"Vaşinqtonda əldə olunan razılaşma son deyil, növbəti mərhələnin başlanğıcıdır" - AÇIQLAMA
Azərbaycan Ermənistanla sülh prosesinin irəli aparılması üçün önəmli addımlar atıb.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Vaşinqtonda imzalanan birgə bəyanatda da qeyd olunduğu kimi, sülh sazişinin paraflanmasından sonra prosesin başa çatması üçün ehtiyac olan addımlar atılmalıdır. Bunlardan biri də Ermənistanda referendumun keçirilməsi və konstitusiyaya dəyişikliklərdir. Biz bununla bağlı Ermənistandan müxtəlif mesajlar alırıq. Baş nazir Nikol Paşinyan planlar barədə də yeni mesajlar verir. Bizim bu mövzuda mövqeyimiz dəyişməzdir. Sülh sazişinin imzalanması üçün bu sadalananlar vacibdir", - nazir vurğulayıb.
"Bu açıqlama sülh prosesində əsas məsələnin artıq siyasi iradədən daha çox hüquqi və institusional mərhələnin tamamlanmasına keçdiyini göstərir. Azərbaycanın mövqeyində diqqətçəkən məqam budur ki, Bakı sülh sazişinin mətninin razılaşdırılması ilə kifayətlənmir, sazişin davamlı və hüquqi baxımdan dayanıqlı şəkildə rəsmiləşdirilməsi üçün Ermənistanın üzərinə düşən öhdəliklərin də yerinə yetirilməsini vacib hesab edir", - bunları Sonxeber.az -a danışan politoloq Tural İsmayılov deyib:
"Ceyhun Bayramovun mesajında əslində üç mühüm məqam var. Birincisi, Vaşinqtonda əldə olunan razılaşma son deyil, növbəti mərhələnin başlanğıcıdır. Yəni paraflanmış sənəd siyasi iradəni ortaya qoysa da, onun tam hüquqi qüvvəyə minməsi üçün müəyyən prosedurların başa çatdırılması tələb olunur.
İkincisi, Ermənistan Konstitusiyası məsələsi təsadüfi detal deyil. Azərbaycan uzun müddətdir bildirir ki, Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların qalması gələcək sülhün hüquqi təminatları baxımından problem yarada bilər. Bu səbəbdən Bakı konstitusiya dəyişikliklərini sadəcə texniki prosedur deyil, sülhün institusional təminatlarından biri kimi qiymətləndirir.
Üçüncü və daha vacib məsələ isə Nikol Paşinyanın verdiyi müxtəlif mesajlardır. İrəvandan referendumla bağlı fərqli açıqlamaların səslənməsi göstərir ki, Ermənistan daxilində bu məsələnin həm siyasi, həm də ictimai müzakirəsi davam edir. Burada Azərbaycan üçün əsas məsələ konkret tarixdən daha çox öhdəliyin nəticəyə çevrilməsidir.
Bütün bunların fonunda Bakının mövqeyi kifayət qədər aydındır: Azərbaycan sülh prosesinin qarşısında dayanan tərəf kimi deyil, əksinə, prosesin irəliləməsi üçün öz üzərinə düşən addımları atan tərəf kimi çıxış edir. İndi əsas məsuliyyət Ermənistanın üzərindədir. Çünki sülh yalnız sənədlərin imzalanması ilə deyil, qarşılıqlı ərazi bütövlüyünün hüquqi və siyasi müstəvidə dönməz şəkildə tanınması ilə davamlı xarakter ala bilər.
Əslində, prosesin indiki mərhələsinin ən mühüm xüsusiyyəti də budur: Bakı artıq "sülh olacaqmı?" sualından daha çox "sülh hansı hüquqi mexanizmlərlə təmin olunacaq?" sualına fokuslanır. Bu isə Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin formalaşdığını göstərən mühüm siyasi siqnaldır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
"Anamla atam ailə qurmağımı istəyir"
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