Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA
Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımından ciddi risk yarada bilər. Bu baxımdan istehlakçıların məhsul alarkən onun mənşəyinə, etiketinə, saxlanma şəraitinə diqqət yetirməsi, eyni zamanda nəzarət mexanizmlərinin effektivliyi mühüm əhəmiyyət daşıyır.
Bəs, mənşəyi məlum olmayan və sənədsiz toyuq ətinin istehlakı insan sağlamlığı üçün hansı təhlükələr yaradır? Vətəndaşlar belə məhsulların təhlükəsizliyini necə müəyyən edə bilər və qanunsuz fəaliyyət göstərən müəssisələrə qarşı dövlət nəzarəti hansı səviyyədədir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması kifayət qədər ciddi qida təhlükəsizliyi məsələsidir.
"Çünki bu cür məhsulların hansı təsərrüfatdan əldə edildiyi, hansı şəraitdə kəsildiyi, emal olunduğu və daşındığı məlum deyil. Ən böyük problem isə məhsulun təhlükəsizliyinin izlənilə bilməməsidir. Belə hallarda hər hansı risk və ya zəhərlənmə baş verdikdə məhsulun mənbəyini müəyyənləşdirmək və geri çağırılmasını təmin etmək çətinləşir.
Mənşəyi və saxlanma şəraiti məlum olmayan toyuq ətində Salmonella, Campylobacter, Listeria kimi patogen mikroorqanizmlərin mövcudluğu ehtimalı var. Bu mikroorqanizmlər insanlarda qida mənşəli infeksiyalara, ishal, qusma, qarın ağrısı və yüksək hərarətə səbəb ola bilər. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər üçün bu risklər daha ciddi nəticələr doğura bilər. Bundan əlavə, kəsim və emal zamanı sanitar-gigiyenik qaydalara əməl edilməməsi, temperatur rejiminin pozulması mikrobioloji çirklənmə riskini artırır.
İstehlakçılar toyuq əti alarkən ilk növbədə məhsulun mənşəyinə, etiket məlumatlarına, istehsalçıya, istehsal və son istifadə tarixinə diqqət yetirməlidirlər. Məhsulun üzərində müvafiq baytarlıq və qida təhlükəsizliyi tələblərinə uyğun məlumatların olması vacibdir. Əti yalnız rəsmi satış məntəqələrindən almaq, açıq şəraitdə, temperatur rejimi qorunmadan satılan məhsullardan uzaq durmaq lazımdır. Eyni zamanda, xoşagəlməz qoxu, selikli səth və qeyri-adi rəng dəyişiklikləri şübhə doğurmalıdır. Lakin qeyd etmək lazımdır ki, toyuq ətinin normal görünüşü və qoxusu onun mikrobioloji baxımdan təhlükəsiz olduğuna zəmanət vermir.
Nəzarət mexanizmlərinə gəldikdə isə, burada əsas məsələ yalnız yoxlamaların keçirilməsi deyil, bütün istehsal və təchizat zəncirinin izlənilməsidir. Müəssisələrin qeydiyyatı, mütəmadi riskəsaslı yoxlamalar, baytarlıq nəzarəti, laborator müayinələr, məhsulların izlənilməsi və qanun pozuntularına görə real məsuliyyət tədbirləri kompleks şəkildə tətbiq edilməlidir.
Mən hesab edirəm ki, qida təhlükəsizliyində ən vacib prinsiplərdən biri şəffaflıq və izləniləbilənlikdir. İstehlakçı aldığı məhsulun haradan gəldiyini bilməli, dövlət qurumları isə hər hansı uyğunsuzluq aşkarlandıqda həmin məhsulun bütün satış və təchizat zəncirini müəyyən edə bilməlidir. Çünki qida təhlükəsizliyi yalnız müəssisənin deyil, həm də ictimai sağlamlığın qorunması məsələsidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib