Slovakiyanın baş naziri etiraf etdi: "Ölkəmizin Aİ-yə üzvlüyü ilə bağlı referendum saxtalaşdırılıb"
"2003-cü ildə Slovakiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı keçirilən referendumun nəticələri saxtalaşdırılıb".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
"Slovakiya 2004-cü ildə Aİ-yə daxil olanda burada böyük ruh yüksəkliyi var idi. Biz referendum keçirdik və onun nəticələri saxtalaşdırılmasaydı, səsvermə uğurla nəticələnməzdi. Bunu demək lazımdır. Səslərin fərqi o qədər cüzi idi ki, fikrimcə, Slovakiyanın bu təşkilata üzvlüyünün təsdiqlənməsi üçün müəyyən düzəlişlər edilib", - deyə o bildirib.
Bununla yanaşı, Fitsonun sözlərinə görə, referendum keçirilən zaman Slovakiyada hakimiyyətdə olan partiyalar, eləcə də özünün təmsil etdiyi siyasi qüvvə ölkənin Aİ-yə üzvlüyünü dəstəkləyib.
Xatırladaq ki, Slovakiyanın Aİ-yə üzvlüyü ilə bağlı referendum 2003-cü ilin mayında keçirilib. Seçicilərin 52 faizi səsvermədə iştirak edib və onların böyük əksəriyyəti ölkənin Avropa İttifaqına qoşulmasının lehinə səs verib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 124 Tarix: 08 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Simonyan: "70 il bizə türklərlə bağlı yalan aşılayıblar"
"Ermənistan uşaqlarına qisas deyil, sülhün miras qalmasını təmin etmək və müharibənin qarşısını almaq ölkə təhlükəsizliyinin ən vacib zəmanətlərindən biridir". erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Üçüncü Qlobal Erməni Sammit
7 noyabrMarneulidə faciə: Atasının ölüm xəbərini alan qızı da vəfat etdi
Gürcüstanın Marneuli rayonunda 50 yaşlarında kişi qəfil vəfat edib. -yə istinadən xəbər verir ki, kişinin iş yerində halı qəfil pisləşib və o, ürək çatışmazlığından dünyasını dəyişib. Məlumata görə, atasının ölümündən sarsılan orta yaşlı qızı da qısa müddət sonra qəfil vəfat edib
8 noyabr"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı diplomatik razılaşmanın əldə olunması istiqamətində irəliləyiş var. "Bloomberg" tərəflərin yekun anlaşmaya daha da yaxınlaşdığı barədə məlumat yayıb. Məlumata görə, Tehran əvvəlki mövqeyindən fərqli olaraq, nüvə proqramı ilə bağlı bəz
6 noyabrABŞ İraqdan sərhəd keçid məntəqələrini bağlamasını istəyib
ABŞ İraqdan İranla ikisi istisna olmaqla bütün sərhəd keçid məntəqələrini bağlanmasını istəyib. "Report" xəbər verir ki, məlumatı "əl-Cəzirə" telekanalı İraqın Xarici İşlər Nazirliyinə istinadən yayıb. Bildirilib ki, rəsmi Bağdad Tehrana dostluq və ittifaqa hazır olduğunu çatdırs
8 noyabrHörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
Hörmüz boğazının şərq hissəsində minaya düşən tanker yanmağa başlayıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Qeyd olunub ki, gəmi boğazın qadağan olunmuş hissəsi ilə hərəkət edib. İran tərəfinin iddiasına görə, gəmid
7 noyabr