Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır

Afrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılırSəhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layihə həyata keçirirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Antena3" məlumat yayıb.

Çin 1978-ci ildə səhralaşmanın qarşısını almaq, kənd təsərrüfatı torpaqlarını və yaşayış məntəqələrini qum fırtınalarından qorumaq məqsədilə "Böyük Yaşıl Divar" layihəsinə start verib. Proqram ölkənin 13 əyalətini əhatə edir və 2050-ci ilədək başa çatdırılması nəzərdə tutulur.

Layihə çərçivəsində yalnız ağaclar əkilmir, həm də qumlu ərazilər möhkəmləndirilir, torpaqlar bərpa olunur və quraqlığa davamlı bitkilərdən istifadə edilir.

Proqramın ən böyük nəticələrindən biri Taklamakan səhrasının ətrafında yaradılan 3046 kilometrlik yaşıllıq zolağıdır. 2024-cü ilin noyabrında tamamlanan bu işlər nəticəsində qovaq, saksaul və yulğun ağaclarından ibarət təbii maneə formalaşdırılıb. Yaşıllıq zolağı qumun hərəkətini zəiflədir, küləyin təsirini azaldır, vahələri və kənd təsərrüfatı ərazilərini qoruyur.

Çin hakimiyyətinin məlumatına görə, ölkədə bərpası mümkün olan torpaqların təxminən 53 faizi artıq müxtəlif ekoloji tədbirlərlə əhatə edilib. Bununla belə, su çatışmazlığı və quraqlıq layihənin qarşısında ciddi maneə olaraq qalır.

Afrikada 7 min kilometrlik layihə

Çinin təcrübəsindən yararlanmaq istəyən Afrika İttifaqı 2007-ci ildə özünün "Böyük Yaşıl Divar" təşəbbüsünü irəli sürüb. Layihə Saxara səhrasının cənub sərhədi boyunca, qitənin qərbindən şərqinə uzanan təxminən 7 min kilometrlik ərazidə torpaqların bərpasını nəzərdə tutur.

Təşəbbüs yalnız meşə zolağının salınmasından ibarət deyil. Buraya ağac və kol əkilməsi, otlaqların bərpası, su ehtiyatlarının qorunması və kənd təsərrüfatının inkişafı da daxildir.

Bu istiqamətdə Çinlə əməkdaşlıq edən ölkələrdən biri Mavritaniyadır. 2017-ci ildən etibarən çinli mütəxəssislər bu ölkədə qumlu ərazilərin möhkəmləndirilməsinə və ətraf mühitin monitorinqi texnologiyalarının tətbiqinə dəstək verirlər.

2025-ci ilin iyununa qədər birgə proqram çərçivəsində 100 hektar qumlu ərazinin sabitləşdirildiyi, 4 hektar sahədə isə vahələr yaradıldığı bildirilir. Bundan başqa, 45 yerli mütəxəssis təlim keçib, layihə 120 iş yerinin açılmasına imkan yaradıb. Tərəflər gələcəkdə 10 min hektar ərazidə meşəbərpa işlərinin aparılmasını da razılaşdırıblar.

Günəş enerjisi səhralaşmaya qarşı

Mavritaniyada səhralaşma ilə mübarizədə müasir texnologiyalardan da istifadə olunur. Ağıllı suvarma sistemləri, günəş enerjisi ilə işləyən nasoslar və qumun hərəkətini məhdudlaşdıran xüsusi neylon torlar bu tədbirlərin əsas elementlərindəndir.

Yerli tingliklərdə morinqa kimi quraqlığa davamlı bitkilər yetişdirilir. Mavritaniya Ekologiya Nazirliyinin məlumatına görə, günəş enerjisi ilə işləyən suvarma sistemlərinin tətbiq olunduğu texnoloji parkda əkilən tinglərin 90 faizindən çoxu tutub.

Bununla belə, mütəxəssislər Çində əldə olunan nəticələrin Afrikada eyni formada təkrarlanmasının mümkün olmadığını vurğulayırlar. Çünki regionların iqlimi, torpaq quruluşu və su ehtiyatları fərqlidir. Su resursları nəzərə alınmadan kütləvi ağacəkmə işlərinin aparılması isə gözlənilən nəticənin əksinə, ekoloji problemləri daha da dərinləşdirə bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 118   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp-Putin-Si Cinpin görüşü formatına görə baş tutmaya bilər

ABŞ, Çin və Rusiya liderlərinin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində mümkün üçtərəfli görüşünün formatı ilə bağlı fikir ayrılıqları yaranıb. Bu barədə "The Wall Street Journal" (WSJ) nəşri danışıqları

10 noyabr
.

Almaniyada süni intellekt 15 ilə 800 min iş yerini əvəz edəcək

Almaniyada süni intellekt növbəti 15 il ərzində təxminən 800 min iş yerinin itirilməsinə səbəb olacaq. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nahles öz müsahibəsində bildirib. O, süni intellektin Almaniya əmək bazarına gətirəcəyi əsas transformasiyada

11 noyabr
.

Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb

Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar başlayıb. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb

10 noyabr
.

İranın təhdidlərindən sonra ABŞ maliyyə naziri hərbi bazaya köçürüldü

ABŞ maliyyə naziri Skott Bessent İran tərəfindən həyatına qarşı təhdidlər olduğu barədə məlumatlardan sonra Vaşinqtondakı iqamətgahını tərk edərək hərbi bazaya köçürülüb. Bu barədə "Reuters" agentliyi məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ administrasiyasını

11 noyabr
.

ABŞ Konqresində Pentaqon rəhbəri Pit Heqsetin impiçment cəhdinin qarşısı alınıb

ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçılar müdafiə naziri Pit Heqsetin impiçmentinə dair təşəbbüsün qarşısını alıblar. xəbər verir ki, respublikaçı konqresmen Tomas Massi Heqseti İran müharibəsi zamanı Konstitusiyanı pozmaqda, mülki şəxslərin ölümünə səbəb olan əməliyyatlarda, eləcə d

11 noyabr
.

Paşinyan Parisdən Antalyaya gedəcək

Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyə Respublikasına işgüzar səfər edəcək. xəbər verir ki, Baş nazir Antalyada keçiriləcək İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Liderlər Zirvəsində iştirak edəcək

11 noyabr
.

Avstraliyada təyyarə avtomobillə toqquşub

Melburnda (Avstraliya) eniş edərkən yüngül mühərrikli təyyarənin avtomobillə toqquşması nəticəsində iki nəfər xəsarət alıb. "Bizim.Media"ya istinadən xəbər verir ki, hadisə Lilideyl hava limanı yaxınlığında baş verib. Fövqəladə hallar xidmətlərinin məlumatına görə, eniş edən təyyarə avtomobill

10 noyabr
.

Okeanın altında gizlənən səkkizinci qitə: Zelandiya haqqında nə məlumdur?

Sakit okeanın cənubunda yerləşən və ərazisinin təxminən 95 faizi su altında qalan Zelandiya alimlərin diqqətini cəlb etməkdə davam edir. Sahəsi Avropanın yarısından çox olan bu nəhəng geoloji ərazi milyonlarla il əvvəl qədim Qondvana superqitəsinin tərkibində olub. Qaynarinfo xəbər verir ki, Avstriyanı

11 noyabr
.

İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb

İzmirin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Fabrikində baş verən güclü partlayış nəticəsində həyatını itirən işçilərin sayı 18-ə yüksəlib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Türkiyənin ədliyyə nazirinin müavini Can Tuncay bildirib ki, bir işçinin meyitini hələ d

10 noyabr