Diqqət! "Tam normal həyat tərzi olan şəxslər də vərəmə yoluxa bilər"

Diqqət! "Tam normal həyat tərzi olan şəxslər də vərəmə yoluxa bilər""Tam normal həyat tərzi və yaşayış şəraiti olan şəxslər də vərəmə yoluxa bilər".
Bu sözləri Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramovun sözlərinə görə, vərəm – vərəm çöpləri tərəfindən törədilən xronik yoluxucu xəstəlik olduğunu deyib.
Onun sözlərinə görə, vərəm çöpləri 1882-ci il, martın 24-də alman alimi Robert Kox tərəfindən kəşf edilib. Vərəm haqqında olan tarixi məlumatların araşdırılması bu xəstəliyin yaşının bəşəriyyətin, canlıların yaşı ilə eyni olması qənaətinə gəlməyə əsas verir:
"Vərəmin törədicisinin, yəni vərəm çöplərinin 135 il, ona qarşı istifadə edilən ilk dərman preparatı olan streptomisinin isə 73 ildir ki, kəşf olunmasına baxmayaraq bu xəstəlik tarix boyu epidemiya halını alaraq çoxsaylı insan tələfatına səbəb olub. Son illər bütün dünyada olduğu kimi, bizdə də vərəmin epidemioloji göstəricilərində müəyyən müsbət dinamika olmasına baxmayaraq, hal-hazırda da bütün dünyada vərəm xəstəliyi qlobal problem olaraq qalmaqdadır. Xüsusilə, son illər dünyada dərmanlara dözümlü vərəmlə yoluxma, xəstələnmə halları daha çox rast gəlinir. Vərəm xəstəliyi ən çox tənəffüs orqanlarında, ağciyərlərdə rast gəlsə də orqanizmin bütün orqan və sistemlərinin vərəm mənşəli zədələnməsi mümkündür. Belə ki, sümük-oynaq sisteminin, limfa düyünlərinin, ginekoloji orqanların, qarın boşluğu orqanlarının, dərinin, gözün və s. orqanların vərəm xəstəliyi təcrübədə müşahidə edilən patologiyalardandır".
R.Bayramovun sözlərinə görə, vərəm əsasən aerogen, yəni tənəffüs yolu vasitəsilə yoluxur. Xəstəliyin əsas yoluxma mənbəyi vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələrdir. Bu xəstələrin öskürməsi və asqırması nəticəsində (hava-damcı yolu) və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir:
"Bundan başqa vərəmə qida, təmas və s. yollarla da yoluxmaq mümkündür. Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca faktor deyil. Çünki, vərəm çöpləri yoluxduğu orqanizmdə latent ("yatmış") formada qalaraq xəstəlik törətməyə bilər və yaxud immunitetin zəiflədiyi zamanda aktiv formaya keçərək xəstəlik törədə bilir. Çox yerinə düşən bir deyim var ki, vərəm elə xəstəlikdir ki, heç vaxt öz vizit kartını əvvəlcədən heç kəsə göndərmir. Bu baxımdan hər bir kəs ömrünün istənilən dövründə vərəmlə xəstələnə bilər. Ancaq təbii ki, vərəmlə xəstələnməyə görə risk qrupu olan şəxslər var ki, o, insanlarda vərəm daha çox rast gəlinir. Bu risk qrupunu təşkil edən insanlarda immunitetin zəifləməsi əsas faktorlardan biridir.
Cəmiyyətdə vərəm xəstəliyinə münasibətin birmənalı və müsbət olmaması vərəmə tutulan şəxslərin əksər hallarda öz xəstəliyini gizlətməyə çalışmasına səbəb olur. Burada bir səbəb də, cəmiyyətdə vərəmlə qeyri-normal, o cümlədən tüfeyli həyat tərzi keçirən şəxslərin, alkoqoliklərin, narkomanların, həsxanada olanların xəstələnməsi fikrinin olmasıdır. Düzdür, bu insanlarda vərəm daha çox rast gəlinir. Ancaq tam normal həyat tərzi və yaşayış şəraiti olan şəxslər də vərəmlə xəstələnə bilər. Xüsusilə şəkərli diabet olan, açıq ürək əməliyyatları və digər ağır cərrahi əməliyyatlar keçirən, uzun müddətli hormonal preparatlar qəbul edən, pəhriz saxlayaraq kəskin arıqlayan şəxslər vərəmlə daha çox xəstələnir. Buna görə də, cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə tədbirlərinin artırılması yaxşı olardı".
R.Bayramov deyir ki, vərəmin lokalizasiyasından asılı olmayaraq, bu xəstəlik üçün xas olan nisbi patoqnomik əlamətlər - axşamlar zəif subfebril hərarətin (37,2-37,4 C) olması, gecələr səhərə yaxın boyun, ənsə və kürək nahiyyəsinin tərləməsi, ümimi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsidir. Ən çox tənəffüs orqanlarının, ağciyərlərin vərəmi rast gəldiyi üçün qeyd etmək lazımdır ki, ağciyər vərəminin müxtəlif formalarında nisbi patoqnomik əlamətlərlə yanaşı ən çox müşahidə edilən əlamətlər - 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrı, təngnəfəslik və qanhayxırmanın olmasıdır: "Təbii ki, bu əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmlə xəstə olmasını sübut etmir. Ancaq bu əlamətlər vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək məsləhətdir. Çünki, xəstəliyin diaqnozu aparılan kompleks müayinələrin əsasında mümkündür. Onu da qeyd edim ki, vərəm tam sağalan xəstəlikdir və nə qədər tez aşkar edilib düzgün müalicəyə başlanılarsa nəticəsi bir o qədər effektli olar".

