Türkiyənin sosial media seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Açıqlama
"Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir".
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Media və Yayım Şurasının açıqlamasında deyilir.
"Bir daha vurğulayırıq ki, Azərbaycan Respublikası Prezidentinin çıxışları, bəyanatları və fəaliyyəti barədə məlumatların ilkin və rəsmi mənbəyi dövlət başçısının rəsmi internet informasiya ehtiyatı və sosial şəbəkə hesablarıdır. Bu mövzuda məlumatların hazırlanması və yayılması zamanı məhz həmin mənbələrə istinad olunmalı, digər resurslarda təqdim edilən ifadə və fikirlər rəsmi mənbələrdən təsdiqlənmədən dövlət başçısına aid edilməməlidir.
Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatların dəqiqliyinin yoxlanılmasına məsuliyyətlə yanaşmağa, təqdim olunan məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə dəqiqləşdirməyə və dezinformasiyanın yayılmasına yol verməməyə çağırır", - məlumatda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 123 Tarix: 02 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMaliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
Prezident İlham Əliyev 2009-cu il 9 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Maliyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, nazirliyin iri dövlət şirkətlərinin gəlirlər və xərclə
28 oktyabrƏliyev Ərdoğanı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz
29 oktyabrBu gün Şuşa sürətlə dirçəlir
"Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. "Dəmir yumruq" bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda
2 noyabrZəfər bayrağımız varlığımızdır
Təqvimin adi günlərindən birinin - 27 sentyabr 2020-ci ilin Ermənistan üzərində qələbəmizə aparan yolun başlangıcı olacağını təsəvvür etməzdik. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistanın təcavüzkarlıq siyasətinə son qoyulmasını dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldıran
31 oktyabrZəfər Günü və Şuşa şəhəri günü - Azərbaycan tarixinin dəyişməz qürur salnaməsi
Azərbaycan xalqının milli yaddaşında elə tarixi hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin dünyagörüşünə, milli kimliyinə və dövlətçilik düşüncəsinə də təsir göstərir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü məhz belə tarixi hadisələrin təcəssümüdür
30 oktyabrZƏFƏRİN ZİRVƏSİ ŞUŞA, MİLLİ İRADƏNİN TƏNTƏNƏSİ AZƏRBAYCAN!
Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti zaman keçdikcə daha dərindən dərk olunur. 8 Noyabr - Zəfər Günü və Şuşa Şəhəri Günü də məhz belə tarixi hadisələrdəndir. Bu tarixlər Azərbaycanın müasir dövlətçilik salnaməsinin ən mühüm səhifələrini təşkil etməklə yanaşı, xalqımızı
30 oktyabrŞəhər Günün mübarək, əziz Şuşa!
Doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda apardığımız 44 günlük Vətən müharibəsinin hər günü və hətta hər saatı şanlı bir tarixdir. Bu şanlı tarixi günlərin zirvəsində isə heç şübhəsiz ki, alınmaz qala hesab olunan Şuşa şəhərinin düşmən işğalından azad edilməs
2 noyabr