Mirası qəbul etməzdən əvvəl bu məqamları mütləq araşdırın - VACİB XƏBƏRDARLIQ
Şəxs vəfat etdikdə onun yalnız əmlakı deyil, bəzi maliyyə öhdəlikləri və borcları da vərəsəlik məsələsinin bir hissəsinə çevrilir. Mirası qəbul edən vərəsələr mərhumun kreditorları qarşısında məsuliyyət daşıya bilərlər. Lakin bu məsuliyyətin hüquqi hədləri var və hər bir borc avtomatik olaraq vərəsələrin şəxsi öhdəliyinə çevrilmir.
Bəs, vəfat edən şəxsin bank kreditləri, digər şəxslərə olan borcları və maliyyə öhdəlikləri hansı qaydada vərəsələrə keçir? Vərəsələr mərhumun borclarını öz şəxsi vəsaitləri hesabına ödəməlidirlərmi, yoxsa məsuliyyət yalnız qəbul etdikləri mirasın dəyəri ilə məhdudlaşır? Vərəsə borcları ödəmək istəmədikdə hansı hüquqi imkanlardan istifadə edə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib ki, vəfat etmiş şəxsin borclarının vərəsələrə keçməsi məsələsi vərəsəlik hüququnun mühüm və hüquqi baxımdan həssas istiqamətlərindən biridir.
"Ümumi hüquqi prinsipə görə, şəxs vəfat etdikdə onun yalnız əmlak hüquqları deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlaka daxil olan öhdəlikləri də vərəsəlik münasibətlərinin predmetinə çevrilir.
Lakin burada mühüm bir məqam var: vərəsə miras qoyanın borclarına görə avtomatik və qeyri-məhdud qaydada məsuliyyət daşımır. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti qəbul etdikləri mirasın dəyəri ilə məhdudlaşır. Başqa sözlə, vərəsə mirasdan əldə etdiyi əmlakın dəyərindən artıq məbləğdə mərhumun borclarını öz şəxsi vəsaiti hesabına ödəməyə borclu hesab edilə bilməz.
Bununla yanaşı, borcun hüquqi xarakteri də nəzərə alınmalıdır. Mərhumun ölümü ilə xitam tapan, sırf şəxsi xarakter daşıyan öhdəliklər vərəsələrə keçmir. Kredit, bank borcu və digər əmlak xarakterli öhdəliklər isə qanunvericiliyin tələblərinə uyğun olaraq mirasın tərkibinə daxil ola bilər.
Digər mühüm məsələ mirasdan imtina hüququdur. Qanunla müəyyən edilmiş şərtlər və müddətlər çərçivəsində vərəsə mirası qəbul etməkdən imtina edə bilər. Bu baxımdan, vərəsəlik məsələsində qərar verməzdən əvvəl mirasın həm aktivlərinin, həm də öhdəliklərinin araşdırılması vacibdir.
Nəticə etibarilə, vərəsəlik yalnız mərhumun əmlakını əldə etmək hüququ deyil, eyni zamanda qanunla müəyyən edilmiş maliyyə öhdəliklərinin də hüquqi varislik qaydasında qəbul edilməsidir. Əsas prinsip isə ondan ibarətdir ki, heç bir vərəsə sırf qohumluq faktına görə mərhumun borcuna görə qeyri-məhdud məsuliyyət daşımır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 128 Tarix: 23 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKartdan-karta köçürmələrə daha sərt məhdudiyyətlər gəlir? - Yeni təklif
Bir müddət öncə tətbiq edilən məhdudiyyətlər kartdan-karta köçürmələrin həcmində ciddi azalmalara səbəb olmur. Ekspertlər daha ciddi tədbirlərin tətbiqini təklif edirlər. Bəs kartdan-karta köçürmələrin bu qədər böyük həcmdə olması maliyyə sistemi üçün hansı riskləri yaradır?. mövzu ilə bağlı "Kaspi"
22 noyabrBu xəstələrə şad xəbər - Dərmanlar PULSUZ OLACAQ
Azərbaycanda gələn ilin aprel ayından etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təmin edilməsi planlaşdırılır. report-a istinadən xəbər verir ki bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev "Dövlət biznes əməkdaşlıq forumu"
22 noyabr500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
Gələn ildən banklarda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatır və onun daha 3 il uzadılması təklif olunur. Deputat Vüqar Bayramov Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı bu təkliflə çıxış edib. Deputat bildirib ki
22 noyabrPensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…
Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy
22 noyabrPaytaxtda kirayə mənzillər sürətlə bahalaşır
Bakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu ilin sentyabr ayının sonunda kirayə qiymətlər
22 noyabrMirası qəbul etməzdən əvvəl bu məqamları mütləq araşdırın - VACİB XƏBƏRDARLIQ
Şəxs vəfat etdikdə onun yalnız əmlakı deyil, bəzi maliyyə öhdəlikləri və borcları da vərəsəlik məsələsinin bir hissəsinə çevrilir. Mirası qəbul edən vərəsələr mərhumun kreditorları qarşısında məsuliyyət daşıya bilərlər. Lakin bu məsuliyyətin hüquqi hədləri var və hər bir borc avtomatik olaraq vərəsələri
23 noyabrHərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
Hərbi qulluqçuların, prokurorluq əməkdaşlarının və əməliyyat-axtarış fəaliyyəti subyektlərinin fərqlənmə nişanları olan geyim formalarını qanunsuz daşıyan şəxslər cərimələnə, geyimləri isə müsadirə edilə bilər. Trend-ə istinadən xəbər verir ki, bununla bağlı hazırda qüvvədə olan qanunvericilikdə müvafi
21 noyabrƏhaliyə şad xəbər: qaz və işıq limitlərinə yenidən baxılması MÜZAKİRƏ EDİLİR
Qış mövsümünə keçidlə əlaqədar Azərbaycanda əhalinin təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərinə yenidən baxılması məsələsi gündəmə gəlib. Hazırda əhali üçün illik 1200 kubmetrədək qazın hər kubmetri 12,5 qəpik, 1200-2500 kubmetr aralığında 22 qəpik, 2500 kubmetrdən artıq istehlak isə 30 qəpikl
22 noyabr