Halsızlıq, tərləmə, əzələ qıcolmaları: Hansı əlamətlərə diqqət etməliyik? - AÇIQLAMA
Payız aylarında günəşli saatların azalması və insanların açıq havada daha az vaxt keçirməsi D vitamini səviyyəsinə təsir göstərə bilər. Bununla belə, vitamin və mineral çatışmazlığı hər kəsdə eyni dərəcədə yaranmır və yalnız mövsümün dəyişməsi bütün insanlara geniş check-up müayinəsi və analizlər verməyi zəruri etmir. Müayinələrin həcmi şəxsin sağlamlıq vəziyyəti, şikayətləri, qidalanma vərdişləri və risk faktorları nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
Bəs, hansı əlamətlər D vitamini və digər vitamin-mineral çatışmazlığından xəbər verə bilər? Payızda hər kəsin analiz verməsinə ehtiyac varmı, yoxsa müayinələr fərdi qaydada aparılmalıdır? Özbaşına vitamin qəbul etmək hansı sağlamlıq problemlərinə səbəb ola bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Şahvələd Məmmədov bildirib ki, payız aylarında, xüsusilə də noyabrda orqanizmdə müxtəlif vitamin və mineral çatışmazlıqları yarana bilər.
"Orqanizmdə gedən proseslər fonunda müəyyən çatışmazlıqların müşahidə olunması mümkündür. Nəzərə alsaq ki, biz Cənubi Qafqazda, nisbətən isti iqlimə malik bölgədə yaşayırıq, buna baxmayaraq, müşahidələr göstərir ki, insanların böyük əksəriyyətində D vitamini çatışmazlığı var. D vitamini orqanizmə təkcə günəş şüaları vasitəsilə deyil, yumurta və digər qidalarla da daxil olur. Buna görə də D vitamini çatışmazlığı bu gün ciddi problemlərdən biridir. D vitamini immun sisteminin tənzimlənməsində mühüm rol oynayır.
Digər vitamin və mineral komplekslərinin qəbulu isə ehtiyacdan və insanın sağlamlıq vəziyyətindən asılıdır. Praktiki olaraq sağlam olan, normal həyat tərzi keçirən, yuxu və iş rejimi qaydasında olan, heç bir subyektiv şikayəti olmayan insanların check-up müayinəsindən keçməsinə xüsusi ehtiyac yoxdur.
Vitamin çatışmazlığının əlamətləri isə konkret vitaminin növündən asılı olaraq dəyişir. Məsələn, B12 vitamini çatışmazlığı zamanı insanlarda mədə-bağırsaq problemləri yarana bilər. D vitamini çatışmazlığı halsızlıq, heysizlik və tərləmə kimi əlamətlərlə özünü göstərə bilər. Müxtəlif mineralların çatışmazlığı da fərqli simptomlarla müşahidə olunur. Məsələn, maqnezium çatışmazlığı əzələ qıcolmaları və qıcolmaya meyillilik yarada bilər.
Bu səbəbdən check-up müayinəsi ehtiyac və tibbi göstəriş olduqda, müəyyən kateqoriyadan olan insanlar üçün məsləhət görülür. Özbaşına vitamin qəbulu isə bir sıra fəsadlara səbəb ola bilər.
Xüsusilə 50 yaşdan yuxarı qadın və kişilərdə bəzi autoimmun və allergik xəstəliklərin formalaşma ehtimalını nəzərə almaq lazımdır. Belə hallarda, məsələn, B qrupu vitaminlərinin həkim məsləhəti olmadan qəbulu orqanizmdə hər hansı törəmənin yaranmasına və ya böyüməsinə, eləcə də allergik reaksiyalara səbəb ola bilər. Buna görə də vitaminləri özbaşına qəbul etmək məsləhət görülmür".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi