Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər

Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilərAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin barələrindəki cinayət işi üzrə qapalı məhkəmə prosesi davam etdirilib.

Sonxeber.az "Teleqraf"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrlik etdiyi iclasda Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əlisəftər oğlu Əliyev ifadə veriblər.

Ramiz Mehdiyev özü iclasda iştirak etməyib.

Qeyd edək ki, Əli Kərimli və müavininin işi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən istintaq olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb.

İstintaq orqanı topladığı dəlil və sübutları ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib.

Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.

Ə.Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrlik etdiyi kollegiyada Ramiz Mehdiyevin barəsində hökm elan edilib.

Ramiz Mehdiyevin barəsində 14 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Mehdiyevin mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə (şərti məhkum etmə) əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab olunub.

Hökmlə R.Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Ramiz Mehdiyevin əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 228   Tarix: 24 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı - Video

İran Prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında mövcud olan sosial-iqtisadi bərabərsizlikdən bəhs edərək, Qərbi Azərbaycan ostanının digər bölgələrdən geri qalmasını nümunə göstərib. xəbər verir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb. Dövlət başçısının sözlərin

21 noyabr
.

İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2009-c

23 noyabr
.

Artıq 6 ildir ki, Kəlbəcər azaddır

"44 günlük Vətən müharibəsinin hər günü müzəffər ordumuz böyük şücaət göstərərək, qarış-qarış torpaqlarımızı azad edərək şanlı tarix yazdılar. Bununla belə, Ağdam, Kəlbəcər və Laçının bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir. Müzəffə

23 noyabr
.

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasiminə hazırlıqdan - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Vyetnamın paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub. "Qafqazinfo"nun məlumatına görə, dövlət başçısının rəsmi qarşılanma mərasimi üçün hazırlıqlar görülüb. Həmin anın görüntülərini təqdim edirik:

21 noyabr
.

Kəlbəcərdə həyat yenidən başlayır

Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayon

23 noyabr
.

Təbiətdən istifadəçilər üçün yeni tələb: Ətraf mühitin monitorinqini aparacaqlar

Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatları ictimaiyyətə açıqlanacaq. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barəd

23 noyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməs

23 noyabr
.

Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır

Kəlbəcər rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvafiq olaraq Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarıldı və bu olduqca böyük uğurdur v

21 noyabr
.

Prezident Çexiya ilə sazişi təsdiqlədi

"Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, sənəd 2026-cı il sentyabrın 30-da Bakı şəhərində imzalanıb

23 noyabr