76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq
Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüyü bölgədə okean səthinin temperaturunun normadan 3,4 dərəcə yüksək olduğu bildirilir.
"Qafqazinfo" xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) proqnozuna görə, bu payız və qışda "çox güclü" "El Nino" hadisəsinin baş vermə ehtimalı 90 faizdir.
Hadisənin 1950-ci ildən bəri ən güclü "El Nino"lardan birinə çevrilməsi ehtimalı isə 75 faiz qiymətləndirilir.
BMT-nin Uşaq Fondu (UNICEF) "El Nino"nun quraqlıq və ya həddindən artıq yağışlara səbəb ola biləcəyi bölgələrdə 347 milyondan çox uşağın yaşadığını açıqlayıb.
UNICEF-in icraçı direktoru Ketrin Rassel su çatışmazlığı, qidalanma problemləri və xəstəliklərin yayılması riskinin artacağını bildirərək təcili tədbirlərin vacibliyini vurğulayıb.
Çikaqo Universitetinin İqlim Təsirləri Laboratoriyası "El Nino"nun qlobal orta temperaturu artıracağını və bunun nəticəsində istidən qaynaqlanan yüz minlərlə ölümün baş verə biləcəyini proqnozlaşdırır.
"El Nino" ekvator yaxınlığında küləklərin zəifləməsi və Şərqi Sakit Okeanda soyuq suyun səthə qalxmasının azalması nəticəsində yaranan təbii iqlim hadisəsidir. Bu proses qlobal temperaturun yüksəlməsinə və müxtəlif bölgələrdə hava şəraitinin kəskin dəyişməsinə səbəb ola bilər.
Mütəxəssislər bəzi ərazilərdə quraqlıq, digərlərində isə güclü yağış və daşqınların müşahidə ediləcəyini bildirirlər. Bunun kənd təsərrüfatına və təchizat zəncirlərinə mənfi təsir göstərərək düyü, qəhvə və kakao kimi məhsulların qiymətlərini artıracağı ehtimal olunur.
Sakit Okeandakı yüksək temperaturun Havay adaları istiqamətində tropik sistemlərin güclənməsinə təsir etdiyi, Kaliforniya sahillərində isə qeyri-adi dəniz canlılarının müşahidə olunduğu bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 432 Tarix: 07 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOP31: İqlim danışıqlarında yekun razılaşma layihəsi təqdim olunub
Türkiyədə keçirilən BMT-nin iqlim danışıqları bazar günü yekun razılaşmaya yaxınlaşıb. COP31-in Türkiyə və Avstraliyadan olan həmsədrləri qlobal istiləşmə ilə mübarizədə növbəti addımlarla bağlı konsensus əldə olunacağına ümid edərək yeni təkliflər paketini təqdim ediblər. "Reuters" agentliyin
22 noyabrZelenski: NATO-da olacayıq və yox demək hələ tezdir
Müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətinin onun NATO-ya üzvlüyü olduğunu başa düşür. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə onlayn söhbət zamanı bildirib. "Şübhəsiz, bu hər iki tərəfi - həm Ukraynanı, həm də NATO-n
21 noyabrKoretski: Avropa Komissiyası Ukraynaya 7,9 milyard avro ayırıb
Avropa Komissiyası Ukraynaya maliyyə ehtiyaclarının ödənilməsi və ölkənin dövlət administrasiyasının fəaliyyətinin təmin edilməsi üçün 7,9 milyard avro ayırıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Sergey Koretski bildirib. Onun sözlərinə görə, bu, "Ukrain
20 noyabrPutinin tərcüməçisinin natiqlik bacarığının sirri açıqlandı
"Rusiya Prezidenti Vladimir Putinin tərcüməçisi Aleksey Sadıkov Moskva Dövlət Linqvistika Universitetində (MDLU) təhsil aldığı illərdə İngilis teatrında fəal iştirak edib. Çox güman ki, məhz bu təcrübə ona ictimaiyyət qarşısında mükəmməl çıxış etmək bacarığı qazandırıb". xəbər verir ki, bun
21 noyabrAvropa ölkələri Ukraynada mümkün sülhməramlı missiyaya hazırlaşır
Avropanın 11 ölkəsindən olan hərbi qulluqçular Polşada Ukraynada mümkün müharibədən sonrakı missiyaya hazırlıq məqsədilə hərbi təlimlər keçirirlər. Associated Press-ə istinadən xəbər verir ki, təlimlərdə minlərlə hərbçi iştirak edir. Tədbirin məqsədi Ukraynada mümkün atəşkəsdən sonra təhlükəsizlik tədbirlərini
20 noyabrPaşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək
Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumund
21 noyabrKoşta Ukrayna üçün maliyyələşdirməni davam etdirməyi təklif edib
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Aİ-nin ümumi xərclərin azaldılmasını nəzərdə tutan 2028-2034-cü illər üzrə çoxillik büdcəsinə dair öz təklifini təqdim edib. "Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib. "Konkret olaraq mənim təklifi
21 noyabr