Bakıda söküntülər genişlənəcək: Sakinləri hansı kompensasiya gözləyir? - AÇIQLAMA

Bakıda söküntülər genişlənəcək: Sakinləri hansı kompensasiya gözləyir? - AÇIQLAMABakının bir sıra ərazilərində, o cümlədən Nərimanov rayonunda yol və infrastruktur layihələri ilə əlaqədar söküntü işlərinə başlanılması daşınmaz əmlak bazarında yeni müzakirələrə səbəb olub. Xüsusilə söküntü aparılan və gələcəkdə yenidən qurulması nəzərdə tutulan ərazilərdə mənzil və torpaq qiymətlərinin necə dəyişəcəyi, sakinlərə ödəniləcək kompensasiyanın hansı prinsiplərlə hesablanacağı maraq doğurur. Nərimanov rayonunda Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini birləşdirəcək yol layihəsi çərçivəsində bəzi fərdi evlərin sökülməsi nəzərdə tutulur.

Bəs, Bakıda söküntü prosesinin genişlənməsi daşınmaz əmlak bazarına və mənzil qiymətlərinə necə təsir göstərə bilər? Sakinlərə təklif olunan kompensasiya məbləği hansı meyarlar əsasında müəyyənləşdirilməli, əmlakın real bazar dəyəri necə hesablanmalıdır? Təklif olunan məbləğlə razılaşmayan vətəndaşların hansı hüquqları var və onlar hüquqlarını qorumaq üçün hansı addımları atmalıdırlar? Ümumilikdə, paytaxtda söküntü prosesinin gələcəkdə daha geniş əraziləri əhatə etməsi gözlənilirmi?
Bakıda söküntülər genişlənəcək: Sakinləri hansı kompensasiya gözləyir? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, hər hansı ərazidə söküntü aparılırsa və həmin ərazidə abadlaşdırma işləri həyata keçirilirsə, bu zaman vətəndaşa kompensasiya ödənilir və o, başqa yerdə mənzil əldə etmək imkanı qazanır. Əgər söküntüdən sonra həmin ərazidə yeni binalar tikiləcəksə, sakinlərə müvəqqəti kirayə xərclərini qarşılamaq üçün kompensasiya verilə bilər.

"Bu məbləğ vətəndaşın altı ay və ya bir il müddətində kirayədə yaşamasına imkan yaradır. Bina hazır olduqdan sonra isə sakinlər müvafiq mənzillərlə təmin olunurlar.

Kompensasiya məbləğinin müəyyənləşdirilməsinin üç variantı var. Birinci halda bu proses Nazirlər Kabineti yanında müvafiq komissiya tərəfindən həyata keçirilir. İkinci variantda investorla vətəndaşlar, yəni bina sakinləri arasında qarşılıqlı razılaşma əldə olunur. Üçüncü halda isə müvafiq dövlət qurumu tərəfindən elan edilən satınalmanın nəticəsində qalib gələn qiymətləndirmə şirkəti kompensasiya məbləğini müəyyənləşdirir.

Bu variantlardan hansının Nərimanov rayonunda aparılan söküntülərə tətbiq olunacağı barədə hazırda əlimizdə dəqiq məlumat yoxdur. Düşünürəm ki, Nazirlər Kabineti yanında fəaliyyət göstərən komissiyanın qərarları əsasən Yasamal ərazisi ilə bağlıdır. Nərimanovda söküntü aparılan və yerində yeni binaların tikilməsi nəzərdə tutulan ərazilərdə isə müvafiq dövlət qurumu tərəfindən satınalma elan oluna və qiymətləndirmə işləri qalib gələn şirkətə həvalə edilə bilər. Digər tərəfdən, tikinti işlərini investor həyata keçirəcəksə, kompensasiya məbləği investorla bina sakinləri arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilə bilər.

Söküntü və sonrakı abadlaşdırma işləri həmin ərazilərdə daşınmaz əmlakın bazar dəyərinə də təsir göstərir. Belə proseslər nəticəsində mənzillərin, obyektlərin və torpaq sahələrinin qiymətləri arta bilər. Xüsusilə abadlaşdırma işləri ərazinin infrastrukturunu və ümumi cəlbediciliyini yaxşılaşdırdığı üçün onun bazar dəyərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər.

