Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb.
Təhlükəsizlik Şurasının operativ iclasında çıxış edən ölkə lideri qeyd edib ki, bu, "Qanun və Qayda" konsepsiyasının qəbulundan və onun prinsiplərinin konstitusiyaya daxil edilməsindən sonra dövlət müəssisələrindəki ilk böyük səs-küylü korrupsiya işidir.
Dövlət rəhbəri vurğulayıb: "Bu, dövlət şirkətlərində kütləvi korrupsiya hallarının mövcudluğuna dair olduqca ciddi bir siqnaldır".
O, həmçinin bildirib ki, istintaq prosesi yeni başladığı üçün hələlik təfərrüatları açıqlamaq mümkün deyil. "Heç kimə konstitusiyanı pozmağa və bu müqəddəs sənədi, necə deyərlər, ələ salmağa icazə verilmir", - deyə Tokayev bəyan edib.
Prezident vəzifəli şəxslərlə bağlı korrupsiya barədə daxil olan bütün siqnalların hərtərəfli araşdırılmasını tapşırıb. "Müxtəlif səviyyəli rəhbərlərin korrupsiya hüquqpozmaları ilə bağlı bütün məlumatlar Baş Prokurorluğun iştirakı ilə Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidməti tərəfindən operativ və dərindən yoxlanılacaq", - deyə prezident əlavə edib.
O, hakimiyyətə yaxın olanlar üçün heç bir istisna olmayacağını diqqətə çatdırıb. Tokayevin sözlərinə görə, 2023-2025-ci illər ərzində 248 milyard tengədən (900 milyon manatdan çox) artıq məbləğdə 3 168 korrupsiya cinayəti aşkar edilib. 2026-cı ilin 10 ayı ərzində isə bu rəqəmə daha 751-i əlavə olunub. Eyni zamanda, Qazaxıstan prezidenti konstitusiyanı pozan bütün əməllərin qarşısının "Qanun və Qayda" prinsipinə uyğun olaraq qətiyyətlə alınacağını bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 191 Tarix: 15 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Lukaşenko Düşənbəyə iti ilə səfər etdi
Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru
17 sentyabr 202111 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb
Türkiyənin Qaziantep şəhərində yaşayan 51 yaşlı qadın 11 ayda 3 dəfə koronavirusa yoluxub. -a istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin olunmayan qadın nəfəsdarlığından əziyyət çəkdiyi üçün reanimasiyaya yerləşdirilib. Ağciyəri zədələndiyinə görə, boğazından qidalanan Jale Düşmezer 10 gün əvvə
17 sentyabr 2021Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı
Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis
15 sentyabr 2021"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16 sentyabr 2021Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 2021Daha bir ölkə sərhədlərini açdı
Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy
17 sentyabr 2021