Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanıBakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərini əhatə edir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlərdə multikulturalizm ənənələrinin qorunması, müxtəlif dini və etnik qrupların vahid cəmiyyət daxilində birliyi, beynəlxalq münasibətlərdə ədalət prinsipinin təmin olunması və müstəqilliyin qətiyyətlə müdafiəsi bir-birini tamamlayan məsələlər kimi ön plana çıxır.

Müasir dünyada mədəniyyətlər və dinlər arasında münasibətlərin mürəkkəbləşdiyi, müxtəlif regionlarda münaqişələrin və qarşıdurmaların davam etdiyi bir şəraitdə dialoqun təşviqi xüsusi əhəmiyyət daşıyır. Belə bir dövrdə Azərbaycanın bu istiqamətdə ardıcıl siyasət yürütməsi, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və fərqli mədəniyyətlərin nümayəndələrini bir araya gətirməsi ölkəmizin qlobal əməkdaşlığa verdiyi töhfənin ifadəsidir. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın bu sahədəki mövqeyinin yalnız tarixi ənənələrə deyil, həm də müasir dövlətçilik prinsiplərinə əsaslandığını bir daha nümayiş etdirir. Azərbaycan tarixən Avropa ilə Asiyanın qovşağında yerləşərək müxtəlif sivilizasiyalar arasında əlaqələrin inkişafında mühüm rol oynayıb. Lakin ölkəmizin mədəniyyətlərarası dialoq sahəsindəki mövqeyini müəyyən edən əsas amil təkcə coğrafi mövqeyi deyil. Xalqımızın əsrlər boyu yaşatdığı tolerantlıq ənənələri, dini və etnik müxtəlifliyə hörmət, qarşılıqlı anlaşma və birgəyaşayış mədəniyyəti bu dəyərlərin milli həyat tərzimizin ayrılmaz hissəsinə çevrilməsini təmin edib. Prezident İlham Əliyev çıxışında xüsusi vurğulayıb ki, mədəniyyətlərarası və dinlərarası münasibətlərlə bağlı məsələlər Azərbaycanın gündəliyində əsas prioritetlər sırasındadır. Bu yanaşma göstərir ki, multikulturalizm ölkəmizdə yalnız tarixi irs kimi qorunmur, eyni zamanda cəmiyyətin sabitliyinə, dövlətin güclənməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edən mühüm istiqamət kimi inkişaf etdirilir.

Azərbaycanın uğurlu və sabit inkişafının əsas səbəblərindən biri də cəmiyyətdə mövcud olan həmrəylikdir. Müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələrinin ölkəmizin Konstitusiyasına uyğun olaraq bərabər hüquqlardan istifadə etməsi, cəmiyyətin həyatında iştirak etməsi və vahid ailə kimi yaşaması ölkəmizdə formalaşmış ictimai münasibətlərin mahiyyətini ifadə edir. Bu, eyni zamanda, dövlətin bütün vətəndaşların hüquq və azadlıqlarının qorunmasına əsaslanan siyasətinin nəticəsidir. Bu gün dünyanın müxtəlif bölgələrində dini və etnik fərqlərin qarşıdurma vasitəsinə çevrildiyi, dözümsüzlük və ayrı-seçkilik meyillərinin gücləndiyi bir şəraitdə Azərbaycanın təcrübəsi xüsusi aktuallıq qazanır. Ölkəmizin yanaşması göstərir ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri arasında qarşılıqlı hörmətin təmin olunması, hüquq bərabərliyinin qorunması və ümumi dövlətçilik maraqlarının möhkəmləndirilməsi sabit cəmiyyətin əsas şərtlərindəndir. Azərbaycanın bu sahədəki mövqeyi beynəlxalq müstəvidə də ardıcıl şəkildə ifadə olunur. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları fərqli sivilizasiyaların nümayəndələri arasında fikir mübadiləsi üçün geniş imkanlar yaradır. Belə tədbirlərin əsas məqsədi yalnız müxtəliflik haqqında danışmaq deyil, həm də qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, ortaq problemlərin müzakirəsi və əməkdaşlığın inkişafı üçün real zəmin formalaşdırmaqdır.

Prezident İlham Əliyevin çıxışında milli birlik məsələsinə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Dövlətimizin başçısı Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı dövründə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda yaşayan bütün etnik qrupların və dinlərin nümayəndələrinin vahid amal ətrafında birləşərək milli kimliyimizin qorunması, ədalətin bərpası və ərazi bütövlüyümüzün təmin olunması uğrunda mübarizə apardıqlarını vurğulayıb. Bu birlik Azərbaycan xalqının tarixində mühüm yer tutan mənəvi və siyasi hadisədir. Uzun illər davam edən işğal, münaqişənin yaratdığı ağır nəticələr və tarixi ədalətin bərpası zərurəti xalqımızı ümumi məqsəd ətrafında birləşdirən əsas amillərdən olub. Müxtəlif etnik mənsubiyyətə və dini etiqada malik vətəndaşlarımızın Vətənin müdafiəsində eyni mövqedən çıxış etməsi Azərbaycanın dövlətçilik təməllərinin möhkəmliyini nümayiş etdirib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun qəhrəmanlığının və yüksək peşəkarlığının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin, xalqımızın sarsılmaz iradəsinin və milli həmrəyliyinin nəticəsidir. Bu qələbə dövlətimizin hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, cəmiyyətin bütün təbəqələrinin ümummilli məqsəd naminə birləşmək bacarığını da ortaya qoydu. Müharibə dövründə nümayiş etdirilən həmrəylik Azərbaycanın yalnız hərbi deyil, həm də mənəvi üstünlüyünün mühüm göstəricisinə çevrildi. Ölkə başçımızın milli birliyi qələbənin rəmzi kimi səciyyələndirməsi məhz bu baxımdan böyük məna daşıyır.

