Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, dini maarifləndirmənin və bu sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb.
BiG.AZ xəbər verir ki, o, "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfransda bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə milli-mənəvi dəyərlərin təbliği, dini radikalizmlə mübarizə və dini maarifləndirmə istiqamətində silsilə tədbirlər keçirir.
G.İsmayılov qeyd edib ki, bu istiqamətdə indiyədək Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər təşkil olunub. Onun sözlərinə görə, keçirilən konfrans da gənclərin dini maarifləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və bu sahədə görülən işlərin əlaqələndirilməsi məqsədi daşıyır.
Komitə sədrinin müavini bildirib ki, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi yalnız vətənpərvərlik hisslərinin formalaşdırılması, dilə və dinə sağlam münasibətin aşılanması ilə məhdudlaşmır. Bu prosesdə sosial şəbəkələrin təsiri, ailənin və cəmiyyətin rolu da xüsusi əhəmiyyət daşıyır.
O vurğulayıb ki, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində din xadimlərinin və dini icmaların da rolu böyükdür. Konfransda Gənclər və İdman Nazirliyinin, gənclər təşkilatlarının və yerli strukturların nümayəndələri ilə yanaşı, ölkənin müxtəlif bölgələrindən din xadimləri, dini icma sədrləri və ilahiyyatçılar iştirak edirlər.
G.İsmayılovun sözlərinə görə, əsas məqsəd ailə, təhsil, cəmiyyət və dini icmaların bu prosesdə iştirakını müzakirə etmək, fəaliyyətin daha effektiv əlaqələndirilməsinə nail olmaq, eləcə də sosial şəbəkələrin və medianın imkanlarından istifadə etməklə görülən işləri gücləndirməkdir.
O əlavə edib ki, dini icmaların və din xadimlərinin bu istiqamətdəki fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac var.
Aynur Babazadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 175 Tarix: 09 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərind
9 oktyabrQəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı
Qəbələdə Yeni il şənliyi zamanı "Şaxta baba" obrazında olan şəxsi döyməkdə təqsirləndirilən "Fortuna Boutique Hotel"in sahibi Samir Abdullayev barəsində inzibati tənbeh tətbiq edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə qərarına əsasən, 1985-ci ildə Yevlax şəhərində anadan olan, al
8 oktyabrMaye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Əllərin gündəlik gigiyenasında sabundan istifadə vacibdir. Amma seçim qarşısında qaldıqda bir sual ortaya çıxır: mayə əl sabunu daha yaxşıdır, yoxsa bərk sabun? Hansı variant əlləri daha effektiv təmizləyir və gigiyena baxımından daha təhlükəsiz hesab olunur?. Bu iki sabun növü arasında həqiqətən fər
7 oktyabrSüni intellekt əmlak bazarında: Dəqiq hesablama apara biləcək?
Ədliyyə Nazirliyi daşınmaz əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi üçün süni intellekt əsaslı yeni rəqəmsal xidməti istifadəyə verib. Sistem əmlakın xüsusiyyətlərini və bazardakı məlumatları təhlil edərək onun təxmini qiymətini müəyyənləşdirir. Bəs süni intellekt mənzilin sahəsi, yerləşdiyi ərazi
8 oktyabrPsixotrop dərman iddiası olan bağçanın direktoru işdən çıxarıldı - Yenilənib
Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasının direktoru Elnurə Əliyeva vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat yayıb. Hazırda onun vəzifəsinin müvvəqqəti olaraq başqasına tapşırıldığı bildirilir. *. Bakı Şəhəri üzrə Təhsil idarəsindən (BŞTİ) "Qafqazinfo"y
7 oktyabrSumqayıtda dəhşətli hadisə: 12 uşaq antibiotikdən zəhərlənib - İDDİA
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra onların səhhətində ciddi ağırlaşmaların yarandığı iddia olunur. -a istinadən xəbər verir ki, yayılan məlumata görə, iynədən sonra uşaqlarda qıcolma, göyərmə və digər kəskin əks-təsirlər müşahidə olunub. İddialar
9 oktyabrSəbuhi Əliyevə vəzifə verildi
Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib. Bu barədə -a DSK-dan məlumat verilib. Bildirilib ki, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib. Xatırladaq ki, Səbuhi Əliyev 1983-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisa
8 oktyabr