Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq
Yaponiyanın məşhur "VIVANT" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosu (ATB) məlumat yayıb.
Bildirilib ki, serialın Azərbaycanda çəkilişləri başa çatıb. Agentlik "Tokyo Broadcasting System Television, Inc." (TBS) ilə əməkdaşlıq çərçivəsində post-prodakşn mərhələsinə dəstək göstərib.
Məlumata əsasən, serialın auditoriyasına Azərbaycanı daha geniş tanıtmaq məqsədilə "TBS" və "VIVANT"ın tanıtım kanalları vasitəsilə xüsusi kommunikasiya kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində sosial media paylaşımları, media və qəzet materialları, serialın rəsmi internet səhifəsində Azərbaycana həsr olunmuş xüsusi məzmun, bələdçi kitabı, aktyorların iştirakı ilə televiziya proqramları və çəkilişlərin pərdəarxası görüntülərinin təqdim edilməsi nəzərdə tutulur.
Serialın ikinci mövsümü Yaponiyada "TBS", "U-NEXT" və "TVer" platformalarında yayımlanacaq, daha sonra isə "Netflix" vasitəsilə beynəlxalq auditoriyaya təqdim olunacaq.
"VIVANT" serialının ilk mövsümü Yaponiyada 60 milyondan çox tamaşaçıya çatıb. İkinci mövsümdə Azərbaycanın geniş təqdim olunması ölkənin təbii və mədəni irsinin beynəlxalq auditoriyaya çatdırılmasına, eləcə də müxtəlif turizm məkanlarına marağın artırılmasına xidmət edəcək.
Bundan əlavə, "TBS" ilə əməkdaşlıq çərçivəsində bu ilin əvvəlində "World Heritage" proqramının çəkilişləri Azərbaycanda həyata keçirilib. Proqram vasitəsilə ölkənin turizm məkanlarının Yaponiyada tanıdılması istiqamətində iş aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 191 Tarix: 15 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda bəzi sahələrdə əcnəbilərin işləməsi qadağan edilir
Gürcüstan hökumətinin xüsusi qərarı ilə 2026-cı il martın 1-dən etibarən ölkədə xarici vətəndaşların bir sıra sahələrdə işləməsi tam şəkildə məhdudlaşdırılacaq. xəbər verir ki, məlumatı "Sputnik Gürcüstan" yayıb. Yeni qaydalara əsasən, əcnəbilərin kuryerlikdə, sərnişin daşımalarında, o cümlədə
22 fevralƏraqçi: İranın yeni ali rəhbəri yaxın günlərdə seçiləcək
ABŞ və İsrail İrandakı siyasi sistemin dəyişməsinə ümid etməməlidirlər, bu vəzifə onlar üçün mümkün deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına verdiyi açıqlamada bildirib. "Əgər onların məqsədi sistemi dəyişdirməkdirsə
1 martRusiya ABŞ-nin Zaporojye AES-lə bağlı təklifini rədd edib
Rəsmi Moskva Vaşinqtonun Ukraynadakı münaqişəni həll etmək üçün Zaporojye Atom Elektrik Stansiyasını ABŞ-ın nəzarətinə keçirmək təklifinə qarşı çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Amerikanın təklifinə görə, ABŞ Zaporojye AES-ə nəzarə
8 fevralBƏƏ Suriyada vəziyyətin sabitləşdirilməsi səylərini dəstəkləyir
BƏƏ silahlı qrupların Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinə hücumlarını pisləyib və respublikada təhlükəsizliyin təmin edilməsi üçün tədbirləri dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Qeyd olunub ki
9 mart 2025Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan Asiyanın əsas bölgəsindən ümumilikdə 94 min 846 turist qəbul edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % azdır. Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 52,1 % azalaraq 34 031 nəfər, Mərkəz
30 mayKonqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola hallarının sayı 7 00-i keçib, təxminən 3 400 nəfərin öldüyü bildirilir. Bu barədə hökumətin yayımladığı son hesabatda məlumat verilib. Sentyabrın 10-na olan məlumata görə, səhiyyə orqanları 7 022 təsdiqlənmiş yoluxma və 3 398 ölüm halı qeydə alıb. Beləliklə
12 sentyabrAzərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 5 747 turist gəlib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur. Üç ay ərzində daha çox turist ABŞ-dən gəlib - 3 789 nəfər. Bu göstərici 1 il əvvələ nisbətə
30 may