Rusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA
Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təhlükəsiz su, sanitariya və gigiyena qaydalarına əməl olunması xəstəliyin qarşısının alınmasında əsas tədbirlərdəndir.
Bəs, vəba nə dərəcədə təhlükəli xəstəlikdir, onun yayılmasına əsasən hansı amillər səbəb olur, Azərbaycana yoluxma riskinin qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülməlidir və insanlar vəbanın hansı əlamətlərinə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, vəba və taun təhlükəli infeksion xəstəliklərdir:
"Hazırda Rusiyanın bir neçə bölgəsində, o cümlədən İrkutsk vilayətində xəstəliyin yayılması ilə bağlı məlumatlar var. Azərbaycanda isə əks-epidemik tədbirlər həyata keçirilir və bu istiqamətdə Respublika Epidemioloji Mərkəzi tərəfindən müvafiq işlər görülür. Xaricdən, o cümlədən Rusiyadan gələn vətəndaşlarla bağlı əks-epidemik tədbirlər həyata keçirilir və onların ölkəyə girişinə nəzarət olunur. Düşünürəm ki, hazırda Azərbaycanda karantin rejiminin qüvvədə olması da müəyyən mənada müsbət rol oynayır. Quru sərhədlərin bağlı olması ölkəyə kütləvi insan axınının azalmasına təsir edir. Əsas giriş isə hava nəqliyyatı vasitəsilədir. Bu baxımdan, hazırda Azərbaycan üçün ciddi yoluxma təhlükəsinin olduğunu düşünmürəm. Respublikanın baş epidemioloqu Təyyar müəllim də öz çıxışında yoluxma riskinin aşağı olduğunu qeyd edib. Əks-epidemik tədbirlər yerində görülür və bu barədə bütün respublika və rayon epidemiologiya mərkəzlərinə xüsusi göstərişlər verilib".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 461 Tarix: 07 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yuxusuzluq insult riskini 26 faiz artıra bilər - Alimlərdən yeni araşdırma
Yuxu pozğunluğu ilə insult riski arasında əlaqə olduğu müəyyənləşib. Alimlərin apardığı araşdırmaya görə, yuxusuzluqdan əziyyət çəkən insanlarda insult ehtimalı daha yüksəkdir. xəbər verir ki, Bolonya Neyroloji Elmlər İnstitutunun mütəxəssisləri müxtəlif tədqiqatların nəticələrini təhlil ediblər. İnsultl
29 sentyabrBu xəstəliklər illər sonra XƏRÇƏNGƏ APARIR - DİQQƏT
Dünyada hər il milyonlarla yeni xərçəng hadisəsinin bəzi infeksiyalarla əlaqəli olduğu açıqlanıb. Mütəxəssislər bir sıra infeksiyaların uzunmüddətli davam etdiyi halda müəyyən xərçəng növlərinin yaranma riskini artıra bildiyini bildirirlər. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) 2026-c
4 oktyabrİnsan beyninin sirri açıldı
Stanford Universitetinin alimlərinin apardığı araşdırma insan beyninin inkişafı ilə bağlı yeni nəticə ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar beynin ön və arxa hissələrinin embrional inkişafın çox erkən mərhələsində fərqli progenitor hüceyrə qruplarından əmələ gəldiyini müəyyə
22 sentyabrYatanda işığı açıq saxlamaq ürəyə ziyandır
Gecə yuxusu zamanı işığı açıq qoymaq ürəyin quruluşu və funksiyasında potensial zərərli dəyişikliklərə səbəb ola bilər. Axşam.az xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə saatlarında işığa məruz qalma ilə ürək-damar problemləri arasındakı əlaqə araşdırılıb
20 sentyabrGündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı
Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər
28 sentyabrAllergiya qəfil yarana bilər: Səbəbləri nələrdir?
Allergiya həyatın istənilən mərhələsində, hətta yetkinlik dövründə belə qəfil yarana bilər. Araşdırmalar yeni allergiyaların yaranmasına infeksiyalar, hormonal dəyişikliklər, antibiotik istifadəsi və gənə dişləməsi kimi müxtəlif amillərin səbəb ola biləcəyini göstərir. Qaynarinfo xəbər verir ki, ABŞ-ı
2 oktyabrBu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI
Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a
22 sentyabrPayızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər
21 sentyabr