ABŞ Konqresində Pentaqon rəhbəri Pit Heqsetin impiçment cəhdinin qarşısı alınıb
ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçılar müdafiə naziri Pit Heqsetin impiçmentinə dair təşəbbüsün qarşısını alıblar.
Bizimyol.info xəbər verir ki, respublikaçı konqresmen Tomas Massi Heqseti İran müharibəsi zamanı Konstitusiyanı pozmaqda, mülki şəxslərin ölümünə səbəb olan əməliyyatlarda, eləcə də Konqresin icazəsi olmadan Venesuela və Yəməndə hərbi əməliyyatlar aparmaqda ittiham edib.
Respublikaçılar impiçment təşəbbüsünü Nümayəndələr Palatasının Hüquq Komitəsinə göndərmək təklifi ilə çıxış ediblər. Səsvermədə bu qərar 211 lehinə, 204 əleyhinə səslə qəbul olunub. Tomas Massi qərarın əleyhinə səs verən yeganə respublikaçı olub.
ABŞ Prezidenti Donald Tramp səsvermənin nəticəsini alqışlayaraq Heqsetin "böyük Amerika vətənpərvəri" olduğunu bildirib. Pentaqon isə qərarı müdafiə naziri üçün "tam qələbə" adlandırıb.
Heqset impiçment təşəbbüsünü "siyasi tamaşa" və "məzhəkə" kimi qiymətləndirərək rədd edib.
Bununla belə, demokratların noyabrda keçirilən aralıq seçkilərdə qazandığı üstünlük impiçment məsələsinin gələcəkdə yenidən gündəmə gəlməsi ehtimalını artırır. Nümayəndələr Palatasının demokrat lideri Hakim Cefris Heqsetin milli təhlükəsizliyə zərər vurduğunu bildirərək onun impiçmentini dəstəklədiyini açıqlayıb.
İmpiçment təşəbbüsü qəbul edilsəydi, onun qüvvəyə minməsi üçün respublikaçıların nəzarətində olan Senatın da təsdiqi tələb olunacaqdı.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 117 Tarix: 11 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranın təhdidlərindən sonra ABŞ maliyyə naziri hərbi bazaya köçürüldü
ABŞ maliyyə naziri Skott Bessent İran tərəfindən həyatına qarşı təhdidlər olduğu barədə məlumatlardan sonra Vaşinqtondakı iqamətgahını tərk edərək hərbi bazaya köçürülüb. Bu barədə "Reuters" agentliyi məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ administrasiyasını
11 noyabrİzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
İzmirin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Fabrikində baş verən güclü partlayış nəticəsində həyatını itirən işçilərin sayı 18-ə yüksəlib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Türkiyənin ədliyyə nazirinin müavini Can Tuncay bildirib ki, bir işçinin meyitini hələ d
10 noyabrZelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqların ilk gününü konstruktiv qiymətləndirib. xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında bildirib. Onun sözlərinə görə, tərəflər humanitar addımların atılmasının zəruriliyin
10 noyabrPaşinyan Parisdə Makronla görüşüb
Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb. xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Harutyunyan sosial media hesabında məlumat yayıb. Bildirilib ki, görüş Parisdəki Yelisey Sarayında baş tutub. Qeyd edək ki, Nikol Paşinya
10 noyabrAlmaniyada süni intellekt 15 ilə 800 min iş yerini əvəz edəcək
Almaniyada süni intellekt növbəti 15 il ərzində təxminən 800 min iş yerinin itirilməsinə səbəb olacaq. İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nahles öz müsahibəsində bildirib. O, süni intellektin Almaniya əmək bazarına gətirəcəyi əsas transformasiyada
11 noyabrFransa kiberhücuma görə İranın səfirini XİN-ə çağırıb
Fransa bu gün İranın Parisdəki səfirini kiberhücum iddiaları ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırıb. Bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, Fransa İranı ölkədə yüzlərlə supermarketdə soyuducuların fəaliyyətini dayandıran kiberhücumda ittiham edib. Fransanın xarici işlər nazir
10 noyabrNASA Ay infrastrukturu üçün 10 mlrd. dollar vəsait ayırıb
NASA Ay infrastrukturu üçün 10 milyard dollara qədər vəsait ayırıb. xəbər verir ki, bu barədə NASA administratoru Cared İsaakman məlumat verib. O qeyd edib ki, Aya yüklərin çatdırılması, kosmik gəmilərin buraxılması və gələcək Ay infrastrukturunun elementlərinin qurulması üçün yeni müqavilələr imzalanıb:
11 noyabrBolqarıstanda matəm elan edildi
Bolqarıstanda milli matəm elan edilib. "Qafqazinfo" xəbər verir ki, buna səbəb "Trakiya" avtomagistralında baş verən ağır zəncirvari yol qəzasıdır. Bolqarıstanın Baş naziri Rumen Radev bildirib ki, noyabrın 11-i faciə nəticəsində həyatını itirənlərin xatirəsinə milli matəm günü ela
10 noyabr