Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir

Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdirErmənistanın növbəti hərbi təxribatına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi tarixi ədalətin bərpası, dövlətimizin və xalqımızın qələbəsi ilə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə vətənimizi bütün dünyaya həm də döyüş meydanında qalib dövlət kimi tanıtdı. Beş il əvvəl sentybrın 27-də Azərbaycan Silahlı Qüvvələri əks-hücum və cavab tədbirlərinin həyata keçirilməsinə başladı. Elə hərbi əməliyyatların ilk günündən düşmən sözün əsl mənasında peşman edildi. Vətən müharibəsinin hər günü müasir döyüş imkanlarından istifadə edən Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun hücum əməliyyatları nəticəsində Ermənistanın 30 ilə yaxın idi işğal altında saxladığı rayonlarımızı, şəhər və kəndlərimizi bir-birinin ardınca azad etdi. Əməliyyatlar başlanandan qısa müddət sonra Cəbrayılda, Füzuldə, Zəngilanda, Qubadlıda, xalqımızın milli kimliyinin təsdiqi olan Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanmağa başladı. İranla dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarət tam təmin olundu. Laçın, Xocavənd və Tərtər rayonlarının kəndləri də daxil olmaqla, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan təmizləndi.

Prezident İlham Əliyev müsahibələrinin birində demişdi ki, "Şuşasız bizim işimiz yarımçıq olar. Çünki Şuşa bizim döyünən ürəyimiz, qürur mənbəyimiz, qeyrət qalamızdır". 2020-ci il noyabrın 8-də, Dövlət Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur ünvanımız olan Şuşa şəhərinin işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində bütün Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə düşən hadisə oldu. Təsadüfi deyil ki, cənab İlham Əliyevin həmin gün "Şəhidlər Xiyabanı"ndan xalqa müraciətində Şuşanın azad olunduğunu bəyan etməsi Azərbaycanın hər yerində böyük coşqu ilə qarşılandı. Öz ərazilərini işğaldan təmizləməklə Azərbaycan Ermənistanı, ilk növbədə, BMT-nin qətnamələrini yerinə yetirməyə məcbur etdi. Öz xoşu ilə vaxtilə qətnamələrin tələblərini yerinə yetirməyən işğalçı indi qəhrəman ordumuz tərəfindən cəzalandırılaraq torpaqlarımızdan qovuldu.

Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Bununla da Ordumuz dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri olduğunu əyani göstərdi. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi səyləri öz bəhrəsini verdi və bu gün ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların reytinqlərinə əsasən Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasında yer almışdır.

Düz altı il əvvəl 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunanda çoxları Xankəndinə niyə girmədiyimizi sual verirdi. Hətta xaricdə oturub düşmənlərimizin sifarişilərini icra edənlər bu məslədən dövlət siyasətimizə kölgə salmaq üçün istifadə etdilər. Ölkə başçımız bütün prosesləri görür və hər bir məsələyə böyük səbirlə yanaşırdı. Hətta onların cavabı olaraq "nəyi, necə və nəzaman etmək lazım olduğunu bunu mən bilirəm" deməklə kifayətlənmişdi.

Zaman ölkə başçımızın dediyi sözlərinin reallıq olduğunu sübut etdi. Artıq 2023-cü il 15 oktyabrda dövlət bayrağımız Xankəndində də ucaldıldı. Azərbaycan dövləti bütün ərazilərində suverənliyini bərpa etdi. Biz artıq Xankəndinə, Xocalıya və Xocavəndə də qayıtmışıq. Bundan sonra bu ərazilərə də dövlət bayrağımız altında sülh, əmin-amanlıq və inkişaf gələcəkdir. Bütün uğurlara məhz Prezident İlham Əliyevin liderliyi sayəsində nail oluruq. Xalqımız bütün dünyaya sübut etdi ki, həqiqətən, Torpaq uğrunda ölən varsa, Vətən olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, qəhrəmən Ordumuzu qorusun. Azərbaycan xalqı dost və qardaş ölkələrin öyünə biləcəyi, bədxahlarımızı isə olduqca məyus edən başqa bir həqiqəti də dünyaya nümayiş etdirdi. Nümayiş etdirdi ki, o, öz Prezidentinə tərəddüdsüz güvənir və qəbul etdiyi taleyüklü qərarların uğruna zərrə qədər şübhə etmir. Xalqımız dünyaya sübut etdi ki, qüdrətli Öndərsiz heç bir xalq tarixi zirvələri fəth edə, uğur qazana bilməz. Tarixdə şəxsiyyət faktorunun rolunu kiçildən və ya ona dəyər verməyən istənilən cəmiyyət özünü bu cür nailiyyətlərdən məhrum etmiş olur.

Məhz buna görə tariximizə həkk olunan ən böyük həqiqət ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, güclü və müstəqil Azərbaycanın qurulması ilə bağlı şanlı tariximizin təməlində Heydər Əliyevin xilaskar imzası, tarixi Zəfər salnaməsinin altında isə Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin müzəffər imzası dayanır.

Cavid Fərhadov - ehtiyatda olan polkovnik-leytenent, qazi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 174   Tarix: 02 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

8 Noyabr - Şanlı Qürur Günümüz

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşmən

2 noyabr
.

Keçmişdə qalan münaqişə

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu münaqiş

31 oktyabr
.

Ölkəmizin tarixinə yazılan möhtəşəm gün

Altı il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına

2 noyabr
.

Tarixi ədalətin Zəfəri!

Ermənistanın artan hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibəni

2 noyabr
.

İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin başçısı daha sonra qaliblərin mükafatlandırılması mərasimində iştirak edib. Prezidentin Mətbuat Xidməti tədbirdən videomaterial hazırlayıb

31 oktyabr
.

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr

30 oktyabr
.

"TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur. Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşım

31 oktyabr
.

Bu gün Şuşa sürətlə dirçəlir

"Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. "Dəmir yumruq" bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda

2 noyabr
.

Qədim Şuşada gözəllik yaradılır

Şuşa möcüzədir, İlahidən yaranmış məkandır. Gözəlliyini, möhtəşəmliyini ifadə etmək belə insana qürur, fəxarət verir. Çünki bu cənnətməkanın coğrafi mövqeyi kimi anlamı, dəyəri də yüksəklikdədir. Şuşa Azərbaycanın tacıdır. Ruhumuzun ünvanı olan şəhər Qacarın işğal edə bilmədiyi zamanda öz məğrurluğunu

2 noyabr