Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər

Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərOktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan "44" bədii filmi ictimaiyyətə təqdim olunub.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, filmin təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Təqdimatdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında "44" filminin saundtrekini dinləyiblər. Musiqinin yaratdığı təsirli ovqat ekranda Azərbaycan xalqının Zəfərə aparan yolunu əks etdirən sənədli xronika ilə müşayiət olunub. Xronikada Azərbaycanın ərazi bütövlüyü uğurundakı mübarizə dövrü, Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın azad olunmasına yönəlik siyasəti, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsinə dair videomateriallar təqdim edilib.

"44" bədii filminin çəkiliş prosesi barədə statistik məlumatları əks etdirən videoçarx göstərildikdən sonra ekran əsəri nümayiş olunub.

Film bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır. Ekran əsərində əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını təcəssüm etdirir. Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır. Sevgi və şəxsi sınaqlar xətti ilə paralel olaraq, filmdə gərgin hərbi əməliyyatlar cərəyan edir. "44" sadəcə müharibə haqqında film deyil. Bu ekran əsəri qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsidir. "44" filmi Müzəffər Ali Baş Komandanın dəmir yumruğu, xalqın birliyi və igid oğullarımızın qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfərin bədii salnaməsidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ,Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn "44" bədii filmi istehsal miqyası, cəlb olunmuş mütəxəssislərin sayı, çəkiliş coğrafiyası, istifadə olunan texniki resursların həcmi və beynəlxalq əməkdaşlıq səviyyəsi baxımından Azərbaycanda son illərin ən böyük kinematoqrafik layihələrindəndir.

Filmin bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli, Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov, İsmayıl İman, prodüseri Orman Əliyev, quruluşçu operator Oleksandr Pozdnyakov, montaj rejissoru Elşad Rəhimov, bəstəkarı Ruslan Ağababayev, səs rejissoru Teymur Kərimovdur.

Ekran əsəri ssenarinin işlənməsindən postprodakşn mərhələsinədək 5 il ərzində ərsəyə gəlib. Belə ki, bədii ssenari və rejissor ssenarisinin yazılması 2 il, çəkilişlərə hazırlıq işlərinə 1 il, çəkilişlər 14 ay, postprodakşn işləri isə 1 il davam edib. Filmin daimi yaradıcı, aktyor və inzibati heyəti 455 nəfərdən ibarət olub. Hərbçilər, kütləvi səhnələrin iştirakçıları, epizodik rolları canlandıran aktyorlar, cəlb olunan mütəxəssislər nəzərə alındıqda isə layihə iştirakçılarının sayı bir neçə min nəfərə çatıb. Layihəyə müxtəlif istiqamətlər üzrə 198 mütəxəssis dəvət olunub. Filmin çəkilişlərində 2500 hərbçi, Xüsusi Təyinatlı Qüvvələrin 42 döyüşçüsü, əsas rollarda 32 aktyor, epizodik rollarda 1143 aktyor, həmçinin kütləvi səhnələri canlandıran 2000-dək heyət iştirak edib. Aktyorlar sırasında, eyni zamanda Vətən müharibəsi iştirakçıları var.

Filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlərdən əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib. Filmdə Ordumuzun bütün qoşun və qüvvə növləri iştirak edib.

Ekran əsərinin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb. Ümumilikdə isə çəkilişlər 130-dan çox məkanı əhatə edib.

Filmin istehsalında 150-dən çox hərbi texnika, aviasiya, avtomobil, silah və xüsusi təyinatlı avadanlıqlardan istifadə olunub. Çəkilişlərə tanklar, piyadaların döyüş maşınları, reaktiv yaylım atəş sistemləri, artilleriya sistemləri, döyüş helikopterləri, pilotsuz uçuş aparatları, mühəndis texnikası və zirehli avtomobillər, həmçinin atıcı silahlar, pulemyotlar, snayper tüfəngləri, qumbaraatanlar, tank əleyhinə raket kompleksləri və minaatanlar cəlb edilib. Genişmiqyaslı döyüş səhnələrinin real canlandırılması üçün müxtəlif növ 300 min təlim və döyüş patronu, yüzlərlə təlim sursatı, eləcə də xeyli miqdarda pirotexnika, tüstü effektləri, partlayıcı maddələr və xüsusi kaskadyor avadanlıqlarından istifadə olunub.

112 saatlıq çəkiliş materiallarının montajı 1 il davam edib və nəticədə 2 saat 38 dəqiqəlik film ərsəyə gəlib.

