WhatsApp hesabları necə ələ keçirilə bilər və vətəndaşlar özlərini necə qorumalıdırlar? - AÇIQLAMA
Son dövrlər mesajlaşma tətbiqlərində istifadəçi hesablarının ələ keçirilməsi halları kibertəhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Dələduzlar müxtəlif aldatma üsullarından, saxta mesaj və keçidlərdən, eləcə də təsdiq kodlarını ələ keçirmək cəhdlərindən istifadə edərək vətəndaşların şəxsi yazışmalarına və hesablarına giriş əldə etməyə çalışırlar. İkiaddımlı doğrulama funksiyası əlavə təhlükəsizlik yaratsa da, istifadəçilərin diqqətli olması və hesabların qorunması üçün zəruri tədbirləri görməsi vacibdir.
Bəs, WhatsApp hesabları ən çox hansı üsullarla ələ keçirilir və ikiaddımlı doğrulama aktiv olduğu halda belə bu risk mövcud ola bilərmi? Vətəndaşlar hesablarının təhlükəsizliyini qorumaq üçün hansı tədbirləri görməli, hesabları ələ keçirildikdə isə ilk növbədə hansı addımları atmalıdırlar?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə Mühəndis, Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev də bildirib ki, som günlər müşahidə edilə bilər ki, bəzi istifadəçilər öz WhatsApp hesablarınını itirirlər.
"Bəzi hallarda geri qaytarma 24 saat vəya daha çox vaxy hesabına başa gəlir. Kiberdələduzlar müxtəlif bəhanələrlə istifadəçilərin etibarını qazanaraq onların hesablarına giriş əldə etməyə çalışırlar. Ən geniş yayılmış üsullardan biri istifadəçiyə göndərilən altırəqəmli təsdiqləmə kodunun ələ keçirilməsidir. Dələduzlar özlərini WhatsApp əməkdaşı, mobil operator nümayəndəsi və ya tanış şəxs kimi təqdim edərək həmin kodu istəyirlər. Digər üsul isə saxta keçidlər və QR kodlar vasitəsilə istifadəçilərin aldadılmasıdır. Məsələn, "Bu şəkildə sənsən?", "Bu videoya bax" kimi mesajlarla istifadəçilər saxta səhifələrə yönləndirilir".
Ekspert bildirib ki, WhatsApp-ın "Əlaqələndirilmiş cihazlar" funksiyasından sui-istifadə halları ola bilər:
"Bu zaman istifadəçi aldadılaraq dələduzun cihazını öz hesabına qoşur. Nəticədə WhatsApp istifadəçinin telefonunda işləməyə davam etsə də, üçüncü şəxs onun hesabına əlavə cihazdan giriş əldə edə bilir.
İkiaddımlı doğrulama aktiv olduqda belə hesabın ələ keçirilməsi mümkündür. Çünki bu funksiya əlavə təhlükəsizlik səviyyəsi yaratsa da, bütün hücum növlərindən qorumur. Xüsusilə istifadəçi özü aldadılaraq başqa cihazın əlaqələndirilməsini təsdiqləyərsə, ikiaddımlı doğrulama kifayət etməyə bilər. Buna görə yalnız bu funksiyaya güvənmək düzgün deyil. Vətəndaşlar hesablarını qorumaq üçün ilk növbədə ikiaddımlı doğrulamanı aktivləşdirməli, SMS vasitəsilə gələn təsdiqləmə kodlarını heç kimlə paylaşmamalı, şübhəli keçidlərə daxil olmamalı və naməlum QR kodları skan etməməlidirlər. Eyni zamanda, WhatsApp-ın "Əlaqələndirilmiş cihazlar" bölməsi mütəmadi yoxlanılmalı, tanınmayan cihazlar dərhal siyahıdan çıxarılmalıdır. Hesabın bərpası üçün istifadə edilən elektron poçtun təhlükəsizliyi də təmin olunmalıdır".
Onun sözlərinə görə, hesab ələ keçirildikdə isə dərhal tədbir görülməlidir:
"WhatsApp hələ aktivdirsə, tanınmayan əlaqələndirilmiş cihazların çıxışı dayandırılmalıdır. Hesaba giriş itirilibsə, istifadəçi öz nömrəsi ilə yenidən qeydiyyatdan keçərək hesabına nəzarəti bərpa etməyə çalışmalıdır. Əlavə PIN tələb olunduqda bərpa prosesi müəyyən müddət çəkə bilər. Bununla yanaşı, yaxın şəxslər dərhal məlumatlandırılmalıdır ki, ələ keçirilmiş hesabdan göndərilən pul istəklərinə və şübhəli mesajlara inanmasınlar. Maddi zərər və ya dələduzluq faktı olduqda hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Kiberdələduzlar əksər hallarda texniki boşluqlardan deyil, insanların diqqətsizliyindən və etibarından istifadə edirlər. Buna görə də rəqəmsal savadlılığın artırılması, şübhəli müraciətlərə ehtiyatla yanaşılması və təhlükəsizlik qaydalarına əməl olunması WhatsApp hesablarının qorunmasında əsas amillərdəndir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Salyanda ailə faciəsi: Bıçaqlanan ana öldü - Yaralanan ata və gəlinin son durumu
Qızıl və gümüş ucuzlaşdı
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto
Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Məşhur brendlər satıldıqdan sonra niyə keyfiyyətini itirir? - İQTİSADÇIDAN AÇIQLAMA
Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI