Melaniya Tramp Aleşkidə ABŞ jurnalistlərinin müşahidəçi kimi iştirakını təsdiqləyib
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna tərəflərinin iştirakı ilə Xerson vilayətinin Aleşki şəhərində keçiriləcək humanitar missiyanı ABŞ jurnalistlərinin müşahidə edəcəyini təsdiqləyib.
Bizimyol.info xəbər verir ki, Melaniya Tramp bu barədə "X" sosial şəbəkəsində Rusiya Prezidentinin beynəlxalq investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin paylaşımına münasibət bildirərkən yazıb.
Onun sözlərinə görə, "Newsmax" telekanalının dörd əməkdaşı Rusiya və Ukrayna tərəflərindən olan humanitar missiya nümayəndələrini müşayiət edəcək. Jurnalistlər neytral müşahidəçilər kimi hadisələri müstəqil şəkildə lentə alacaq və humanitar əməliyyatın gedişini sənədləşdirəcəklər.
Məlumata əsasən, humanitar əməliyyata hazırlıqla əlaqədar Rusiya Silahlı Qüvvələri oktyabrın 27-də Moskva vaxtı ilə saat 04:00-dan etibarən Xerson istiqamətində atəşkəs rejimi tətbiq edib.
Bundan əvvəl Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna Aleşkidə humanitar yardımın çatdırılmasını və mülki əhalinin xüsusi təhlükəsiz dəhliz vasitəsilə təxliyəsinə hazırlıq görülməsini təmin etmək üçün atəşkəs barədə razılığa gəliblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 21-də Aleşkidə humanitar vəziyyətin kritik olduğunu bildirmişdi. Rusiya tərəfinin iddiasına görə, atəşlər və Ukrayna qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumları səbəbindən şəhərə ərzaq və dərman çatdırmaq mümkün deyil.
Məlumatda bildirilir ki, əvvəllər şəhərdə yaşayan 20 min nəfərdən hazırda mindən bir qədər çoxu Aleşkidə qalır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 122 Tarix: 29 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib
Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is
28 oktyabrTallində robot qəza törədib, 9 nəfər yaralanıb
Tallində şəhər avtobusu ilə çatdırılma robotu arasında baş verən toqquşma nəticəsində doqquz nəfər yaralanıb. Robot qəzadan sonra hadisə yerindən qaçıb. xəbər verir ki, Estoniya radiosunun Tallinn Transport (TLT) nəqliyyat şirkətinə istinadən verdiyi məlumata görə, avtobus sürücüsü qarşı-qarşıya toqquşmanı
29 oktyabrABŞ-İran müharibəsi: Yeni zərbələr ehtimalı və atəşkəs danışıqları gündəmdə
ABŞ ilə İran arasında hərbi qarşıdurmanın yenidən genişlənməsi ehtimalı və müharibənin dayandırılması istiqamətində diplomatik səylər diqqət mərkəzindədir. Hörmüz boğazının açılması, ABŞ-ın İrana qarşı mümkün yeni hərbi əməliyyatları və sanksiyalarla bağlı fikir ayrılıqları regionda vəziyyətin qeyri-müəyyə
29 oktyabrİspaniyada üçgünlük matəm elan edildi
İspaniyanın Toledo əyalətində baş verən qatar qəzasında həlak olanlarla əlaqədar ölkədə üçgünlük matəm elan edilib. "El País" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes qəza bölgəsinə səfəri zamanı məlumat verib. "Oktyabrın 29-dan 31-dək davam edəcə
28 oktyabrŞimali Koreya dənizə doğru 10-a yaxın ballistik raket buraxıb
Şimali Koreya oktyabrın 29-da ölkənin şərq sahilləri yaxınlığındakı dəniz istiqamətində təxminən 10 qısamənzilli ballistik raket buraxıb. Reuters-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Məlumata görə, raket buraxılışları Cənubi Koreyanı
29 oktyabrPakistan və Əfqanıstan hərbçiləri arasında toqquşma: ölənlər var
Pakistan və Əfqanıstan hərbçiləri arasında atışma baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. "Əfqanıstanın şərqində Pakistan ərazisindən atılan atəş nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin Torha
29 oktyabrLeyen Ukrayna ilə bağlı danışıqlara öz adamını göndərir
Avropa Birliyi Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək üçtərəfli danışıqlara nümayəndə heyəti göndərmək niyyətindədir. xəbər verir ki, bu barədə "Avronyus" mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, nümayəndə heyətinə Avropa Komissiyasının sədri Ursula fon der Leyenin aparat rəhbər
28 oktyabrABŞ İsrailə əlavə "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək
ABŞ İsrailin raket hücumlarından müdafiəsini gücləndirmək məqsədilə Texas ştatından ölkəyə əlavə "Patriot" zenit-raket kompleksi göndərmək qərarına gəlib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, noyabr ayında Yaxı
28 oktyabr