Layihənin reallaşmasına müxtəlif mərhələlərdə beynəlxalq mütəxəssislər də cəlb olunub. Kaskadyorluq, tryuk səhnələrinin quruluşu, pirotexniki effektlər, çəkiliş meydançasında səs yazılışı, operator dəstəyi, qrim işləri, musiqinin yazılışı, səs miksi, səs dizaynı, kompüter qrafikasının yaradılması, rəng korreksiyası və görüntünün yekun emalı, eləcə də premyera nümayişi üçün texniki avadanlıqların təchizatı 13 ölkədən - ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Estoniyadan olan mütəxəssislər tərəfindən həyata keçirilib. Filmin kompüter qrafikası işləri ukraynalı mütəxəssislərlə birgə Estoniyanın 3D qrafika, kompüter animasiyası və vizual effektlər üzrə ixtisaslaşmış "UMP" studiyasında aparılıb və heç bir süni intellekt məhsulundan istifadə olunmayıb.

Filmin postprodakşn mərhələsi, rəng korreksiyası, rəqəmsal görüntü emalı və masterinq işləri Polşanın bu sahədə ixtisaslaşmış "Dolby Vision" sertifikatlı "FixaFilm" studiyasında reallaşıb.

Ekran əsərinin istehsalı zamanı əlçatanlığın təmin olunmasına xüsusi diqqət yetirilib və müasir texnologiyaların tətbiqi ilə görmə imkanları məhdud tamaşaçılar üçün filmin tifloşərhli versiyası hazırlanıb.

Filmin premyerası üçün Almaniya-Avstriya birgə şirkəti olan "Lang AG"dən müasir ixtisaslaşmış proyeksiya ekranı alınıb, Almaniyanın "BIG cinema" şirkətindən isə DCP formatında filmlərin nümayişini dəstəkləyən sistemi olan müasir texnologiyalı kinoproyektor icarəyə götürülüb. Bu texnologiya belə miqyasda bədii filmin yüksək keyfiyyətdə nümayişi üçün Azərbaycanda ilk dəfə istifadə olunub. Nümayiş zamanı, həmçinin yüksək səs keyfiyyəti yaradan müasir sistemlər tətbiq edilib.

Ekran əsərinin premyerası münasibətilə çəkiliş prosesini, arxiv materiallarını, yaradıcı komandanın işini əks etdirən fotolar və məlumatlardan ibarət nəşr, eləcə də məhdud sayda xatirə hədiyyə dəstləri hazırlanıb.

Filmin təqdimatından sonra şəhid ailələri, İkinci Qarabağ müharibəsinin iştirakçıları, həmçinin yaradıcı və texniki heyət səhnəyə dəvət olunub, çıxış ediblər.

"44" bədii filminin beynəlxalq səviyyədə tanıdılması məqsədilə gələcəkdə xarici ölkələrdə nümayişi, eləcə də kinofestivallarda iştirakı nəzərdə tutulur.

Film oktyabrın 15-dən ölkə kinoteatrlarında nümayiş olunacaq.

Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərArzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərArzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərArzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərArzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərArzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərArzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərArzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərArzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərArzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərArzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərArzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərArzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərArzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblərArzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 178   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 13-də güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Qobustan, Neftçala, Hacıqabul, Xaçmaz

12 oktyabr
.

"Məktəbli forması eyni zamanda təhsil müəssisəsinə mənsubiyyətin və kollektiv ruhunun ifadəsidir" - Ülviyyə Həmzəyeva

"Məktəb yalnız bilik və bacarıqların əldə edildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial davranış qaydalarını, qarşılıqlı hörməti və birgəyaşayış mədəniyyətini öyrəndiyi mühüm təhsil və tərbiyə mühitidir. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən vahid məktəbl

12 oktyabr
.

Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA

"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard

12 oktyabr
.

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd

13 oktyabr
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

12 oktyabr
.

Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini

12 oktyabr
.

DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi

Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla

12 oktyabr
.

Böyük qələbələrə aparan 23 il

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı

12 oktyabr
.

Kəlağayı milli kimliyimizin güzgüsü: qədim sənət ənənəsi müasir dövrdə necə qorunmalıdır?

Azərbaycanın milli-mədəni irsi xalqımızın tarixini, dünyagörüşünü və mənəvi dəyərlərini özündə yaşadan zəngin bir xəzinədir. Bu xəzinənin ən seçilən nümunələrindən biri olan kəlağayı isə sadəcə qadın baş örtüyü deyil, milli kimliyin, tarixi yaddaşın və nəsillər arasında mənəvi bağlılığın ifadəsidir

13 oktyabr