Kaya Kallasın Fransada yeni rəqibi var
Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas yeni bir rəqiblə - Fransanın Milli Birlik Partiyasının lideri Marin Le Penlə üz-üzə qalıb.
Axar.az xəbər verir ki, bu barədə "Politiko" partiya daxilindəki dörd nümayəndəyə istinadən məlumat yayıb.
Məlumata görə, əgər Marin Le Pen 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində qalib gələrsə, o, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) səlahiyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırmağı və ya bu qurumu tamamilə ləğv etməyi planlaşdırır.
Le Pen ilə Kallas arasındakı əsas fikir ayrılıqlarından biri Ukrayna məsələsi ilə bağlıdır. AB-nin xarici siyasət rəhbəri Kiyevin dəstəklənməsinin tərəfdarıdır və Vladimir Zelenskinin qətiyyətli müdafiəçisi kimi çıxış edir. Fransalı siyasətçi isə beynəlxalq sülh konfransının keçirilməsinə çağırır və Avropanın Ukraynaya daha çox yardım göstərmək üçün vəsaitinin tükəndiyini iddia edir.
"Politiko"nun monitorinqinə əsasən, seçkidən əvvəlki sorğularda Marin Le Pen 2027-ci il prezident seçkilərinin birinci turunda 34% dəstəklə liderlik edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 153 Tarix: 09 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri
8 noyabrPaşinyan bu tarixdə Türkiyəyə gedəcək
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edərək Antalyada keçirilən COP31 İqlim Konfransı çərçivəsində liderlərin sammitində iştirak edəcək. xəbər verir ki, Paşinyan səfər planları barədə noyabrın 5-də məlumat yayıb. Ermənistanın baş nazirinə forumda iştirak etmək üçün dəvət
9 noyabrİzmirdə fabrikdə partlayış olub, ölənlər və yaralananlar var
İzmirdə fabrikdə baş verən partlayış nəticəsində 3 nəfər ölüb. Bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib. Məlumata görə, partlayışda 14 nəfər yaralanıb. Dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışları davam etdirilir
9 noyabrSüni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
Amerikalı alimlər adi üz fotosu əsasında onkoloji xəstələrdə ölüm riskini və sağqalma ehtimalını qiymətləndirə bilən süni intellekt sistemi hazırlayıblar. xarici KİV-ə istinadən xəbər verir ki, alimlər FAHR-FaceSurvival adlı eksperimental süni intellekt modeli yaradıblar. Bu sistem xəstənin üz fotosun
8 noyabrParaqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib
Paraqvay Mərkəzi Bankının keçmiş rəhbəri Karlos Karvalyo təxminən 3 milyon müştərinin hesablarının dondurulması ilə bağlı Ueno Bankı ilə bağlı istintaqla əlaqədar olaraq məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. "Report" xəbər verir ki, bu barədə "ABC Color" qəzeti məluma
8 noyabr