Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?
Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir.
"Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - "Kristal.az" vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğləri ilə bağlı uyğunsuzluq müşahidə olunur.
Məsələn, Biləcəri yaşayış kompleksində yerləşən, ümumi sahəsi 75,39 kvadratmetr olan 3 otaqlı studiya mənzilin qiyməti 192 min 245 manat göstərilir.
Saytın "Layihələr" bölməsində qeyd olunur ki, bu mənzili əldə etmək üçün 30% ilkin ödəniş (57 min 673 manat 50 qəpik) edilməli, qalan məbləğ isə 20 il müddətində aylıq 1 461 manat 75 qəpik olmaqla ödənilməlidir.
Lakin həmin səhifədəki "İpoteka sorğusu" bölməsinə daxil olduqda eyni mənzil üçün fərqli ödəniş məbləği göstərilir. Belə ki, bu səhifədə ilkin ödəniş 57 min 674 manat, aylıq ödəniş isə 1 576 manat 61 qəpik qeyd olunur.
Deputatın oğlu vətəndaşları aldadır? -
Beləliklə, eyni mənzil və eyni kredit müddəti üçün göstərilən aylıq ödənişlər arasında 114 manat 86 qəpik fərq yaranır.
Məsələ ilə bağlı "Kristal" şirkətinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, buna səbəb saytda müvəqqəti yaranmış texniki xətadır:
"Həmin xəta səbəbindən faiz dərəcəsi düzgün hesablanmadığı üçün aylıq ödəniş məbləği yanlış əks olunmuşdu. Hazırda texniki problem aradan qaldırılıb və hər iki bölmədə aylıq ödəniş məbləği eyni olaraq göstərilir".
Məlumat üçün bildirək ki, "Kristal Bakı" ASC 19 mart 2020-ci il tarixində vergi qeydiyyatına alınıb. Şirkətin səhmlərinin 50%-i Vəliyev Pərviz Ağalar oğluna, 25%-i Nəbiyev Fərid Elbrus oğluna, 25%-i isə Nəbiyev Araz Mahayət oğluna məxsusdur. ASC-yə yekun nəzarəti Pərviz Vəliyev həyata keçirir.
Onu da bildirək ki, Pərviz Vəliyev millət vəkili Ağalar Vəliyevin oğludur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 347 Tarix: 16 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa
16 noyabrAzərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
15 noyabrMediaya ayrılan pul çox azdır - Deputat
Mediaya ayrılan pul çox azdır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziy
16 noyabr"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
16 noyabr2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
15 noyabrMəşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar
"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə
16 noyabrMilli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir
Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo
16 noyabrGələn il orta aylıq əməkhaqqı bu qədər artacaq
Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını
15 noyabr