Oksana Rəsulova: "Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı"
"Qapqara" verilişinin yeni buraxılışının qonağı aktrisa Oksana Rəsulova olub.
Sənətçi uşaqlıqdan aktrisa olmaq istəsə də, valideynlərinin məsləhəti ilə tibb təhsili aldığını bildirib. Doqquz il təhsil alaraq iki diplom əldə edən aktrisa həkim kimi fəaliyyət göstərmədiyinə görə peşman olmadığını deyib:
"Valideynlərimin məni bu gün olduğum yerə gətirən əsas səbəbkarlar olduğunu düşünürəm. Həkimliyə həyatımın doqquz ilini sərf etdiyim üçün heç vaxt peşman olmamışam. Çünki orada insanın psixologiyasını, mənəviyyatını, bioloji və fiziki xüsusiyyətlərini öyrənmişəm. Bu biliklər hazırda aktyorluq karyeramda mənə çox kömək edir. İlk diplomum ginekoloq-cərrah ixtisası üzrədir. Bəlkə də bu sahədə çalışsaydım, tanınmış həkim ola bilərdim. Amma ürəyim həmin yolu seçmədi".
Hindistanda iştirak etdiyi "India's Best Actor" müsabiqəsindən danışan Oksana Rəsulova aktyor Salman Xanın ona göstərdiyi dəstəyin yarışmadakı mövqeyinə ciddi təsir etdiyini bildirib:
"Salman Xan ilk gündən mənə böyük dəstək oldu. Tamaşamdan sonra səhnəyə çıxaraq bütün Hindistandan məhz mənim üçün səs vermələrini istədi. Altı həftə ərzində Salman Xan mənə dəstək oldu və həmin müddətdə heç kim məni müsabiqədən kənarlaşdıra bilmədi".
Oksana Rəsulova Hindistanda başına gələn maraqlı hadisəni də bölüşüb. O, Şahrux Xanın həyat yoldaşı Qauri Xan tərəfindən Bollivud ulduzu Priti Zinta ilə səhv salındığını bildirib:
"Bir dəfə hotel açılışında idik. Birdən kimsə qaçaraq gəldi, məni qucaqlayıb öpdü. Baxdım ki, Şahrux Xanın həyat yoldaşı Qauridir. O, məni Priti Zinta ilə səhv salmışdı. Mənə Priti deyə müraciət edirdi. Dəfələrlə izah etdim ki, Priti deyiləm, Oksana Rəsulovayam"./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Müğənni Tacir Şahmalıoğlu bir neçə ay əvvəl dəvət aldığı toy məclisindən kənarlaşdırıldığını açıqlayıb. Qaynarinfo xəbər verir ki, sənətçinin sözlərinə görə, səhhətində yaranan problemlər səbəbindən arıqlaması toy sahibini narahat edib. Müğənni başına gələn hadisəni danışarkən bildirib ki, Ağdamdan ola
29 oktyabrDekabrda evlənəcəklər
Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix
5 noyabrOksana Rəsulova: "Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı"
"Qapqara" verilişinin yeni buraxılışının qonağı aktrisa Oksana Rəsulova olub. Sənətçi uşaqlıqdan aktrisa olmaq istəsə də, valideynlərinin məsləhəti ilə tibb təhsili aldığını bildirib. Doqquz il təhsil alaraq iki diplom əldə edən aktrisa həkim kimi fəaliyyət göstərmədiyinə görə peşman olmadığın
10 noyabrBöyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı
Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin
8 noyabrMiss Mister Of Azerbaijan 2026 - Final Gecəsi
Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi
3 noyabr"20 yaşa qədər heç nə etməmisənsə, özünə sənət axtar"
Xalq artisti Mübariz Tağıyev gənclərin sənət seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. -a istinadən xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, gənclər 20 yaşına qədər sənətdə özlərini göstərə bilmirlərsə, başqa sahəyə yönəlməyi düşünməlidirlər:
10 noyabr"Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
24 oktyabrMələkxanım Eyubovanın ailəsində ağır itki
Xalq artisti Mələkxanım Eyubovanın ailəsinə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrovun anası vəfat edib. Bu haqda xanəndənin bloger qızı Nəzrin Nəcəfova sosial şəbəkədə məlumat yayıb. Allah rəhmət eləsin!
18 oktyabr