NATO Belarus sərhədi yaxınlığında irimiqyaslı hərbi təlimlər keçirəcək

NATO Belarus sərhədi yaxınlığında irimiqyaslı hərbi təlimlər keçirəcəkNoyabrın 6-dan dekabrın 3-dək Litvada Belarusla sərhəd yaxınlığında iki hərbi təlim - "Freedom Shield 26-II" ("Azadlıq qalxanı 26-II") və "Grand Eagle 26" ("Böyük qartal 26") təlimləri keçiriləcək. Təlimlərdə 6 mindən çox hərbçinin iştirakı nəzərdə tutulur.

Bu barədə Litvanın Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

"Bu təlimlər Almaniyanın 10-cu Tank Diviziyasının rəhbərliyi altında keçirilir. Diviziya tabeliyindəki briqadaların formalaşdırılmasından və tapşırıqları yerinə yetirməyə hazır vəziyyətə gətirilməsindən tutmuş bütün bölmələrin daimi dislokasiya yerlərinə qayıtmasına qədər onların idarə olunmasını təmin edəcək. Hər iki təlimin məqsədi bölmələrin döyüş hazırlığını gücləndirmək, komandanlıq və idarəetmə prosedurlarını, əməliyyat planlaşdırmasını təkmilləşdirmək, eləcə də NATO müttəfiqləri Litva və Polşa arasında qarşılıqlı fəaliyyəti yaxşılaşdırmaqdır", - deyə nazirliyin məlumatında bildirilir.

Təlimlərdə Almaniyanın 10-cu Tank Diviziyasının tərkibindəki 45-ci "Lietuva" Zirehli Briqadasının və 37-ci "Saksoniya" Mexanikləşdirilmiş Piyada Briqadasının 6 mindən çox hərbçisi iştirak edəcək.

Bundan başqa, Litvada yerləşən NATO-nun Çoxmillətli Döyüş Briqadasının Almaniya, Niderland, Norveç, Çexiya, Xorvatiya, Belçika və Lüksemburqdan olan hərbçiləri, həmçinin Litva ordusunun bölmələri də təlimlərə qatılacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 205   Tarix: 06 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranın ABŞ seçkilərinə reaksiyası yenidən hərbi əməliyyatlara səbəb ola bilər

İranın ABŞ-dakı ara seçkilərin nəticələrinə reaksiyası prezident Donald Trampı hərbi əməliyyatlara yenidən başlamağa sövq edə bilər. xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən iddia edir. "Vasitəçilik prosesində iştirak edən diplomatlar, Trampın müşavirləri və Yaxın Şərq üzrə ekspertlə

5 noyabr
.

Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon

Ermənistanın baş naziri Nikol Paşinyan və onun ailəsinin saxlanılması üçün dövlət xərcləri artmaqdadır. -ın "Hraparak" nəşrinə istinadən verdiyi məlumata görə, 2026-cı il dövlət büdcəsində "Hökumət bağ evləri" adlı Dövlət Qeyri-Kommersiya Təşkilatına (DQKT) 621.3 milyon dram (təxminə

4 noyabr
.

Avropada media qurumlarına bomba təhdidləri göndərildi: İrlandiyada televiziya və radio ofisləri boşaldılıb

İrlandiyada bir sıra media qurumlarının ofislərinə bomba təhdidləri göndərilib. Təhlükəsizlik tədbirləri çərçivəsində ölkənin milli yayımçısı RTE-də daxil olmaqla bir neçə media təşkilatının əməkdaşları binalardan təxliyə edilib. Reuters-ə istinadən xəbər verir ki, təhdidlərdən sonra İrlandiyanın müxtəli

6 noyabr
.

Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib

IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib. "Bizim qarşıdak

4 noyabr
.

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

Son günlər Polşada sərnişin təyyarələrində bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb. xəbər verir ki, bu barədə "Polskie Radio" "Eurocontrol" təşkilatının məlumatına istinadən bildirib. Təşkilat qeyd edib ki, vəziyyəti izləyir və hava nəqliyyatında mümkün fasilələr

6 noyabr
.

Türkiyə-İran sərhədində atışma: Türk hərbçi öldürülüb

İran ərazisindən açılan atəş nəticəsində türk hərbçi həlak olub. Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Türkiyə və İran sərhəddə baş verən insident nəticəsində türk hərbçinin həlak olması ilə bağlı araşdırmalara başlayıb. Qeyd edək ki, hadisə oktyabrın 31-də Türkiyənin Hakkar

5 noyabr
.

Demokratların qələbəsindən sonra Trampın hərbi layihələri dayandırıla bilər

ABŞ prezidenti Donald Trampın bir sıra əsas hərbi layihələri, o cümlədən "Qızıl günbəz" raketdən müdafiə sistemi və "Qızıl donanma" proqramı, ara seçkilərdən sonra Konqresdə respublikaçıların çoxluğunu itirməsi səbəbindən dayandırıla və ya dondurula bilər. xəbər verir ki, portal T

5 noyabr
.

Dünyanın ən sakit adası seçildi: Burada sivilizasiyanın izlərinə az rast gəlinir

Səs-küydən, şəhər həyatının yorucu tempindən uzaqlaşaraq təbiətin qoynunda dincəlmək istəyənlər üçün dünyanın ən sakit adası müəyyənləşdirilib. Yeni Zelandiyada yerləşən Stüart adası (Rakiura) təbiətin qorunub saxlanılması və insan fəaliyyətinin minimum səviyyədə olması ilə reytinqdə birinci yeri tutub

4 noyabr
.

Tramp fond bazarının çökməsinə görə Demokratları günahlandırır

ABŞ prezidenti Donald Tramp fond bazarındakı kəskin enişdə Demokrat Partiyasını və seçki nəticələrini günahlandıraraq bildirib ki, Amerika fond bazarları tarixinin ən pis günlərindən birini yaşayıb. xəbər verir ki, Tramp Truth Social sosial şəbəkəsində yazıb: "Seçki nəticələrinə görə fond bazar

6 noyabr