Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər

Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər"Vahid məktəbli forması şagirdlərin davranışına və məktəbdə nizam-intizama təsir edən amillərdən biri hesab oluna bilər. Eyni geyim qaydasının tətbiqi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, məktəbin daxili qaydalarına hörmətin artmasına və daha sistemli təhsil mühitinin yaranmasına şərait yaradır". Bu sözləri Sonxeber.az-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
Məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilərOnun sözlərinə görə, məktəbli formasının əsas üstünlüklərindən biri şagirdlər arasında geyimə görə fərqlərin azalmasıdır: "Müxtəlif qiymətə olan geyimlər, tanınmış markalar və dəb meyilləri bəzən uşaqlar arasında müqayisələrə, hətta sosial fərqlərin qabarmasına səbəb olur. Vahid forma bu cür halların qarşısını müəyyən qədər alaraq şagirdlərin diqqətini xarici görünüşdən daha çox dərslərə və məktəb fəaliyyətinə yönəldə bilər.

Digər tərəfdən, məktəbli forması şagirdlərdə kollektivə aidlik hissini də gücləndirə bilər. Eyni geyim qaydasına əməl etmək məktəbdə ortaq dəyərlərin və məsuliyyət anlayışının formalaşmasına töhfə verir. Şagirdlər məktəbin müəyyən qayda və tələbləri olan təhsil müəssisəsi olduğunu daha aydın dərk edirlər.

Bununla belə, məktəbdə nizam-intizamın təmin edilməsini yalnız vahid forma ilə əlaqələndirmək düzgün olmaz. Şagirdlərin davranışına müəllimlərin münasibəti, məktəbdə qaydaların necə tətbiq olunması, valideynlərin iştirakı və təlim-tərbiyə işinin təşkili də ciddi təsir göstərir. Əgər bu istiqamətlərdə problemlər varsa, vahid geyim formasının tətbiqi həmin problemləri öz-özlüyündə aradan qaldırmayacaq.

Beləliklə, məktəbli forması intizamın təmin olunmasına kömək edən vasitələrdən biri olsa da, əsas nəticə məktəbdə sağlam münasibətlərin, ədalətli qaydaların və qarşılıqlı hörmətin formalaşdırılmasından asılıdır".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 735   Tarix: 09 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda külək hasarı aşırdı - Qadın daşların altında qalıb öldü

Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub. Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qız

16 noyabr
.

Azərbaycançılıq ideologiyası - milli birliyimizin, dövlətçilik ənənələrimizin və müstəqilliyimizin ideoloji təməli

"Azərbaycançılıq ideologiyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müstəqillik məfkurəsini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideologiya Azərbaycan xalqının vahid milli amal ətrafında birləşməsini, dövlətə sədaqətini

16 noyabr
.

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il "Büdcə zərfi"ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə sabitliyinə təsir göstərə bilər. "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir

14 noyabr
.

2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti

Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını

15 noyabr
.

Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər

Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar yaradır. Bəs sənədsiz evlərə kommunal xətlər çəkilə bilərmi?. Mövzu ilə bağlı əmla

14 noyabr
.

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin

16 noyabr
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

15 noyabr
.

Daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c

16 noyabr
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

16 noyabr