Xaricə getmək istəyənlərə ŞAD XƏBƏR: Aviabiletlər daha ƏLÇATAN OLACAQ

Xaricə getmək istəyənlərə ŞAD XƏBƏR: Aviabiletlər daha ƏLÇATAN OLACAQAzərbaycandan birbaşa beynəlxalq uçuşların artırılması və aşağıbüdcəli aviaşirkətlərin bazara daxil olması aviabiletlərin qiymətlərinin daha rəqabətli formalaşmasına imkan yarada bilər. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda 40 aviaşirkət fəaliyyət göstərir və onların bir hissəsi low-cost və ya hibrid model üzrə işləyir, uçuş şəbəkəsinin genişləndirilməsi də davam edir.

Bəs, birbaşa uçuşların və aşağıbüdcəli aviaşirkətlərin sayının artırılması aviabiletləri nə dərəcədə ucuzlaşdıra bilər və bu, həm Azərbaycana gələn turistlərin sayına, həm də vətəndaşların xaricə səfər imkanlarına necə təsir göstərə bilər?
Xaricə getmək istəyənlərə ŞAD XƏBƏR: Aviabiletlər daha ƏLÇATAN OLACAQMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev bildirib ki, Azərbaycanda birbaşa beynəlxalq uçuşların sayının artırılması və aşağıbüdcəli aviaşirkətlərin ölkə bazarına cəlb edilməsi ilk növbədə aviabiletlərin qiymətlərinin daha əlçatan olmasına müsbət təsir göstərə bilər.

"Bazarda aviaşirkətlərin və istiqamətlərin sayının artması rəqabəti gücləndirərək qiymətlərin optimallaşmasına şərait yaradacaq. Bu isə həm ölkə vətəndaşlarının daha münasib qiymətlərlə xaricə səyahət imkanlarını genişləndirəcək, həm də Azərbaycana gələn turistlərin səyahət xərclərini azaldacaq. Xüsusilə Avropa, Asiya və Yaxın Şərq istiqamətlərinə birbaşa uçuşların artırılması Azərbaycanın turizm bazarına yeni turist seqmentlərinin cəlb olunmasına imkan verə bilər".

Ekspert bildirib ki, aşağıbüdcəli aviaşirkətlərin fəaliyyəti yalnız qiymət baxımından deyil, yeni marşrutların açılması və uçuş tezliyinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyır:

"Bununla yanaşı, turist axınının artması üçün uçuşların sayının artırılması ilə paralel olaraq ölkədə xidmət keyfiyyəti, hotel infrastrukturu və qiymət siyasəti də təkmilləşdirilməlidir. Düşünürəm ki, düzgün marşrut strategiyası və rəqabətli tariflər tətbiq olunarsa, bu addımlar Azərbaycana xaricdən turist axınının əhəmiyyətli dərəcədə artmasına real imkan yarada bilər. Eyni zamanda, aviasiya əlçatanlığının yüksəlməsi Azərbaycanın regional turizm və nəqliyyat mərkəzi kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Turizm   Baxılıb: 794   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İz qoymaq üçün tarixin izini silənlər: Şuşanın təbii irsi üçün hansı risklər yaranır?

Şuşada bəzi turistlərin qayaların üzərinə müxtəlif yazılar yazması həm təbiətə, həm də tarixi əhəmiyyət daşıyan məkanlara zərər vurulması ilə bağlı narahatlıq yaradıb. Qoruq İdarəsinin məlumatına görə, bu cür yazılar sonradan silinsə də, təmizləmə zamanı qayalara əlavə zərər dəyməsi mümkündür və bel

7 sentyabr
.

Almaniya təhlükəsizlik təhdidi səviyyəsini qaldırıb

Almaniya artan həyəcan siqnalları və kəşfiyyat məlumatları fonunda təhlükəsizlik təhdidi səviyyəsini "abstrakt"dan "yüksək"ə qaldırıb. "Report"un məlumatına görə, bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindт "Welt am Sonntag" qəzetinə müsahibəsind

18 iyul
.

Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq

Yaponiyanın məşhur "VIVANT" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosu (ATB) məlumat yayıb. Bildirilib ki, serialın Azərbaycanda çəkilişləri başa çatıb. Agentlik "Tokyo Broadcastin

15 oktyabr
.

Türkiyədə hoteldə baş vermiş yanğınla bağlı müttəhimlərə 2 min ilədək həbs cəzası tələb olunur

Türkiyənin Bolu vilayətindəki "Kartalkaya" dağ-xizək kurortunda hoteldə baş verən yanğınla bağlı istintaq aparan prokurorluq ittiham aktı hazırlayıb və bəzi müttəhimlər üçün 2 min ilə yaxın həbs cəzası tələb edir. xəbər verir ki, bu barədə "A haber" telekanalı məlumat verib. Qey

18 may 2025
.

Dağıstanda daha bir yüksəkvəzifəli məmur saxlanılıb

Rusiyanın təhlükəsizlik orqanları Dağıstanın Qarabudaqkənd rayonunun rəhbəri Mahmud Əmirəliyevi saxlayıblar. -ın məlumatına görə, bu barədə TASS agentliyi Rusiya təhlükəsizlik orqanlarına istinadən məlumat verib. Qeyd olunur ki, Mahmud Əmirəliyev bir neçə gün əvvəl saxlanılan Dağıstan Respublikasını

5 iyul 2025
.

Qədim vulkanın altından 1,5 trilyon dollarlıq sərvət çıxdı

ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir vulkanın (McDermitt Kalderası) altında dünyanın ən böyük litium yatağı kəşf edilib. Bu kəşf həm enerji sektoru, həm də qlobal iqtisadiyyat üçün böyük bir inqilab deməkdir. xəbər verir ki, tədqiqatçılar bu ərazidə təxminən 20 ilə 40 milyo

21 fevral
.

Cəfər Qarayev: Ər-Riyad sərgisi Azərbaycan turizminin təbliği baxımından son dərəcə məhsuldar keçib

8-10 sentyabr 2026-cı il tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən WTM Spotlight Riyadh 2026 beynəlxalq turizm sərgisində Zakher Travel olaraq Azərbaycanı təmsil etməkdən böyük qürur duyduq. xəbər verir ki, bunu sözügedən şirkətin prezidenti Cəfər Qara deyib. O bildirib ki, Zakhe

15 sentyabr
.

Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb

Avropa ölkələrinin nümayəndələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin olunması məsələsi ilə bağlı İranın hərbi-dəniz qüvvələri, xüsusilə də İslam İnqilabı Keşikçiləri Korpusu ilə (SEPAH) danışıqlara başlayıblar. xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb

17 may
.

Azərbaycana Çindən turist axını iyunda 76 % artıb

Bu ilin iyun ayında Azərbaycana ölkələrindən 237 509 turist ziyarət edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11 % azdır. "Report" bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir. Sənədə əsasən, ötən ay Azərbaycana ən çox turist 73 415 ( - 11 %) nəfər olmaqla Rusiyada

24 iyul 2025