630 minlik Lamborghini ilə bulvarda təhlükəli şou: "Hacı Həsənli" drift etdi - qaydalar yenə kənarda qaldı!
Bakının Səbail rayonunda, Dənizkənarı Bulvar ərazisində "Lamborghini Urus" markalı avtomobillə təhlükəli manevrlər etdiyi bildirilən sürücü Hacı Həsənli Ramiz oğlu barəsində başlanmış inzibati işə xitam verilib.
Sonxeber.az xəbər verir ki, bu barədə SerhedAz.az-ın sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Hadisə gecə saatlarında baş verib. Məlumata görə, 2003-cü il təvəllüdlü Hacı Həsənli 630 min manat bazar dəyəri olduğu bildirilən "Lamborghini Urus SE MY26 Plug-in Hybrid" markalı avtomobillə hərəkətdə olarkən müxtəlif ziqzaqvari manevrlər edib.
İddialara əsasən, manevrlər zamanı avtomobilin təkərlərinin yol səthi ilə sürtünməsi nəticəsində səs yaranıb və hərəkət "drift" kimi qiymətləndirilib.
Bununla bağlı Səbail Rayon DYP Şöbəsinin əməkdaşı sürücünün əməlini İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif edərək işi məhkəməyə göndərib.
İşə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılıb. Hakim Şəhla Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə Hacı Həsənli barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilib.
Məhkəmə qərarında bildirilib ki, əməli avtoxuliqanlıq kimi qiymətləndirmək üçün ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıq hörmətsizlik və yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı şəkildə pozulması kimi zəruri əlamətlər müəyyən edilməyib.
Nəticədə məhkəmə sürücünün əməlində inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlib və işə xitam verib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Qızılın qiymətində yeni göstəricilər
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Gündə minimum addım sayı təyin edildi
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
SON DƏQİQƏ! Pakistan rəsmən MÜHARİBƏYƏ QOŞULDU - Qırıcılar husiləri BOMBALAYIR
Bakıda ev almaq istəyənlər üçün ƏN SƏRFƏLİ ƏRAZİLƏR - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Niyə bəzi qızlar evli kişilərlə münasibət qurmağa üstünlük verir? - PSİXOLOQDAN AÇIQLAMA