Mənbə: publika.az


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 842   Tarix: 25 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zərərli bilinirdi, ömrü uzadırmış - Alimlər təsdiqlədi

Alimlər müəyyən ediblər ki, kakao və tünd şokoladda olan teobromin maddəsi bioloji qocalmanın daha yavaş getməsinə kömək edir. xəbər verir ki, araşdırma "King's College London" alimləri tərəfindən aparılıb və "Aging" jurnalında dərc olunub. Tədqiqat 2 böyük Avropa layihəsini

13 dekabr
.

Bu şokoladı şəkər xəstələri də yeyə bilər

Hər yaşda insanın istifadə etdiyi şokolad mütəxəssislər tərəfindən çox da tövsiyə edilmir, lakin təmiz kakaodan hazırlanan tünd şokoladın sağlamlığa faydaları diqqət çəkir. Tərkibində şəkər və ya əlavələr olmayan tünd şokoladın antioksidant xüsusiyyəti kimi bir çox faydası var. "Qafqazinfo"

13 dekabr
.

Çinko çatışmazlığı nələrə səbəb olur - problemi aradan qaldırmağın yolları

Çinko insan bədəni üçün həyati əhəmiyyət daşıyan minerallardan biridir. O, immun sistemi, dəri və saç sağlamlığı, dad və qoxu hissi, həmçinin hamiləlik və uşaqlıq dövründə sağlam böyümə üçün vacibdir. İnsan bədəni çinkonu özü istehsal edə bilmir, buna görə onu qida vasitəsilə qəbul etməlidir. Çinko çatışmazlığı

21 dekabr
.

Yeməkdən dərhal sonra çay içmək olmaz - Yan təsiri var

Çay dünyanın ən populyar içkilərindən biridir və onun müxtəlif növlərinin faydaları haqqında çoxsaylı araşdırmalar mövcuddur. Lakin çayın istifadəsi bəzən çox xoşagəlməz yan təsirə səbəb ola bilər. Qaynarinfo -a istinadən xəbər verir ki, çaydakı birləşmələr dəmirin mənimsənilməsinə mənfi təsir göstəri

1 dekabr
.

Həkimlər həyəcan təbili çalır: Malyariyaya qarşı mübarizə dalana dirənib

Uzun illərin nailiyyətlərini məhv edə və səhiyyə sistemlərini həddindən artıq yükləyə biləcək genişmiqyaslı epidemiya təhlükəsi realdır. Qaynarinfo-nun məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, malyariyaya qarşı qlobal mübarizə iqlim dəyişikliyi, parazitlərin dərmanlar

5 dekabr
.

Həkim qəbizliyə səbəb olan gündəlik vərdişləri açıqlayıb

Rusiyalı qastroenteroloq Anna Menşikova qəbizliyə səbəb olan gündəlik vərdişlərdən danışıb. -ya istinadən xəbər verir ki, həkim qəbizliyin əsas səbəblərindən biri kimi balanssız qidalanmanğı göstərib. O bildirib: "Normal bağırsaq funksiyası üçün əsas komponent olan lif çatışmazlığı bağırsaq problemlər

30 noyabr
.

Gecələr şirniyyat yemək zərərlidirmi? - Şəkərin yuxuya təsiri

Əlavə şəkərin həddindən artıq qəbulu ürək-damar xəstəlikləri, ikinci tip diabet və zəif yuxu riski ilə əlaqələndirilir. Qaynarinfo xəbər verir ki, bu barədə "Eatingwell" nəşri yazıb. Məqalənin məzmunu diyetoloq və diplomlu həkim Cessika Boll tərəfindən yoxlanılıb və təsdiqlənib. Bildirili

15 dekabr
.

8 saatdan az yatmaq ömrü qısaldır - Alimlər

Oreqon Sağlamlıq və Elmlər Universitetinin alimləri müəyyən ediblər ki, yuxusuz qalmaq ömrü xeyli qısaldır. xəbər verir ki, tədqiqatın nəticələri "SLEEP Advances" jurnalında dərc olunub. Alimlər ABŞ-dəkı böyük milli məlumat bazasını təhlil edərək CDC tərəfindən 2019-2025-ci illərdə toplanmı

10 dekabr
.

Arıqladıqdan sonra çəki saxlamağın əsas yolları AÇIQLANDI

RusiyaNI Seçenov Universitetində piylənmənin müalicəsinə yanaşmanı dəyişə biləcək və arıqladıqdan sonra nəticəni qorumağa yardım edəcək genişmiqyaslı tədqiqat işlərinə başlanıb. -in məlumatına görə, mikrobiota, yuxu və fiziki aktivliyin öyrənilməsini əhatə edən yeni layihələr barədə Rusiya Elmlər Akademiyasını

12 dekabr