Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilərBədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər.

Milli.Az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəzi fiziki dəyişikliklər ürək-damar xəstəlikləri ilə bağlı ilkin siqnallar verə bilər.

Qulaq məməsində diaqonal xətt - Frank əlaməti

Qulaq məməsini çapraz keçən nəzərəçarpan qırış 1970-ci illərdən etibarən ürək-damar xəstəlikləri ilə əlaqələndirilir. Müxtəlif araşdırmalarda bu əlamətin ateroskleroz və koronar arteriya xəstəliyi ilə əlaqəli ola biləcəyi göstərilib. Lakin qırış yaşla da yarana bildiyindən, onun mövcudluğu təkbaşına xəstəlik diaqnozu hesab edilmir.

Göz qapaqlarında sarı ləkələr

Göz ətrafında yaranan sarımtıl yağ yığıntıları yüksək xolesterinin göstəricisi ola bilər. 2026-cı ildə 17 925 nəfərin iştirakı ilə aparılan araşdırmada ksantelazması olan şəxslərdə 10 il ərzində infarkt keçirmə riskinin təxminən iki dəfə yüksək olduğu müəyyən edilib.

Göz bəbəyinin ətrafında ağ-boz halqa

Korneal arkus adlanan bu halqa xüsusilə yaşlı insanlarda geniş yayılıb. Lakin gənc yaşlarda meydana gəldikdə yüksək xolesterinin əlaməti ola bilər.

Axilles vətərinin qalınlaşması

Dabanın arxa hissəsində yerləşən Axilles vətərində xolesterinin toplanması onun qalınlaşmasına və sərtləşməsinə səbəb ola bilər. "Vətər ksantoması" xüsusilə hiperkolesterinemiyanın xarakterik əlamətlərindən biri hesab olunur. Bu cür dəyişikliklər əllərdə, dirsəklərdə və dizlərdə də müşahidə edilə bilər.

Ayaq tüklərinin azalması

Bir və ya hər iki ayaqda tüklərin nəzərəçarpacaq dərəcədə azalması həmin nahiyəyə qan axınının zəifləməsinə işarə edə bilər. Periferik arteriya xəstəliyi olan insanlarda koronar arteriya xəstəliyi, infarkt və insult riski də daha yüksəkdir.

Ayaq dırnaqlarının çox yavaş uzanması

Ayaq damarları daraldıqda toxumalar kifayət qədər qanla təmin olunmaya bilər. Bu isə dırnaqların böyüməsinin yavaşlamasına səbəb ola bilər. Amerika Ürək Assosiasiyası bu əlaməti periferik arteriya xəstəliyinin fiziki göstəricilərindən biri kimi qeyd edir.

Bir ayağın digərindən daha soyuq olması

Xüsusilə bu hal davamlı və yalnız bir ayaqda müşahidə olunursa, diqqət yetirmək lazımdır. Ayaqda solğunluq, göyərmə və ya rəng dəyişikliklərinin olması da ayaq arteriyalarında daralmadan xəbər verə bilər.

Yaralarının gec sağalması

Kiçik bir yaranın həftələrlə sağalmaması həmin nahiyəyə kifayət qədər qan çatmadığını göstərə bilər. Bu isə geniş yayılmış damar sərtliyinin əlamətlərindən biri ola bilər.

Ayaq biləkləri və ayaqlarda şişkinlik

Hər iki ayaqda yaranan və getdikcə artan şişkinlik, xüsusilə nəfəs darlığı ilə müşayiət olunursa, ürək çatışmazlığının əlaməti ola bilər. Ürək qanı kifayət qədər pompalaya bilmədikdə maye toxumalarda toplanır.

Dodaqların və ya barmaq uclarının göyərməsi

Dodaqların və barmaq uclarının mavimsi rəng alması qan dövranı və ya orqanizmin oksigenlə təmin olunmasında problem olduğunu göstərə bilər. Bu hal ağır ürək çatışmazlığında müşahidə oluna bilər. Lakin ağciyər xəstəlikləri də bu cür rəng dəyişikliklərinə səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 648   Tarix: 06 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər

"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri

9 oktyabr
.

Azərbaycanda qətliam kimi iki xəstəlik - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. İki göstəricinin illər üzrə cəmi 54 973 təşkil edib. İnfark

4 oktyabr
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

7 oktyabr
.

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb

8 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20 oktyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24 oktyabr
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

6 oktyabr