Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini dedi. Bu xüsusda dövlətimizin başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüşlər keçirdiyini xatırlayıb.
Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən İsgəndər Momeni dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluğunu vurğulayıb.
O, Prezident Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdıraraq qeyd etdi ki, İranın dövlət başçısı Prezident İlham Əliyevlə son dövrlərdə keçirdiyi görüşləri səmimiyyətlə xatırlayır.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Məsud Pezeşkiana çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı da öz növbəsində İran Prezidenti ilə son dövrlərdə tez-tez görüşdüyünü deyərək, bir neçə gün əvvəl onunla Türkmənistanda keçirdiyi görüşü xatırlayıb.
Nazir vurğuladı ki, İran Prezidenti ölkələrimizin müvafiq qurumları arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.
Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu deyən İsgəndər Momeni İranda müxtəlif zamanlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma və dəstəyə görə bir daha təşəkkürünü bildirib.
İranın daxili işlər naziri hazırda bölgədə gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar prosesi barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev Yaxın Şərq regionunda mövcud gərginliyin danışıqlar yolu ilə həllini tapacağına ümidvar olduğunu deyib.
Söhbət zamanı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.






Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil