Zelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqların ilk gününü konstruktiv qiymətləndirib.
Sonxeber.az xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında bildirib.
Onun sözlərinə görə, tərəflər humanitar addımların atılmasının zəruriliyini və bu addımların nədən ibarət ola biləcəyini müzakirə ediblər. Görüşdə Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi, bu təminatların uzun müddət qüvvədə qalması üçün hansı şərtlərin lazım olduğu və gərginliyin azaldılması üçün atılmalı addımlar da müzakirə olunub.
Bəzi məlumatlara görə, iştirakçılar qitədə yeni təhlükəsizlik sisteminin formalaşdırılmasının əsas məsələlərini də nəzərdən keçiriblər. Həmçinin bildirilir ki, Moskva, Vaşinqton və Kiyevin nümayəndələri təhdidlərin qarşısının alınması mexanizmlərinin hazırlanmasına və regional sabitliyin möhkəmləndirilməsinə diqqət yetirməyi planlaşdırırlar.
Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlar iki gün davam edəcək. İlk görüş 40 dəqiqəlik fasilə ilə dörd saat yarım çəkib. Danışıqlar sabah davam edəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 88 Tarix: 10 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranın 38 körpüsünü bir saata dağıda bilərik - Tramp
Biz onların (İran - red.) işini bitirə bilərdik. Hədəfimizdə 38 körpü var və biz onları sözün əsl mənasında bir saatın içində dağıda bilərik. Hamısı yerlə-yeksan olar. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp CNN-ə müsahibəsində deyib. "İranın infrastrukturunu məhv etmək niyyətində deyilik
9 noyabrKanada Rusiyaya qarşı sanksiyaları genişləndirib
Kanada Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib. "Report" Kanada Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir ki, bu barədə ölkənin XİN başçısı Anita Anand G7 ölkələrinin xarici işlər nazirlərinin Parisdə keçirilən görüşünün kuluarlarında bildirib. Beləliklə, Kanada Rusiyanı
9 noyabrZelenski Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarını şərh etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqların ilk gününü konstruktiv qiymətləndirib. xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında bildirib. Onun sözlərinə görə, tərəflər humanitar addımların atılmasının zəruriliyin
10 noyabrErmənistan İrandan qaz tədarükünün artırılmasını istəyib
Ermənistan İrandan təbii qaz tədarükünün həcminin artırılmasını xahiş edib. xəbər verir ki, Ermənistan KİV-in məlumatına görə, bu məsələ bu gün İrəvanda keçirilən Ermənistan-İran hökumətlərarası komissiyasının iclasında müzakirə olunub. İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi jurnalistlərə açıqlamasınd
10 noyabrAlmaniyada Prezident postuna əsas namizəd bəlli oldu
Almaniya kansleri və Xristian-Demokrat İttifaqının (CDU) lideri Fridrix Merts Bavariya parlamentinin sədri İlze Ayqerin Almaniya prezidenti postuna namizədliyini dəstəkləyib. Bizim.Media "Tagesspiegel" nəşrinə istinadən xəbər verir ki, Merts bu qərarını Berlində CDU nümayəndələri ilə keçirilə
9 noyabrRusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri
9 noyabr