Bakı-Ankara münasibətlərində davamlı dialoqun əhəmiyyəti - AÇIQLAMA
"Münasibətlərin intensivliyi bütün müstəvilərdə, o cümlədən dövlətlərarası əlaqələrdə, adətən müsbət nəticələr verir. Sadə bir deyim var: gediş-gəliş zəifləyəndə doğmalar yadlaşır, gediş-gəliş intensivləşəndə isə yadlar doğmalaşa bilir. Bu yanaşmanı dövlətlərarası münasibətlərə də şamil etmək olar. Xüsusilə Azərbaycan və Türkiyə kimi etnik, milli, dini və tarixi baxımdan çoxsaylı ortaq dəyərlərə malik ölkələr arasında qarşılıqlı səfərlər və təmaslar həmişə müsbət rol oynayıb və belə əlaqələrə ehtiyac var".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.
"İki ölkənin xalqları və ayrı-ayrı fərdləri arasında ünsiyyətin özünəməxsus əhəmiyyəti olduğu kimi, dövlət rəsmiləri və dövlət başçıları arasındakı əlaqələr də xüsusi məna daşıyır. Xüsusilə yüksək vəzifəli şəxslərin və dövlət başçılarının təmasları Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynayıb.
Dövlət rəsmiləri və ali dövlət təmsilçiləri arasında görüşlər yarana biləcək anlaşılmazlıqların və çətinliklərin aradan qaldırılmasına, gələcək inkişaf istiqamətlərinin və tempinin müəyyənləşdirilməsinə şərait yaradır. Bu təmaslar, həmçinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial imkanları üzə çıxarır. Diplomatik əlaqələr nə qədər intensiv davam edərsə, kənar qüvvələrin bu münasibətlərə zərər vurmaq cəhdlərinin nəticə verməsi də bir o qədər çətinləşər.
Azərbaycan-Türkiyə qardaşlığının dərin tarixi kökləri olsa da, bu münasibətlərdən narahat olan kənar qüvvələrin mövcudluğunu da nəzərə almaq lazımdır. Belə qüvvələrin fürsət əldə etməməsi üçün iki dövlət arasında əlaqələrin və əməkdaşlığın bütün istiqamətlər üzrə intensivliyini və davamlılığını təmin etmək vacibdir.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı üçün xüsusi mürəkkəb metodologiyalara ehtiyac yoxdur. Çünki iki ölkənin birliyini möhkəmləndirən humanitar, mədəni və tarixi əsaslar kifayət qədər güclüdür. Belə şəraitdə diplomatların, siyasətçilərin, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin təmasları iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Buna görə də Türkiyə-Azərbaycan münasibətlərində qarşılıqlı ünsiyyətə və davamlı təmaslara xüsusi önəm verilməlidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
Professor Adilə Abbasova vəfat etdi
Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI
Məşhur brendlər satıldıqdan sonra niyə keyfiyyətini itirir? - İQTİSADÇIDAN AÇIQLAMA
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Kartofda normadan artıq gübrə təhlükəsi: İstehlakçılar necə qorunmalıdır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Evi kupçasız olanların DİQQƏTİNƏ: Sığorta ilə bağlı vacib məqamlar