Fars körfəzində neft tankeri hücuma məruz qalıb - Gərginlik artır
Fars körfəzində Qətər sahilləri yaxınlığında neft tankeri iki naməlum mərmi ilə vurulub.
Associated Press-in məlumatına görə, hadisə noyabrın 5-də Qətərin şimal sahillərindən təxminən 50 dəniz mili məsafədə baş verib. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi tankerin hücuma məruz qaldığını təsdiqləyib.
Hadisədən sonra gəminin heyətinin vəziyyəti, tankerin aldığı ziyanın miqyası və mümkün ekoloji nəticələr barədə ətraflı məlumat açıqlanmayıb. Hücuma görə məsuliyyəti hələlik heç bir tərəf üzərinə götürməyib.
Sonxeber.az Associated Press-ə istinadən xəbər verir ki, bununla yanaşı, İran dövlət televiziyası Hörmüz boğazında iki neft tankeri və bir yedək gəmisinin dəniz minalarına düşməsi nəticəsində yanğın baş verdiyini bildirib. Lakin bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir. ABŞ və İran arasında davam edən müharibə fonunda bölgədə gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqlar daha da artıb.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 193 Tarix: 05 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qaqik Tsarukyanın həbs müddətinin uzadılması ilə bağlı qərar dərc olunub
"Çiçəklənən Ermənistan" Partiyasının lideri və iş adamı Qaqik Tsarukyanın həbs müddətinin üç ay uzadılması ilə bağlı petisiya ilə bağlı qərar dərc olunur. xəbər verir ki, Qaqik Tsarukyan iyulun 7-də dələduzluq və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə həbs edilib
5 noyabrMeksikada təyyarə qəzası: ölənlər var - Video
Meksikanın İdalqo ştatının Paçuka şəhərində kiçik təyyarə yaşayış məntəqəsinə çırpılıb. xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində iki nəfər həlak olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil
3 noyabrŞimali Koreya Yapon dənizinə naməlum mərmi atdı
Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb. xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən bildirib. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi (JCS) təfərrüatları açıqlamadan raketin buraxılışını qeydə aldığını bildirib. Ötən həftə Şimali Koreya Vonsan bölgəsində
4 noyabr"Qazaxıstan rus ölkəsidir" deyən şəxs həbs edilib
Qazaxıstanın Almatı şəhərində supermarketdə mühafizəçi ilə qalmaqal yaradan və "Qazaxıstan rus ölkəsidir" deyən şəxs 20 sutka inzibati həbsə məhkum edilib. " "ə istinadən xəbər verir ki, hadisə mühafizəçinin əlində enerji içkisi olan alıcıdan qəbz istəməsi ilə başlayıb. Kişi qəbz
4 noyabrÇin sədrinin müavini Han Çjen Türkiyə və Gürcüstana səfər edəcək
Çin sədrinin müavini Han Çjen noyabrın 6-dan 12-dək Türkiyə və Gürcüstana səfər edəcək. Bu barədə Çinin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Nazirlikdən bildiriblər ki, Han Çjen Türkiyəyə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind
4 noyabrUkrayna dronları Rusiyanın cənubundakı Ozon anbarına zərbə endirib
Ukrayna dronları Adıgey Respublikasına hücum edib. xəbər verir ki, bunu bölgə rəhbəri Murat Kumpilov bildirib. Hücum nəticəsində Adıgeyskdəki Ozon logistika mərkəzinin ərazisində yanğın baş verib. "Kompleksin personalı təxliyə edilib, hazırda xəsarət alanlar və ya ölüm halları barədə məlumat yoxdur"
4 noyabrFars körfəzində neft tankeri hücuma məruz qalıb - Gərginlik artır
Fars körfəzində Qətər sahilləri yaxınlığında neft tankeri iki naməlum mərmi ilə vurulub. Associated Press-in məlumatına görə, hadisə noyabrın 5-də Qətərin şimal sahillərindən təxminən 50 dəniz mili məsafədə baş verib. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi tankerin hücuma məruz qaldığın
5 noyabr