Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin

Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyinSosial şəbəkələrdə Prezident İlham Əliyevin foto və videolarını paylaşan müxtəlif hesablarla qarşılaşmaq mümkündür. Lakin bu görüntülərdən istifadə edilməsi həmin səhifələrin rəsmi olduğu anlamına gəlmir.

Bu gün istənilən şəxs sosial şəbəkədə hesab aça, video yükləyə, görüntüləri montaj edə və səsi dəyişdirə bilər. Süni intellekt vasitəsilə insanın səsini təqlid etmək və söyləmədiyi sözləri onun adından səsləndirmək də mümkündür. Buna görə belə materiallara münasibət bildirərkən və onları paylaşarkən mənbəni yoxlamaq vacibdir.

Oxu.Az Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını oxucuların diqqətinə çatdırır:

- X (Twitter): "twitter.com/azpresident" (https://twitter.com/azpresident)

- Instagram: "instagram.com/presidentaz" (https://www.instagram.com/presidentaz/)

- Facebook: "facebook.com/PresidentIlhamAliyev" (https://www.facebook.com/PresidentIlhamAliyev)

- Youtube: "youtube.com/@presidentaz" (https://www.youtube.com/@presidentaz)

Bu hesabların hər birinə keçid Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində - "president.az" (https://president.az/) saytında yerləşdirilib. Həmin sayta daxil olaraq rəsmi hesablara birbaşa keçmək mümkündür.

Hesabın Prezidentin adını daşıması, profilində onun şəklinin olması və çoxsaylı izləyici toplaması oradakı paylaşımların etibarlılığını təsdiqləmir.

Oxucuları dövlət başçısının fəaliyyəti barədə məlumatları president.az saytından və orada göstərilən rəsmi sosial şəbəkə hesablarından izləməyə çağırırıq. Xüsusilə vurğulayırıq ki, Prezident İlham Əliyevin "TikTok" platformasında rəsmi hesabı yoxdur.

Paylaşmazdan əvvəl yoxlayın. Rəsmi mənbəyə istinad edin.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 533   Tarix: 31 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın multikulturalizm modeli dünyanın diqqətindədir

Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı multikulturalizm anlayışına və onun müasir dünyada üzləşdiyi çağırışlara fərqli prizmadan baxmaq üçün mühüm fürsətdir. XX əsri

28 oktyabr
.

Azərbaycanın beynəlxalq nüfuzu tarixi sınaqlardan uğurla keçib

"Azərbaycanın beynəlxalq nüfuzu mürəkkəb tarixi sınaqlar, düşünülmüş siyasi qərarlar və milli maraqlara əsaslanan diplomatik fəaliyyət nəticəsində formalaşıb. Müstəqilliyin ilk illərində üzləşdiyi siyasi, iqtisadi və hərbi çətinliklər ölkənin güclü dövlətçilik təməlinin yaradılmasını zəruri edirdi

28 oktyabr
.

Zəfər bayrağımız varlığımızdır

Təqvimin adi günlərindən birinin - 27 sentyabr 2020-ci ilin Ermənistan üzərində qələbəmizə aparan yolun başlangıcı olacağını təsəvvür etməzdik. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistanın təcavüzkarlıq siyasətinə son qoyulmasını dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldıran

31 oktyabr
.

Azərbaycançılıq ideologiyası: tarixi köklərimiz, milli birliyimiz və ortaq gələcəyimiz

Hər bir xalqın tarixi inkişafını səciyyələndirən mühüm amillərdən biri onun müxtəliflik daxilində bütövlüyünü qorumaq, tarixi yaddaşını ümumi milli mənafe ilə uzlaşdırmaq və cəmiyyətin gələcəyini vahid ideya ətrafında qurmaq qabiliyyətidir. Bu baxımdan milli ideologiya sadəcə keçmişin mənəvi dəyərlə

28 oktyabr
.

Ceyhun Bayramovdan nəzakətli addım - Video

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti öncəsi salınan "Beştəpə Millət Ormanı" və "Türk Dövlətləri Mədəniyyət Parkı" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib. "Qafqazinfo" xəbər veri

29 oktyabr
.

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və əlçatanlığının təmin edilməsi, ictimai nəzarətin gücləndirilməs

28 oktyabr
.

"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV

"Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılı

29 oktyabr
.

İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin başçısı daha sonra qaliblərin mükafatlandırılması mərasimində iştirak edib. Prezidentin Mətbuat Xidməti tədbirdən videomaterial hazırlayıb

31 oktyabr
.

Forumda prezidentin çıxışı olduqca mühüm hadisədir

Azərbaycan AQEM-in Zirvə Görüşünün ardınca növbəti nüfuzlu beynəlxalq tədbirə - Vll Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir. Bu cür mötəbər platformalar qlobal gündəliyin aparıcı mövzularının açıq müzakirəsinə imkan yaratmaqla yanaşı, ölkəmizin rəsmi mövqeyinin və təhlükəsizli

28 oktyabr