Quru əriyin gizli təhlükələri - Açıqlandı
"Ərik qurusu (qaysı) lif, kalium və karotinoidlərlə zəngindir, lakin onun həddindən artıq istehlakı qarında köp, qurultu və diareyaya səbəb ola bilər".
"Qafqazinfo" xəbər verir ki, bu barədə həkim-endokrinoloq Natalya Çadina xəbərdarlıq edib.
Mütəxəssis qeyd edib ki, ərik qurusunun tərkibində çoxlu kalori və şəkər olduğu üçün insan bu məhsulu asanlıqla normadan artıq yeyə bilər. O, həddindən artıq istehlakın tipik əlamətləri kimi həzm sisteminin xoşagəlməz simptomlarını göstərib. Həkim həmçinin vurğulayıb ki, ərik qurusu dəmir defisitli anemiyanın müalicəsi üçün uyğun deyil, çünki tərkibində dəmir azdır və ətdəki dəmirlə müqayisədə daha pis mənimsənilir.
N. Çadina sağlam yetkin insanlara gündə təxminən 30-40 qram (təqribən 4-6 ədəd) ərik qurusu yeməyi tövsiyə edib. Xüsusilə çəki atan şəxslər, eləcə də şəkərli diabet və insulin dirənci olan pasiyentlər quru meyvələrin miqdarına diqqət yetirməlidirlər. Həkim əlavə edib ki, tərkibinə əlavə şəkər vurulmamış, kif və kənar qoxusu olmayan ərik qurusu seçmək, istifadədən əvvəl isə onu yumaq lazımdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10 noyabrÜzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27 oktyabrKişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4
31 oktyabrGünorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə
Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj
16 noyabrProtein niyə lazımdır?
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır
1 noyabrQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28 oktyabrAdi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın
Orqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qa
15 noyabr