Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunurBöyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir.

"Qafqazinfo" xəbər verir ki, Britaniyanın rəqəmsal, mədəniyyət, media və idman naziri Liza Nandi 16 yaşdan kiçik uşaqların "eBay", "Facebook Marketplace", "Vinted" və "Depop" kimi alış-veriş platformalarından istifadəsini məhdudlaşdırmaq üçün yeni təşəbbüslə çıxış edib.

Hökumət rəsmilərinin və hüquq müdafiəçilərinin qənaətinə görə, bu saytlardakı daxili çat və mesajlaşma bölmələri yad şəxslər tərəfindən uşaqların istismar edilməsi riskini artırır. Britaniyanın "The Children's Society" xeyriyyə təşkilatı bildirib ki, bəzi bədniyyətli istifadəçilər məhz bu platformalar üzərindən pul müqabilində uşaqlardan uyğunsuz fotolar tələb ediblər.

Hökumətdəki mənbələr 16 yaşdan kiçik uşaqların həmin platformalarda ciddi risklərlə üzləşdiyini təsdiqləyən çoxlu sübutların olduğunu və uşaqların internetdə qorunması üçün kompleks tədbirlərin görüldüyünü vurğulayırlar.

Xatırladaq ki, Britaniya hökuməti bu ilin iyun ayında 16 yaşdan kiçiklərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi üzərində işə başladığını elan edib.

Layihə çərçivəsində sosial media platformaları ilə yanaşı, oyun və canlı yayım tətbiqlərindəki mesajlaşma funksiyalarının məhdudlaşdırılması, uşaqların qadağaları aşmaq üçün istifadə etdiyi VPN xidmətlərinə çıxışın bloklanması nəzərdə tutulur.

Hökumət rəsmiləri sosial medianın uşaqların psixi sağlamlığına zərər vurduğunu, zorakılıq və təhlükəli məzmunların yayılmasını asanlaşdırdığını bildirirlər. Qanunvericilik aktının ilin sonunadək parlamentdən keçməsi və gələn ildən etibarən mərhələli şəkildə qüvvəyə minməsi planlaşdırılır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 121   Tarix: 09 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

8 noyabr
.

Paşinyan bu tarixdə Türkiyəyə gedəcək

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edərək Antalyada keçirilən COP31 İqlim Konfransı çərçivəsində liderlərin sammitində iştirak edəcək. xəbər verir ki, Paşinyan səfər planları barədə noyabrın 5-də məlumat yayıb. Ermənistanın baş nazirinə forumda iştirak etmək üçün dəvət

9 noyabr
.

Polşada kütləvi atışmada şübhəli bilinən şəxsin öz ailə üzvlərini də öldürdüyü ehtimal olunur

Polşanın Krakov şəhərinin mərkəzində altı nəfərin ölümü və daha 15 nəfərin yaralanması ilə nəticələnən kütləvi atışmada şübhəli bilinən şəxsin hücumdan əvvəl öz ailəsinin üç üzvünü öldürdüyü ehtimal edilir. "Report" "BILD"ə istinadən xəbər verir ki, bu barədə Polşa prokurorluğu məluma

8 noyabr
.

Ağ Evin yaxınlığında saxlanılan şəxs: "Başımdakı səslər Trampı öldürməyi əmr etdi"

ABŞ-nin Məxfi Xidmət agentləri Ağ Evin yaxınlığında ölkə Prezidenti Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar. xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, əməliyyat zaman

8 noyabr
.

İzmirdə fabrikdə partlayış olub, ölənlər və yaralananlar var

İzmirdə fabrikdə baş verən partlayış nəticəsində 3 nəfər ölüb. Bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib. Məlumata görə, partlayışda 14 nəfər yaralanıb. Dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışları davam etdirilir

9 noyabr
.

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

Qazaxıstanın Abay vilayətində "Semey" xüsusi iqtisadi zonasının yaradılması planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, layihələrə proqnozlaşdırılan investisiya həcmi 1,4 trilyon tengə (3,13 milyard dollar

8 noyabr
.

Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir

Amerikalı alimlər adi üz fotosu əsasında onkoloji xəstələrdə ölüm riskini və sağqalma ehtimalını qiymətləndirə bilən süni intellekt sistemi hazırlayıblar. xarici KİV-ə istinadən xəbər verir ki, alimlər FAHR-FaceSurvival adlı eksperimental süni intellekt modeli yaradıblar. Bu sistem xəstənin üz fotosun

8 noyabr
.

Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib

Paraqvay Mərkəzi Bankının keçmiş rəhbəri Karlos Karvalyo təxminən 3 milyon müştərinin hesablarının dondurulması ilə bağlı Ueno Bankı ilə bağlı istintaqla əlaqədar olaraq məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. "Report" xəbər verir ki, bu barədə "ABC Color" qəzeti məluma

8 noyabr
.

NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb

Ağ Evin yeni Aparat rəhbəri Stiven Miller ABŞ Prezidenti Donald Trampa İranla hərbi münaqişəyə son qoymağı tövsiyə edib. "Report"un məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən xəbər verib. Məlumata görə, Miller Ağ Evin Aparat rəhbəri vəzifəsinə namizədliyin

8 noyabr