Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur
Azərbaycanlı UFC döyüşçüsü Rafael Fiziyevin növbəti rəqibi fransalı Salahdin Parnas ola bilər.
Qaynarinfo "AgentMMA" portalına istinadən xəbər verir ki, tərəflərin qarşılaşması 2027-ci il yanvarın 16-da ABŞ-nin Dallas şəhərində keçiriləcək "UFC Fight Night" turniri üçün mümkün variantlardan biri kimi nəzərdən keçirilir.
Turnirin "American Airlines Center" arenasında təşkili planlaşdırılır. Bununla belə, Fiziyevlə Parnas arasında döyüşün keçirilməsi ilə bağlı rəsmi açıqlama yoxdur. Tərəflərin danışıqlar apardığı da təsdiqlənməyib.
Qeyd edək ki, 28 yaşlı Salahdin Parnas əvvəllər Polşanın KSW təşkilatında yarım yüngül və yüngül çəki dərəcələrində çempion olub.
O, sentyabrda UFC-də debüt edərək Den Hukeri ilk raundda texniki nokautla məğlub edib.
Rafael Fiziyev isə sonuncu döyüşünü bu il iyunun 27-də Bakıda keçirib. O, Manuel Torresi ikinci raundda nokautla üstələyib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 182 Tarix: 11 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Ferrari"də Hemilton və Lekler arasında gərginlik artır
"Ferrari"nin pilotu Lyuis Hemilton komanda daxilində Şarl Leklerlə bərabər statusda olmasından narazıdır və qərarların qəbulunda özünə üstünlük verilməsini istəyir. xəbər verir ki, bu barədə İtaliyanın "Autoracer" nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, "Ferrari"
7 noyabrRonaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Portuqaliyalı futbol ulduzu, "Qızıl top" mükafatının beşqat qalibi, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubundakı gələcəyi ilə bağlı qərar verib. "365Scores Arabic"ə istinadən xəbər verir ki, o, klubla müqaviləni uzatmağı planlaşdırmır və 2026/27 mövsüm
8 noyabr"Sabah"ın "Vikinq"lə oyununu niderlandlı hakim idarə edəcək
Norveçdə yerli "Vikinq" və "Sabah" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununu idarə edəcək hakimlər müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, Liqa mərhələsinin 4-cü turunun matçı Niderlanddan olan hakimlər briqadasına tapşırılıb. Qarşılaşmanın ba
2 noyabrŞuşa Şəhəri Gününü qürur və fəxarətlə qeyd edirik
Haqq, ədalət savaşından qalib çıxan Azərbaycan xalqının Lideri, Prezident İlham Əliyevin sərəncamları ilə 26 Avqust - Laçın Şəhəri Günü, 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü, 4 Oktyabr - Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr - Füzuli Şəhəri Günü, 20 Oktyabr - Zəngilan Şəhəri Günü
2 noyabr"Sabah" basketbol klubu oyunçusu Mayk Ertel ilə vidalaşıb
"Sabah" basketbol klubu oyunçusu Mayk Ertel ilə vidalaşıb. Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. 27 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Qeyd edək ki, Mayk Ertel 2026-cı ildən "Sabah"da çıxış edirdi
8 noyabrDÇ-2028: Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb
Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb. xəbər verir ki, yığmanın baş məşqçi Massimiliano Bellarten 15 futzalçıya dəvət göndərib. Heyətdə Reyner Murneyks, İqor Labuts, Maksim Troiçki, Renard Udris, Nikita Yelaqov, Edqar Tarakanov, Vlad Rimku
6 noyabr"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir
"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv
7 noyabr