Dövlət başçısının mümkün risklərin əsasən ölkə hüdudlarından kənarda formalaşdığına dair fikri müasir geosiyasi şəraitdə xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq münasibətlərdə gərginliyin artması, regional münaqişələrin davam etməsi və müxtəlif güc mərkəzləri arasında rəqabətin dərinləşməsi hər bir dövlətdən daim ayıq-sayıq olmağı, milli təhlükəsizliyini möhkəmləndirməyi və müstəqilliyini qorumağa hazır olmağı tələb edir. Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasət dövlət suverenliyinin etibarlı təminatına əsaslanır. Güclü ordu, iqtisadi dayanıqlıq, milli maraqlara söykənən xarici siyasət və cəmiyyətin həmrəyliyi müstəqilliyin qorunmasının başlıca dayaqlarıdır. Eyni zamanda, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüslərində iştirakı göstərir ki, təhlükəsizliyin möhkəmləndirilməsi ilə beynəlxalq dialoqun inkişafı bir-birini tamamlayan istiqamətlərdir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirilən fikirlər bütövlükdə Azərbaycanın dövlətçilik təcrübəsinin əsas məntiqini ortaya qoyur. Multikulturalizm cəmiyyətin daxili harmoniyasını, milli birlik dövlətin bütövlüyünü, müstəqil siyasət isə ölkənin öz gələcəyini müəyyənləşdirmək hüququnu təmin edən əsas amillərdir. Beynəlxalq münasibətlərdə ədalət və bərabərlik prinsiplərinin müdafiəsi isə bu yanaşmanın qlobal müstəvidəki davamıdır. Beləliklə, Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışı Azərbaycanın yalnız mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfəni deyil, həm də öz milli dəyərlərini, suverenliyini və dövlətçilik maraqlarını qətiyyətlə qoruyan ölkə kimi mövqeyini əks etdirir. Azərbaycanın tarixi təcrübəsi göstərir ki, müxtəlifliyə hörmət, milli həmrəylik, müstəqilliyə sədaqət və beynəlxalq münasibətlərdə ədalətə əsaslanan yanaşma dayanıqlı inkişafın mühüm şərtləridir.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 271   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Federal Prezident,. Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbayca

26 oktyabr
.

ABŞ-sız Avropa Ukraynanı qoruya biləcəkmi?

Avropa ölkələri Ukraynaya maliyyə və hərbi dəstəyi artırsa da, ABŞ-ın iştirakı olmadan Kiyevin müdafiəsini təmin etmək ciddi çətinliklər yaradır. Xüsusilə kəşfiyyat məlumatları, peyk rabitəsi və Rusiya raketlərini zərərsizləşdirmək üçün istifadə olunan hava hücumundan müdafiə sistemləri sahəsində Avropanı

27 oktyabr
.

İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

"Mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyimizin əsas hissəsini tutur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib. "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətl

27 oktyabr
.

"Biz beynəlxalq münasibətlərdə yeni mərhələyə qədəm qoyuruq" - BƏHRUZ QULİYEV

"Bu gün dünya siyasətində müşahidə olunan əsas proseslərdən biri ABŞ-ın ənənəvi təsir dairələrində rəqabətin güclənməsi və dövlətlərin daha müstəqil xarici siyasət yürütməyə çalışmasıdır. Latın Amerikası da bu baxımdan xüsusi diqqət çəkir. Oktyabrın 29-da Monrealda keçiriləcək Avropa İttifaqı-Kanad

28 oktyabr
.

Müstəqil siyasət, qlobal nüfuz və sarsılmaz birlik

Dünyada münaqişələrin, qütbləşmənin və dini qarşıdurmaların dərinləşdiyi bir dövrdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha çox ön plana çıxır. Məhz belə bir şəraitdə Azərbaycanın evsahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif xalqların, dinlərin və sivilizasiyaların nümayəndələrin

28 oktyabr
.

İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"

"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verir və bu istiqamətdə daim səylər göstərir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatın

28 oktyabr
.

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməs

28 oktyabr
.

İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli iclasının iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin mətnini təqdim edir:. "Sizi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyay

28 oktyabr
.

"Ancaq bir görüşlə bütün ziddiyyətlərin aradan qalxacağını düşünmək düzgün olmaz" - BƏHRUZ QULİYEV

"Tehranda keçiriləcək danışıqlar Yaxın Şərqdə gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Əsas sual budur ki, bu görüş İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin yaxşılaşmasına gətirib çıxara bilərmi?. Mən əvvəldən də qeyd etmişəm ki, bu münaqişənin genişmiqyaslı müharibəy

26 oktyabr