Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı

Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldıAstronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər.

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "The Astrophysical Journal" jurnalında dərc olunub.

Harvard-Smitson Astrofizika Mərkəzindən Qari Melnikin rəhbərlik etdiyi alimlər NASA-nın SPHEREx kosmik rəsədxanasının məlumatlarından istifadə ediblər. İnfraqırmızı diapazonda müşahidələr aparan teleskop Süd Yolunda ulduzların yarandığı iki aktiv bölgədə - Cygnus X və Şimali Amerika dumanlığında yüzlərlə işıq ili boyunca uzanan buz buludları aşkar edib. Bu ərazilərdə donmuş su saysız-hesabsız kosmik toz zərrəciklərinin səthində toplanır.

Alimlərin fikrincə, qaz və toz buludları sıxılaraq yeni planetlər əmələ gətirərkən buzun bir hissəsi də bu prosesə qoşulur. Melnik hesab edir ki, ulduzlararası buzun böyük ehtiyatları planetlərin gələcəkdə su ilə zənginləşməsini izah edə bilər. Onun sözlərinə görə, Yer kürəsindəki suyun əhəmiyyətli hissəsi, hətta bəlkə də hamısı ilkin olaraq ulduzlararası buz şəklində mövcud olub.

Qeyd edək ki, "Ceyms Vebb" kosmik teleskopu da əvvəllər oxşar buz ehtiyatlarını müşahidə edib. Lakin SPHEREx daha geniş əraziləri əhatə edən xəritələr hazırlamağa imkan verir. İkiillik missiyası çərçivəsində aparat bütün səmanı dörd dəfə skan edəcək.

Tədqiqatçılar növbəti mərhələdə kosmosdakı buz ehtiyatlarının həcmini daha dəqiq müəyyənləşdirməyi planlaşdırırlar. Bu araşdırmalar su ilə zəngin planet sistemlərinin yarandığı bölgələri müəyyən etməyə və həyat üçün potensial əlverişli dünyaların axtarışına töhfə verə bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 100   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meteor yağışı olacaq

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2

12 oktyabr
.

Cənubi Koreya: KXDR Yapon dənizi istiqamətində bir neçə raket buraxıb

Cənubi Koreya hərbçilərinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) bazar ertəsi Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Raketlərin uçuş məsafəsi təxminən 900 kilometr olub. xəbər verir ki, bu barədə "News1" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrini

12 oktyabr
.

Çexiya Prezidenti seçkilərdə iştirak etmək üçün məzuniyyətini yarımçıq qoyub

Çexiya Prezidenti Petr Pavel bələdiyyə və Senat seçkilərində səs vermək üçün bir neçə saatlıq Mərakeşdən vətənə qayıdıb. "Report" "Idnes" portalına istinadən xəbər verir ki, dövlət başçısı səsvermədə iştirak etməmək barədə ilkin qərarının tənqid olunmasından sonra məzuniyyətini yarımçı

11 oktyabr
.

İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi

İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili

11 oktyabr
.

Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı

İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric

13 oktyabr
.

ABŞ Rusiyanın dizel yanacağının dünya bazarlarına tədarükünü sanksiyalardan azad edib

ABŞ Maliyyə Nazirliyi Rusiyanın dizel yanacağının dünya bazarlarına tədarükünü 2027-ci il aprelin 7-dək sanksiyalardan azad edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində məlumat yayılıb. "Bu gün ABŞ Prezidenti Donald Trampın göstərişi ilə ABŞ Maliyy

11 oktyabr
.

Aİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb

Avropa Komissiyası (AK) müdafiə xərclərinin kreditləşdirilməsi üzrə SAFE Avropa proqramı çərçivəsində İtaliyanın 8 milyard avrodan çox məbləğdə yenilənmiş planını təsdiqləyib. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə AK-nin nümayəndəsi Toma Renye bildirib

13 oktyabr
.

Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb

Fransada oğurlanmış şəxsi məlumatların yayıldığı internet resursunu idarə etməkdə şübhəli bilinən üç azyaşlı saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "20 Minutes" portalı Paris prokurorluğuna istinadən məlumat yayıb. İstintaqın məlumatına görə, sayt mart ayında "Reacher"

11 oktyabr
.

Britaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?

Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer

11 oktyabr