Hovuz suyunda TƏHLÜKƏ: Uşaqlara necə təsir edir?

Hovuz suyunda TƏHLÜKƏ: Uşaqlara necə təsir edir?Hovuz suyunun dezinfeksiyasında xlor mühüm rol oynasa da, onun səviyyəsinin düzgün tənzimlənməsi vacibdir. Xlorun digər maddələrlə reaksiyası nəticəsində yaranan xloraminlər göz, dəri və tənəffüs yollarında qıcıqlanmaya səbəb ola bilər, xüsusilə qapalı hovuzlarda havalandırma da önəm daşıyır.

Bəs, hovuz suyunda xlorun normadan artıq olması uşaqlar üçün hansı sağlamlıq riskləri yarada bilər, valideynlər hovuz seçərkən suyun keyfiyyəti, xlor və pH göstəriciləri, havalandırma və gigiyenik şərait baxımından nələrə diqqət etməlidirlər?
Hovuz suyunda TƏHLÜKƏ: Uşaqlara necə təsir edir?Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən pediatr Aytən İsmayılzadə bildirib ki, hovuz suyunda xlorun normadan artıq olması selikli qişaların qıcıqlanmasına səbəb ola bilər:

"Bu, xüsusilə göz, burun, eləcə də qız uşaqlarında cinsiyyət yollarının selikli qişasında qıcıqlanma yarada bilər. Xlorun yüksək miqdarı uşaqlarda tənəffüs yollarının qıcıqlanmasına, öskürək, gözlərdə sulanma, qaşınma və qızartıya səbəb ola, eyni zamanda allergik fonun aktivləşməsinə gətirib çıxara bilər. Bundan əlavə, xlorun normadan artıq istifadəsi orqanizmdə xlor elementinin miqdarının artmasına səbəb ola bilər. Buna görə də hovuzların dezinfeksiyası zamanı xlor yalnız müəyyən edilmiş norma və qaydalara uyğun şəkildə, lazımi miqdarda istifadə olunmalıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 476   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ

Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ

23 oktyabr
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Gündə minimum addım sayı təyin edildi

Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb

8 oktyabr
.

Qapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk

İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl

9 oktyabr
.

Allergiya qəfil yarana bilər: Səbəbləri nələrdir?

Allergiya həyatın istənilən mərhələsində, hətta yetkinlik dövründə belə qəfil yarana bilər. Araşdırmalar yeni allergiyaların yaranmasına infeksiyalar, hormonal dəyişikliklər, antibiotik istifadəsi və gənə dişləməsi kimi müxtəlif amillərin səbəb ola biləcəyini göstərir. Qaynarinfo xəbər verir ki, ABŞ-ı

2 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə

Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri

7 oktyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr