Ağdamda yeni və müasir şəhər salınır

Ağdamda yeni və müasir şəhər salınırAğdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər.
Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliyi nəticəsində otuz ilə yaxın düşmən işğalı altında olan torpaqlarımız 44 gün ərzində azad edildi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Ermənistan noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi.
2008-ci ildə "Lonely Planet" jurnalı Ağdamı "Qafqazın Xirosiması" adlandırıb, 2010-cu ildə Əl-Cəzirənin internet nəşri Ağdamı "Ruhlar şəhəri" siyahısına salıb.
Otuz ilə yaxın müddətdə rayonun bütün sərvətləri talan edilib. İşğaldan əvvəl rayon ərazisində 3006 hektar meşə sahəsi var idi. 64,863 min kubmetr mişar daşı, 140,464 min ton Çobandağ əhəngdaşı, 44,708 min ton Boyəhmədli və 25197 min ton Şorbulaq gil yataqları quldurların əsarəti altına düşmüşdü. Təbiət abidəsi kimi qorunan Ağdam şəhərində yaşı 150-250 il olan 14, Boyəhmədli kəndi ətrafında isə yaşı 400 ilə çatan 71 ədəd Şərq çinarı məhv edilib.
Azadlığa qovuşmasından ötən dörd il müddətində Ağdam rayonunda "Böyük Qayıdış" proqramı çərçivəsində böyük layihələr həyata keçirilir, abadlıq-quruculuq işləri görülür. Ermənilərin viran qoyduğu Ağdam yenidən qurulur. Ağdamda həyata keçirilən quruculuq işləri Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Prezident İlham Əliyev dəfələrlə Ağdama səfər edib. Prezidentimizin Ağdama indiyədək etdiyi səfərlər yeni obyektlərin təməllərinin qoyulması və açılışı ilə yaddaşlara həkk olunub.
Ağdam azad edildikdən 3 gün sonra-noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində oldular. Dövlət başçısının Ağdamda Azərbaycanın üçrəngli Bayrağını qaldırması haqq işinin zəfər çalması kimi milyonlarla soydaşımızın qəlbində son dərəcə böyük qürur və sevinc hissi oyatdı. Prezidentin həmin səfəri zamanı Ağdamda dediyi sözlər hər kəsdə böyük ümidlər yaratdı: "... Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik".
Ağdamda yeni və müasir şəhər salınır. Azad edilən Ağdamda dərhal böyük tikinti və quruculuq işlərinə başlanıldı. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləmə işləri aparılmaqla yanaşı, şəhərin sosial xəritəsi tamamilə yeni və müasir şəkildə qurulmağa başlanılıb. Ötən dörd ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanıb və təsdiqlənib. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub. Bununla yanaşı, ötən üç il ərzində "Ağdam-1" və "Ağdam-2" elektrik yarımstansiyalarının, "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəfər və İşğal muzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, "Park Forest Hotel Ağdam" mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub, dəmir yolu vağzalı tikilib.
Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksi bərpa olunub, Ağdamda tamaşaçı tutumu 15 min nəfər olan yeni stadion inşa edilib. Heydər Əliyev Fondu tərəfindən Ağdam "Cümə" məscidində bərpa işləri aparılıb.
Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda 2022-ci ilin oktyabrında Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Ölkəmizdə ilk dəfə məhz Ağdamda keçirilən həmin forum şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlığın genişləndirilməsi baxımından nadir və uğurlu platforma olub.
2026-cı il noyabrın 6-da isə ölkə başçısının Ağdama son səfəri zamanı Ağdamda sənaye müəssisələrinin açılışında iştirak edib, Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub. Ölkə başçısı Ağdam Sənaye Parkında "Komfy" Məhdud Məsuliyyətli Cəmiyyətinin ortopedik döşək istehsalı müəssisəsinin, "ASMC" Məhdud Məsuliyyətli Cəmiyyətinin metal məmulatları istehsalı müəssisəsininaçılışında iştirak edib, Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub.
Ağdamda keçmiş məcburi köçkünlərin tezliklə öz ata-baba yurdlarına qayıtması üçün ölkəmizin bütün potensialı səfərbər olunub. Hazırda rayonda irimiqyaslı infrastruktur layihələri icra olunur. İndi yenidən qurulmaqda olan şəhər onun üçün qəribsəyən və geri dönmək üçün darıxan doğma sakinlərinin yolunu gözləyir. Tikinti-quruculuq işləri isə bir an da ara vermir, yeni sosial obyektlər, yeni abad küçə və prospektlər salınır, yeni ünvanlar, binalar və mənzillər tikilir. Yeni salınan kəndlər, ölkəmizin ən böyük sənaye mərkəzlərindən birinə çevriləcək şəhərdə aparılan quruculuq işləri deməyə əsas verir ki, Ağdamın öz sakinlərini qoynuna alacağı və çal-çağırlı günləri uzaqda deyil.

Ramil Qədimquliyev - hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 143   Tarix: 14 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

11 noyabr
.

Avropa Siyasi Birliyinin sammiti: dəyişən geosiyasi mənzərə və Azərbaycanın artan siyasi çəkisi

"Dünya siyasətində yeni güc balansının formalaşdığı, beynəlxalq münasibətlərin ciddi transformasiyaya məruz qaldığı və təhlükəsizlik məsələlərinin dövlətlərin xarici siyasətində əsas prioritetə çevrildiyi bir dövrdə Avropa Siyasi Birliyinin (ASB) sammiti mühüm siyasi hadisə kimi diqqət mərkəzindədir

13 noyabr
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10 noyabr
.

Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycanın beynəlxalq diplomatiyada artan rolu və yeni geosiyasi perspektivlər

Avropanın siyasi və təhlükəsizlik gündəliyinin müəyyənləşdiyi mürəkkəb geosiyasi şəraitdə beynəlxalq əməkdaşlığın, qarşılıqlı etimadın və strateji dialoqun əhəmiyyəti daha da artır. Bu baxımdan noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində işinə başlayan "Avropa Siyasi Birliyi"nin (ASB) 9-c

12 noyabr
.

Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən mükəmməl və mütərəqqi sənəddir

"Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yeni Konstitusiyasının hazırlanması və qəbul olunmasıdır. Milli Konstitusiyamızın hüquqi dövlət quruculuğunda müstəsna əhəmiyyəti var". Bu fikirləri -a açıqlamasında AMEA A.A.Bakıxano

11 noyabr
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

14 noyabr
.

Ölkə başçısı İlham Əliyev Dublində Çexiyanın Baş naziri Andrey Babişlə görüşüb

Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı

12 noyabr
.

"ABŞ-ın İranı iqtisadi baxımdan tam təcrid etmək planı müəyyən regional müqavimətlə üzləşib" - BƏHRUZ QULİYEV

"ABŞ-ın İrana qarşı həyata keçirdiyi təzyiq siyasətinin yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. Noyabrın 11-də "The New York Times" qəzetində dərc olunan məlumatlar göstərir ki, Vaşinqton artıq yalnız hərbi-dəniz blokadası və iqtisadi sanksiyalarla kifayətlənmək istəmir. ABŞ administrasiyas

13 noyabr
.

Konstitusiyanın qəbulundan sonra Azərbaycanın inkişaf modelində nə dəyişdi? - AÇIQLAMA

"1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın tarixində ilk fundamental konstitusiya sənədidir. Həmin vaxta qədər ölkədə qüvvədə olan Konstitusiya sovet dövrünün Konstitusiyası əsasında müəyyən dəyişikliklər və düzəlişlər edilməklə formalaşdırılmışdı. Təbii ki, bu sənəd müstəqi

11 noyabr
.

Son xəbərlər
. Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ. Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi. Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi. "Son rolunu oynamaq ona qismət olmadı" - Aslan Fətullayevin ölümü ilə bağlı kövrək təfərrüatlar. Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - Foto. Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib. MİQ-dən keçə bilməyənlər repetitorluq edir: Şagirdlərin təhsil keyfiyyətinə kim nəzarət edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA. Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycanın beynəlxalq diplomatiyada artan rolu və yeni geosiyasi perspektivlər. Afət Fərmanqızı it və pişiyinə baxıcı axtarır - Maaş hamını təəccübləndirdi. Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb. Telefona yüklədiyimiz tətbiqlər şəxsi məlumatlarımızı oğurlaya bilər - Təhlükə nədədir?. Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçilir: İşçiləri hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA. Avropa Siyasi Birliyinin Dublin sammiti: yeni geosiyasi reallıqlar və Azərbaycanın artan strateji əhəmiyyəti. Binaların idarə edilməsində ciddi problemlər: Sakinlərin ödədiyi vəsaitlərə kim nəzarət edir?. Avropa Siyasi Birliyinin Dublin sammiti: dəyişən geosiyasi reallıqlar, təhlükəsizlik çağırışları və Azərbaycanın strateji mövqeyi

vipemlak.az