Kompensasiya məbləğinə gəldikdə, düşünürəm ki, ərazinin yerləşməsindən və infrastruktur imkanlarından asılı olaraq, bu məbləğ bir kvadratmetr üçün 2500-3500 manat arasında dəyişə bilər. Burada yolun yaxınlığı, ərazinin infrastrukturu və digər amillər nəzərə alınmalıdır. Təklif olunan məbləğlə razılaşmayan vətəndaşlar isə öz hüquqlarından istifadə edərək məhkəməyə müraciət edə və ya qiymətləndirmə şirkətlərindən alternativ qiymətləndirmə aparılmasını tələb edə bilərlər.

Bakıda söküntü prosesinin genişlənəcəyini düşünürəm. Çünki Bakı şəhərinin 2040-cı ilədək Baş Planının həyata keçirilməsi istiqamətində addımlar atılır. İlkin mərhələdə qəzalı vəziyyətdə olan və istismar müddəti başa çatan 200 binanın sökülməsi nəzərdə tutulur. Sonrakı mərhələlərdə isə bu prosesin Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Naxçıvan və Azərbaycanın digər rayonlarında da mərhələli şəkildə həyata keçirilməsi mümkündür. Əsas məqsəd köhnə mənzil fondunun yenisi ilə əvəz olunması və müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış mühitinin yaradılmasıdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 178   Tarix: 27 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fira Cəlilovanın evindəki hadisə ilə bağlı - DİN-dən açıqlama - Video - Yenilənib

Tanınmış aparıcı Fira Cəlilova (Firuzə Cəlilova) Novxanı qəsəbəsində yerləşən bağ evinə hücum edildiyini iddia edib. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib. "Bu gün, 26 noyabr, saat 22:00 radələrində Novxanıda yerləşən bağ evimə beş avtomobill

27 noyabr
.

Sahildə batan maşını çıxarmağa gələn texnikalar qumda batdı - Video

Xaçmazda dəniz kənarında batan avtomobilləri çıxarmaq istəyən texnikalar çətin vəziyyətə düşüblər. "Qafqazinfo" "Şimal.news"a istinadən xəbər verir ki, əvvəlcə evakuator, daha sonra isə əraziyə gətirilən bir neçə traktor da sahildə batıb. Bildirilib ki, ilk olaraq sahildə batan avtomobil

26 noyabr
.

"20 Yanvar"da kişi qəfil öldü

Paytaxtın Yasamal rayonu ərazisində - metronun "20 Yanvar" stansiyasının çıxışında piyada qəfil ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 25-i saat 13 radələrində Müzəffər Həsənov küçəsi 12-nin qarşısında baş verib. Bakı şəhər sakini 1975-ci il təvəllüdlü İsmayıl Mikayılzad

26 noyabr
.

Azərbaycanda zəlzələ oldu

Şamaxı-Ağsu sərhədində 4,3 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Zəlzələnin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, təkanlar yerli vaxtla saat 20:24-də qeydə alınıb. Ocağı 18 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub

26 noyabr
.

Kartofun qiyməti niyə kəskin bahalaşır? - Artım davam edəcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Kartofun qiymətində son günlər müşahidə olunan bahalaşma istehlakçıların diqqətini çəkib. Qiymət artımının əsas səbəblərindən biri kimi İranın kartof ixracını müvəqqəti dayandırması göstərilir. Belə ki, 2026-cı ilin ilk dörd ayında İrandan ölkəyə 24 548 ton kartof idxal edilib ki, bu da ümumi idxalı

27 noyabr
.

Generalın qızı ilə bağlı məsələdə adı hallanan məmur işdən çıxarılıb?

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) kadr dəyişikliyi olub. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, Agentliyin İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayev vəzifəsindən azad edilib. O, 2022-ci il 4 fevral tarixində bu vəzifəyə təyi

27 noyabr
.

Dubaydan gətirdiyi 160 minlik brilyantı gömrükdən keçirmək istədi

Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb. "Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama nəticəsind

26 noyabr
.

15° şaxta olacaq

Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperatur

26 noyabr
.

Axtarışda olan şəxs Firanın evində gizlənibmiş... - Foto

Aparıcı Fira Cəlilovanın evində tutulan şəxslə bağlı bəzi faktlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçirilən tədbirlərlə törətdiyi çoxsaylı cinayətlərə görə axtarışda olan şəxsin bilə-bilə evdə gizlədilməsi məlum olub. Saxlanılan Əlihüseyn Hüseynovun Fira Cəlilova ilə hə

27 noyabr