Aİ Rusiyaya qarşı 23-cü sanksiya paketini hazırlayır

Aİ Rusiyaya qarşı 23-cü sanksiya paketini hazırlayırAvropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni - 23-cü sanksiya paketinin hazırlanmasına başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Politico" nəşri müzakirələrlə tanış olan Ukrayna mənbələrinə istinadən məlumat yayıb.
Yeni məhdudiyyətlərin əsasən Rusiyanın neft gəlirlərinin azaldılmasına yönələcəyi gözlənilir.
Məlumata görə, yeni sanksiyalar paketinin layihəsinin 2026-cı ilin sonuna qədər Aİ üzv dövlətlərinə təqdim edilməsi planlaşdırılır.
Bundan əlavə, oktyabrın 15-də keçiriləcək Aİ sammitində iştirakçıların Rusiyanın enerji ehtiyatlarına qarşı əlavə məhdudiyyətlərin tətbiqini tələb etməyi nəzərdə tutduqları bildirilir.
Nəşrin yazdığına görə, Aİ-nin Rusiyanın neft sektoruna qarşı yeni sanksiyalar hazırlamaq qərarı ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağının tədarükü məsələsində razılığa gəldiyini açıqlamasından sonra gündəmə gəlib.
Xatırladaq ki, oktyabrın 9-da Donald Tramp Vladimir Putinlə ABŞ və qlobal bazarlara Rusiya dizel yanacağının tədarükü ilə bağlı razılığa gəldiyini bəyan edib. Bu addım bir sıra Avropa siyasətçilərinin tənqidinə səbəb olub. Onlar Rusiyaya qarşı təzyiqlərin azaldılmamalı, əksinə, artırılmalı olduğunu bildiriblər.
Oktyabrın 12-də isə Avropa İttifaqı Rusiyaya qarşı 22-ci sanksiya paketini təsdiqləyib. Məlumata əsasən, həmin paket çərçivəsində sanksiya siyahısına təxminən 1 600 fiziki və hüquqi şəxs əlavə edilib. Bu, sanksiya siyahısının ən genişmiqyaslı genişləndirilməsi kimi təqdim olunub.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib ki, siyahıya ballistik raketlərin istehsalında iştirak edən şəxslər də daxil edilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 311   Tarix: 13 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əbu-Dabidəki danışıqlar başa çatdı

Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidəki üçtərəfli danışıqları bugünlük başa çatıb və noyabrın 11-də davam edəcək. Bu barədə Ukraynanın Xarici Kəşfiyyat Xidmətindən bildirilib

10 noyabr
.

Almaniyada süni intellekt 15 ilə 800 min iş yerini əvəz edəcək

Almaniyada süni intellekt növbəti 15 il ərzində təxminən 800 min iş yerinin itirilməsinə səbəb olacaq. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nahles öz müsahibəsində bildirib. O, süni intellektin Almaniya əmək bazarına gətirəcəyi əsas transformasiyada

11 noyabr
.

Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqların ilk gününü konstruktiv qiymətləndirib. xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında bildirib. Onun sözlərinə görə, tərəflər humanitar addımların atılmasının zəruriliyin

10 noyabr
.

Bolqarıstanda matəm elan edildi

Bolqarıstanda milli matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, buna səbəb "Trakiya" avtomagistralında baş verən ağır zəncirvari yol qəzasıdır. Bolqarıstanın Baş naziri Rumen Radev bildirib ki, noyabrın 11-i faciə nəticəsində həyatını itirənlərin xatirəsinə milli matəm günü ela

10 noyabr
.

Polşa polis əməkdaşlarına hücumlara görə cəzaları sərtləşdirəcək

Polşa hökuməti polis əməkdaşlarına hücuma görə cəzaları artıran qanun layihəsini qəbul edəcək. xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk açıqlama verib. O bildirib ki, bu müddəalar tətbiq edildikdən sonra, zabitin həyatı və ya sağlamlığı üçün təhlükə yarada biləcək hər hansı bir hücu

11 noyabr
.

Afrika İspaniya və Portuqaliyanı hərəkətə gətirir - Yer qabığında qeyri-adi dəyişiklik

İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadası Afrikanın tektonik plitəsinin təsiri ilə saat əqrəbi istiqamətində yavaş-yavaş fırlanır. Bu hərəkət ildə cəmi bir neçə millimetr təşkil etsə də, alimlərin fikrincə, regionun geoloji quruluşunda mühüm dəyişikliklərə səbəb olur. Qaynarinfo xəbə

11 noyabr
.

Almaniya təhlükəsizlik narahatlıqlarına görə hərbi bazalarda Çin istehsalı dronları qadağan edib

Almaniya təhlükəsizlik risklərini əsas gətirərək Çin istehsalı olan kommersiya dronlarının hərbi bazalarda və təlim poliqonlarında istifadəsini qadağan edib. xəbər verir ki, qərar dərhal qüvvəyə minib. Son illərdə hərbi bölmələr tərəfindən alınmış Çin istehsalı dronların mümkün qədər tez xidmətdən çıxarılmas

11 noyabr
.

Rusiya 4 nəhəng şirkəti cərimələdi - Səbəb bu imiş

Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni

10 noyabr
.

Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək

Avropa İttifaqı noyabrın 16-sı Rusiyaya qarşı əlavə sanksiyalar qəbul edəcək. xəbər verir ki, bunu Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Həddad LCI telekanalına bildirib. Onun sözlərinə görə, Rusiya ilə bağlı 150 müəssisə və 50 banka sanksiyalar tətbiq ediləcək. "Biz Rusiyaya iqtisad

12 noyabr