AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) fəaliyyətinə təsir göstərən əsas amillərdən biri təşkilata üzv dövlətlər arasında mövcud olan ciddi siyasi ziddiyyətlər və fikir ayrılıqlarıdır. Hindistan-Pakistan, İran-İsrail münasibətləri bu baxımdan səciyyəvi nümunələrdir. Belə mürəkkəb geosiyasi münasibətlər təşkilat çərçivəsində ortaq mövqenin formalaşdırılmasını, konsensus əsasında qərarların qəbulunu və konkret nəticələrin əldə olunmasını çətinləşdirir.
Bununla yanaşı, burada diqqətçəkən bir paradoks da mövcuddur. Belə ki, AQEM-in yaradılmasının başlıca məqsədlərindən biri məhz dövlətlər arasında mövcud olan ziddiyyətlərin dialoq və qarşılıqlı anlaşma yolu ilə yumşaldılması, etimad mühitinin gücləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Beləliklə, təşkilat daxilindəki siyasi fikir ayrılıqları bir tərəfdən onun fəaliyyətini məhdudlaşdıran amil kimi çıxış etsə də, digər tərəfdən AQEM-in mövcudluğunu və dialoq platforması kimi əhəmiyyətini şərtləndirən əsas səbəblərdən biridir.
Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal siyasi proseslərdə rolunun getdikcə artmasının daha bir göstəricisidir. Çin, Hindistan, Rusiya, Türkiyə və Cənubi Koreya kimi nəhəng siyasi və iqtisadi güclərin də təmsil olunduğu AQEM-in 28 üzv dövləti Asiya qitəsinin ərazisinin və əhalisinin təxminən 90 faizini əhatə edir. Bu miqyasda beynəlxalq platformanın zirvə görüşünə Bakının ev sahibliyi etməsi Azərbaycanın qlobal səviyyədə də mühüm diplomatik və siyasi dialoq mərkəzlərindən birinə çevrildiyini göstərir. Hesab edirəm ki, bu tədbirin iqtisadi əhəmiyyəti də siyasi əhəmiyyətindən heç də az deyil. Birincisi, dünya iqtisadiyyatının ağırlıq mərkəzi getdikcə Asiyaya doğru dəyişir. Qlobal istehsalın, beynəlxalq ticarətin, investisiyaların və texnologiyaların mühüm hissəsi bu regionda cəmləşir. Azərbaycan üçün belə bir platformada fəal iştirak dünyanın ən böyük iqtisadiyyatları ilə əməkdaşlığın genişləndirilməsi baxımından əlavə imkanlar yaradır.
İkincisi, nəqliyyat və logistika imkanlarıdır. Dünya Bankının sentyabr ayında açıqladığı yeni araşdırmaya görə, zəruri investisiyalar və islahatlar həyata keçirilərsə, 2040-cı ilə qədər Orta Dəhliz üzrə ticarət həcmi üç dəfədən çox arta, daşınma müddəti yarıya enə və dəhliz ölkələrində 2 milyon əlavə iş yeri yarana bilər.
Azərbaycan üçün burada ən vacibi tranzit yüklərinin artmasındab daha yox, həmin yüklər ətrafında logistika, emal sənayesi, anbar təsərrüfatı və digər xidmət sahələrinin inkişafı hesabına daha böyük əlavə dəyər yaratmaqdır. Üçüncüsü, maliyyə və investisiya əməkdaşlığıdır. Azərbaycanın AQEM-ə sədrliyi dövründə ilk Maliyyə Sammitinin keçirilməsi də bu baxımdan əhəmiyyətlidir. Çünki Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin genişləndirilməsi böyük infrastruktur layihələri, yeni investisiyalar və maliyyə əməkdaşlığı tələb edir. Bütün bunlar göstərir ki, Azərbaycanın artan siyasi nüfuzu ölkəmiz üçün yeni iqtisadi imkanlar da formalaşdırır. İndi qarşıdakı məqsəd isə həmin siyasi nüfuzu daha çox investisiyaya, daha geniş ticarət əlaqələrinə və nəticə etibarilə real iqtisadi dividendlərə çevirməkdir.
İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Narı dənələri ilə yemək olar? - Qastroenteroloqdan CAVAB
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
Pensiya hesabına daha az vəsait köçürüləcək - pensiyalar azalacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Ərdoğandan təbrik mesajı: "Qardaşım İlham Əliyevlə kədər və sevincdə bərabərik" - Foto
Pomidor haqqında bilmədiyiniz on iki maraqlı fakt
Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılacaq
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə şad xəbər: Üç il artırıldı
Mələkxanım Eyubovanın ailəsində ağır itki