq irəliləmiş mərhələdə xəstəlik diaqnozu qoyulur. Buna görə risk qruplarının müəyyənləşdirilməsi və əlamət olmadan skrininq müayinələrinin aparılması tövsiyə edilir: "Bu müayinələrə kolonoskopiya və nəcisdə gizli qanın yoxlanılması daxildir. Ən həyat qurtarıcı yanaşma isə xəstəlik əlamət vermədən diaqnozun qoyulması və ya xərçəngönü proses sayılan poliplərin vaxtında aşkar edilərək götürülməsidir. Nəcisdə qan, səbəbsiz çəki itkisi və bağırsaq funksiyasında, o cümlədən defekasiya vərdişlərində pozulmalar xəbərdaredici əlamətlər kimi qiymətləndirilməlidir. Erkən diaqnoz üçün nəcisdə gizli qan analizi və kolonoskopiya tövsiyə edilir. Kolon xərçəngi skrininqi məqsədilə artıq bir çox ölkədə 45 yaşdan etibarən kolonoskopiya məsləhət görülür. Kolonoskopiyanın əhəmiyyəti təkcə erkən diaqnozla məhdudlaşmır. Bu müayinə bağırsaqda aşkarlanan poliplərin çıxarılmasına imkan verir və gələcəkdə xərçəngin yaranmasının qarşısını almaqda mühüm rol oynayır".

"Qəhrəmanlıq" və ya "sağlamlıq göstəricisi"

Onkoloq bağırsaq xərçəngi ilə bağlı cəmiyyətdə yayılmış yanlış təsəvvürlər haqqında da məlumat verdi: "Ən geniş yayılmış yanlış təsəvvür onun yalnız yaşlı insanların xəstəliyi olması fikridir. Digər təhlükəli yanaşma isə heç bir şikayət yoxdursa, narahat olmağa ehtiyac olmadığı düşüncəsidir. Halbuki erkən mərhələdə kolorektal xərçəng çox vaxt heç bir simptom vermir və yalnız skrininq müayinələri vasitəsilə aşkarlana bilər. Ümumiyyətlə, ən təhlükəli və tez-tez rast gəlinən yanlış düşüncələrdən biri uzun müddət həkimə müraciət etməməyin "qəhrəmanlıq" və ya "sağlamlıq göstəricisi" kimi qəbul edilməsidir."

Həkimin sözlərinə görə, Azərbaycanda bağırsaq xərçəngi ilə mübarizədə ən böyük problem təkcə gec diaqnoz deyil. Bunun arxasında maarifləndirmənin kifayət qədər olmaması, insanların ilk simptomları ciddiyə almaması, həkimə gec müraciət etməsi və sosial məsuliyyətin aşağı olması dayanır: "Bir çox xəstələr nəcisdə qan, bağırsaq vərdişlərində dəyişiklik, səbəbsiz çəki itkisi və ya uzunmüddətli qarın ağrılarını hemorroy, sadə həzm problemi kimi qiymətləndirərək aylarla həkimə müraciəti gecikdirirlər. Skrininq mədəniyyətinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Kolorektal xərçəng azsaylı xərçəng növlərindən biridir ki, skrininq vasitəsilə təkcə erkən aşkarlanması deyil, həm də xərçəngə çevrilməzdən əvvəl poliplərin aşkar edilərək çıxarılması ilə qarşısını almaq mümkündür. Buna görə də ictimai maarifləndirmənin gücləndirilməsi, risk qruplarının vaxtında müayinələrə cəlb edilməsi və erkən diaqnostika proqramlarının genişləndirilməsi xəstəlikdən ölüm hallarının əhəmiyyətli dərəcədə azalmasına töhfə verə bilər".

"Erkən diaqnoz həyat xilas edir"

Həkim əlavə edir ki, ən güclü müdafiə vasitəsi erkən diaqnozdur: "Klassik prinsip dəyişmir: erkən diaqnoz həyat xilas edir və bir çox hallarda xəstəliyin tam müalicəsinə imkan yaradır. Simptomları görməzdən gəlmək olmaz, çünki gecikdirilən hər ay müalicə şansına mənfi təsir göstərə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 428   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar

"Soyuqdəymə və qrip zamanı düzgün seçilmiş qidalar orqanizmin bərpasını sürətləndirir". xəbər verir ki, bu sözləri amerikalı dietoloq Bet Çervoni deyib. Mütəxəssis xəstəlik dövründə maye, kalori və bəsləyici maddələrlə zəngin olan bulyon və şorbalara üstünlük verməyi tövsiyə edib:. "Şorbanı

26 sentyabr
.

Alimlər geniş yayılmış xəstəliklərlə xərçəng arasında gözlənilməz əlaqə tapdı

Dünyada hər səkkizinci xərçəng hadisəsi, ehtimal ki, infeksiyalar nəticəsində yaranıb. Bu qənaətə Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) tədqiqatçıları 2024-cü ilin məlumatlarını təhlil etdikdən sonra gəliblər. Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek" yazır. Söhbət həmi

1 oktyabr
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

5 oktyabr
.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin: Nəticəni dəyişdirir

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəyə təsir edə biləcək, tez-tez rast gəlinən, lakin o qədər də nəzərə çarpmayan səhvlər

27 sentyabr
.

Dayanmadan öskürürsünüz?

Öskürək ilin hər fəslində qarşılaşa biləcəyimiz bəladır. Bəzən bu, uzunmüddətli, bəzən isə qısa ola bilər. Axşam.az xəbər verir ki, insanı ən çox narahat edən isə uzun müddət davam edən öskürəkdir. Onu azaltmaq üçün səbəbə uyğun üsul seçmək vacibdir. Ev şəraitində bunlar faydalı ola bilər:. İlıq su v

26 sentyabr
.

Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR

Orqan donorluğu həyati əhəmiyyət daşıyan tibbi prosedur olsa da, donor üçün də müəyyən sağlamlıq riskləri yarada bilər. Əməliyyatın özü, bərpa dövrü və orqan funksiyasındakı dəyişikliklər donorun sağlamlıq vəziyyətindən və hansı orqanın bağışlanmasından asılı olaraq müxtəlif fəsadlara səbəb ola bilər

25 sentyabr
.

Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı

Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər

28 sentyabr
.

Azərbaycanda qətliam kimi iki xəstəlik - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. İki göstəricinin illər üzrə cəmi 54 973 təşkil edib. İnfark

4 oktyabr
.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

27 sentyabr