Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?

Qara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiyə edirlər.

Qaynarinfo xəbər verir ki, qara çayın fayda və zərərləri, eləcə də hansı xəstəliklər zamanı bu içkinin qəbulunun tövsiyə olunduğu araşdırılıb.

"Health" nəşrinin məlumatına görə, qara çayın tərkibindəki birləşmələr onu ürək, beyin və damarlar üçün faydalı edir. Bu içkinin müntəzəm qəbulu bir sıra xəstəliklərin inkişaf riskini azalda bilər.

Ürək üçün faydası

Çay yarpaqlarında olan polifenollar damarları genişləndirir, onlarda iltihabı azaldır, həmçinin venalara və arteriyalara qan axınını yaxşılaşdırır. Bu xüsusiyyətlər qara çayın ürək-damar sistemi üçün faydalı olub-olmaması ilə bağlı şübhələri aradan qaldırır.

Təzyiqin aşağı salınması

Tünd qara çay qan təzyiqini müvəqqəti olaraq yüksəldə bilər. Lakin Çində aparılan bir araşdırma göstərib ki, içkinin uzunmüddətli və müntəzəm qəbulu damarları rahatladır və təzyiqi əhəmiyyətli dərəcədə aşağı salır. Buna görə də qara çay hipertoniyadan əziyyət çəkən insanlar üçün faydalı ola bilər.

İltihabla mübarizə

Çay yarpaqları teaflavinlər və tearubiginlər kimi antioksidantlarla zəngindir. Bu maddələr oksidləşdirici stressin səbəb olduğu xəstəliklərin inkişaf riskini azaltmağa kömək edir.

Araşdırmalar göstərir ki, çay dəmləməsi iltihabəleyhinə xüsusiyyətlərə malikdir və sağlam qidalanma ilə bağlı tövsiyələrə daxil edilir. İçkinin xərçəngə qarşı təsir göstərə biləcəyi də ehtimal olunur. Çin alimləri qara çay qəbulunun qadınlarda yumurtalıq xərçənginin yaranması riskini azalda biləcəyini irəli sürüblər.

Depressiyanın profilaktikası

"African Health Sciences" nəşrində dərc olunan araşdırmaya görə, depressiyanın inkişaf riskini azaltmaq üçün gündə dörd fincana qədər çay içmək faydalı ola bilər. Bu təsiri içkinin tərkibindəki polifenollar, amin turşuları və kofein təmin edə bilər. Onlar depressiyanın yaranmasında mühüm rol oynayan neyromediatorların fəaliyyətinin pozulması ehtimalını azalda bilər.

Beyin və yaddaş üçün faydası

Koqnitiv funksiyalar qara çayın faydasının özünü ən yaxşı göstərdiyi sahələrdən biridir. İçkinin tərkibindəki polifenollar beyində qan dövranını yaxşılaşdırır və beyin hüceyrələrini zədələnmədən qoruyur. Bu isə birbaşa yaddaşa təsir göstərir.

Araşdırmalardan birinin nəticələrinə görə, yaşlı insanlarda yaşıl və qara çay demensiya və Altsheymer xəstəliyinin yaranması riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Qanda şəkərin səviyyəsinin tənzimlənməsi

2-ci tip diabetdən əziyyət çəkən insanların qara çay içib-içməməsi ilə bağlı narahatlıqları varsa, şəkər əlavə edilmədiyi halda bu içki faydalı ola bilər. Onun tərkibindəki maqnezium, manqan və digər minerallar qanda insulin səviyyəsinin tənzimlənməsinə kömək edir.

Kimlər çay içməməlidir

Ümumilikdə çay faydalı olsa da, ucuz və keyfiyyətsiz növlərin tərkibində pestisidlər və ya ağır metallar ola bilər. Buna görə keyfiyyətli və orqanik üsulla yetişdirilən məhsullara üstünlük vermək tövsiyə olunur.

Dəmir çatışmazlığı olan insanlara çay içmək məsləhət görülmür, çünki içki dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane olur. Həmçinin tünd çay dəmləməsindən xora və qastrit zamanı istifadə etmək tövsiyə edilmir.

Çayın tərkibində kofein olduğundan, narahatlıq, yuxusuzluq və yüksək qan təzyiqi zamanı insanın vəziyyətini pisləşdirə bilər.

Çayı yatmazdan dərhal əvvəl içmək də məsləhət görülmür. İçki yalnız tonuslandırıcı təsir göstərmir, həm də gecə saatlarında tualetə getmək ehtiyacını artıra bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 458   Tarix: 08 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4

31 oktyabr
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

1 noyabr
.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalmas

15 noyabr
.

Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa

15 noyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr
.

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Yayılmış irihüceyrəli ağciyər xərçəngindən əziyyət çəkən xəstələr müalicəyə başlamazdan əvvəl şişdəki geniş spektrli genetik dəyişiklikləri aşkar etməyə imkan verən kompleks genom testindən keçdikdə daha uzun yaşayırlar. xəbər verir ki, bu qənaətə "Journal of the National Comprehensive Cancer Network"

15 noyabr
.

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?

7 noyabr
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr