Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMAZeytun yağı sağlam qidalanmada geniş istifadə olunan məhsullardan biri hesab edilir. Lakin marketlərdə müxtəlif marka və qiymətlərlə satışa çıxarılan zeytun yağlarının hamısı eyni keyfiyyətə malik deyil. Bəzi məhsulların tərkibi, istehsal üsulu və saxlanma şəraiti onların keyfiyyətinə birbaşa təsir göstərir. İstehlakçılar isə çox vaxt qablaşdırmanın üzərindəki yazılara və qiymətə əsaslanaraq seçim edirlər.

Bəs həqiqi və keyfiyyətli zeytun yağını saxta və aşağı keyfiyyətli məhsullardan necə fərqləndirmək olar? Alış zamanı hansı məqamlara diqqət yetirilməlidir?
Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov Sonxeber.az-a açıqlamasında bildirdi ki, keyfiyyətli zeytun yağı seçərkən ilk növbədə məhsulun etiketinə, istehsal üsuluna, mənşəyinə və saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Ən yaxşı seçim, bir qayda olaraq, Extra Virgin (əlavə təmiz) zeytun yağıdır. Bu yağ mexaniki üsulla, kimyəvi emal və yüksək temperatur tətbiq edilmədən əldə olunur. Turşuluq göstəricisinin 0,8%-dən çox olmaması onun əsas keyfiyyət meyarlarından biridir. Lakin yalnız turşuluq göstəricisinə əsasən yağın keyfiyyətini müəyyən etmək düzgün deyil. İstehlakçılar məhsul alarkən etiketdə istehsal və son istifadə tarixini, mənşə ölkəsini, yağın növünü və istehsalçı haqqında məlumatları yoxlamalıdırlar. Mümkün qədər məhsulun istehsal tarixi daha yeni olanına üstünlük verilməlidir. Çünki zeytun yağı zaman keçdikcə oksidləşir və özünün bəzi faydalı xüsusiyyətlərini itirir.

Digər vacib məqam qablaşdırmadır. Zeytun yağı işıq, istilik və hava ilə təmas nəticəsində keyfiyyətini itirə bilər. Buna görə də tünd rəngli şüşə qabda və ya işıq keçirməyən uyğun qablaşdırmada təqdim olunan məhsullara üstünlük vermək məqsədəuyğundur. Şəffaf plastik qabda, birbaşa günəş işığı altında saxlanılan yağların alınmasından çəkinmək lazımdır.

Dad və qoxu da keyfiyyətin qiymətləndirilməsində müəyyən rol oynayır. Keyfiyyətli Extra Virgin zeytun yağında təzə zeytun, yaşıl ot, yarpaq və bəzən meyvə ətrini xatırladan notlar hiss oluna bilər. Dadında yüngül acılıq və boğazda müəyyən qədər kəskinlik olması isə tərkibindəki təbii fenol birləşmələri ilə əlaqəli ola bilər. Bu xüsusiyyətlər qüsur deyil, əksinə, keyfiyyətli yağın əlamətlərindən hesab olunur. Lakin dad və qoxu təkbaşına laboratoriya yoxlamasını əvəz etmir.

Zeytun yağının soyuducuda donması onun keyfiyyətli və ya təbii olmasını sübut etmir. Bu, geniş yayılmış yanlış fikirlərdən biridir. Yağın donması onun yağ turşularının tərkibindən və temperaturdan asılıdır.

Nəticə etibarilə, istehlakçılara mənşəyi məlum olan, etibarlı istehsalçı tərəfindən istehsal edilən, Extra Virgin kateqoriyasına aid, düzgün qablaşdırılmış və saxlanma şəraiti qorunmuş zeytun yağlarını seçməyi tövsiyə edirəm. Unutmaq olmaz ki, zeytun yağının üzərindəki yüksək qiymət və ya cəlbedici qablaşdırma onun keyfiyyətinə zəmanət vermir. Əsas meyar məhsulun real tərkibi, istehsal standartları və keyfiyyət göstəriciləridir.

Sağlam qidalanaraq sağlam yaşayın!

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 180   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr
.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək

Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq

11 noyabr