Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayın

Adi su qan təzyiqini tənzimləyir - Siz də yoxlayınOrqanizmdə su balansının qorunması ürək-damar sisteminin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır. Kifayət qədər maye qəbul etmək qan təzyiqinin sağlam səviyyədə saxlanmasına kömək edə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkimlər suyun dövr edən qanın həcmini qoruduğunu, normal qan dövranını təmin etdiyini və orqanizmdə bir çox proseslərin tənzimlənməsində iştirak etdiyini bildirirlər.

Su xüsusilə böyrəklərin normal fəaliyyəti üçün vacibdir. Bu orqanlar bədəndəki maye miqdarını tənzimləyir və artıq natriumu xaric edir. Natriumun orqanizmdə həddindən artıq olması qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.

İnsan kifayət qədər maye qəbul etdikdə böyrəklər su-duz balansını daha rahat qoruyur və artıq natriumu sidik vasitəsilə orqanizmdən xaric edir.

Əksinə, su çatışmazlığı ürək-damar sisteminə əlavə yük yarada bilər. Orqanizm susuz qaldıqda mayeni qorumağa yönəlmiş mexanizmlər işə düşür.

Bu zaman qanda natriumun konsentrasiyası arta və vazopressin hormonunun ifrazı güclənə bilər. Həmin hormon böyrəklərin suyu orqanizmdə saxlamasına səbəb olur.

Bundan başqa, vazopressin qan damarlarının daralmasına da təsir göstərir. Nəticədə qan axınına qarşı müqavimət arta və bu, qan təzyiqinin göstəricilərinə təsir edə bilər.

Lakin unutmaq olmaz ki, su yüksək qan təzyiqinin müstəqil müalicə vasitəsi deyil. O, orqanizmin normal fəaliyyətini dəstəkləsə də, həkimin təyin etdiyi dərmanları, duzun məhdudlaşdırılmasını və digər müalicə tövsiyələrini əvəz etmir.

Qan təzyiqini normal saxlamaq üçün suyu necə içmək lazımdır?

Orqanizmdə su balansını qorumaq üçün təkcə qəbul edilən mayenin miqdarı deyil, onun gün ərzində necə içilməsi də əhəmiyyətlidir.

Suyu az-az için. Gün ərzində ehtiyac duyulan bütün suyu bir dəfəyə içmək əvəzinə, maye qəbulunu bərabər şəkildə bölüşdürmək daha məqsədəuyğundur.

Fərdi ehtiyaclarınızı nəzərə alın. Ümumi göstərici kimi bəzən hər kiloqram bədən çəkisinə gündə 25-30 millilitr maye qəbul edilməsi tövsiyə olunur. Lakin bu, hamı üçün keçərli norma deyil. Suya olan ehtiyac yaşdan, fiziki aktivlikdən, havanın temperaturundan, qidalanmadan və sağlamlıq vəziyyətindən asılıdır.

Suyun temperaturuna diqqət edin. Otaq temperaturunda olan su gündəlik istifadə üçün uyğundur. Bununla belə, onun sərin və ya ilıq sudan xüsusi üstünlüyü yoxdur.

Susuzluq əlamətlərini izləyin. Güclü susuzluq hissi, ağız quruluğu və sidiyin rənginin tündləşməsi orqanizmdə maye çatışmazlığının göstəricisi ola bilər.

Lakin yalnız sidiyin rənginə əsaslanmaq düzgün deyil. Çünki qidalanma və bəzi dərman preparatları da onun rənginə təsir göstərə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 143   Tarix: 15 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi

Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf

19 oktyabr
.

Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı

Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə

10 noyabr
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29 oktyabr
.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4

31 oktyabr
.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi

8 noyabr
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27 oktyabr
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

1 noyabr
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24 oktyabr
.

Qonşunun məsləhəti sizi xəstə edə bilər! - ƏHALİYƏ XƏBƏRDARLIQ

Baş ağrıyır, aptekə gedirik, soyuqlayırıq, tanışdan eşitdiyimiz dərmanı alıb içirik. Bəzən qonşunun məsləhəti, bəzən qohumun tövsiyəsi, bəzən də sosial şəbəkələrdə oxuduğumuz məlumat bizi həkimə getmədən müalicəyə başlamağa sövq edir. "Filankəs içib, xeyrini görüb, mənə də kömək edər" deyi

1 noyabr