Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır"Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə"nin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Sənəd Azərbaycan-Böyük Britaniya əməkdaşlığının mövcud potensialını daha geniş strateji çərçivədə birləşdirir, ikitərəfli münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirir və yeni əməkdaşlıq imkanları üçün siyasi zəmin yaradır. Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzunmüddətli siyasi dialoq, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq ənənələrinə əsaslanır. Belə ki, 1994 və 1998-ci illərdəki sənədlərin davamı olaraq imzalanan yeni bəyannamə tərəfdaşlığın müasir geosiyasi və iqtisadi reallıqlara uyğun şəkildə yenilənməsini ifadə edir. Bəyannamənin əsas siyasi mesajlarından biri isə beynəlxalq hüququn fundamental prinsiplərinə, BMT Nizamnaməsinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verilən dəstəkdir. Bəyannamədə, həmçinin müdafiə və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Buraya hərbi təlim və hazırlıq, institusional potensialın gücləndirilməsi, əməliyyat uyğunluğu, müdafiə sənayesi sahəsində imkanların araşdırılması, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, sərhəd idarəçiliyi və hüquqi sahədə qarşılıqlı fəaliyyət daxildir.

Sənədin digər mühüm istiqaməti iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələrinin inkişafı, biznes tərəfdaşlıqlarının təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, maliyyə bazarları və kapital qoyuluşu imkanlarının genişləndirilməsi prioritetlər sırasında yer alır. Xüsusilə bərpaolunan enerji, infrastruktur, nəqliyyat və logistika sahələri əməkdaşlığın perspektivli istiqamətləri kimi diqqət çəkir. Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində və Orta Dəhliz marşrutunda artan rolu ölkənin regional və beynəlxalq iqtisadi əlaqələr sistemində strateji əhəmiyyətini gücləndirir. Bu kontekstdə Böyük Britaniya ilə nəqliyyat-logistika infrastrukturunun, sərhədlərarası bağlantıların və xidmət sektorunun inkişafı üzrə əməkdaşlıq yeni iqtisadi imkanlar yarada bilər.

Bəyannamənin üçüncü əsas istiqaməti təhsil, elm, innovasiya və texnologiya sahələrini əhatə edir. Ali və peşə təhsili, kadr hazırlığı, rəqəmsal və texniki bacarıqların inkişafı, dövlət sektorunda təlim proqramları, süni intellekt, rəqəmsal idarəetmə və elmi tədqiqatlar üzrə əməkdaşlıq imkanları sənəddə xüsusi yer tutur. Birləşmiş Krallıq Universitetləri qlobal reytinqdə ön sıralardadır və xaricdə təhsil sahəsində Azərbaycandan olan gənclər bu ölkədə təhsil almağa üstünlük verirlər. Bu baxımdan, Azərbaycan və Böyük Britaniya universitetləri, elmi-tədqiqat institutları və özəl sektor arasında tərəfdaşlıqların genişləndirilməsi bilik və texnologiya transferinə, innovativ həllərin tətbiqinə və yeni nəsil mütəxəssislərin yetişdirilməsinə xidmət edə bilər. Birgə Bəyannamə əməkdaşlığın üç əsas istiqamətini - təhlükəsizlik, iqtisadi inkişaf və insan kapitalını vahid strateji çərçivədə birləşdirir. Bu tərəfdaşlığın gələcək uğuru isə qarşılıqlı maraqların uzlaşdırılmasından, siyasi dialoqun davamlılığından və bəyan edilən məqsədlərin konkret nəticələrlə dəstəklənməsindən asılı olacaq.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 429   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Artıq Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından aza

16 noyabr
.

Dövlət qulluqçuları bu halda pedaqoji fəaliyyətlə məşğul ola biləcək

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbayca

16 noyabr
.

Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycan beynəlxalq siyasi dialoqun mühüm iştirakçısı kimi

"Bu gün beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliklərin artdığı, təhlükəsizlik çağırışlarının mürəkkəbləşdiyi və dövlətlərarası əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu bir vaxtda Avropa Siyasi Birliyinin (ASB) sammiti xüsusi diqqət çəkir. İrlandiyanın paytaxtı Dublində keçirilən tədbird

13 noyabr
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

14 noyabr
.

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Endi Börnhem ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığ

13 noyabr
.

"ABŞ-ın İranı iqtisadi baxımdan tam təcrid etmək planı müəyyən regional müqavimətlə üzləşib" - BƏHRUZ QULİYEV

"ABŞ-ın İrana qarşı həyata keçirdiyi təzyiq siyasətinin yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. Noyabrın 11-də "The New York Times" qəzetində dərc olunan məlumatlar göstərir ki, Vaşinqton artıq yalnız hərbi-dəniz blokadası və iqtisadi sanksiyalarla kifayətlənmək istəmir. ABŞ administrasiyas

13 noyabr
.

YAP - cəmiyyətin aparıcı qüvvəsi

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 35 ili tamam olur. Cənubi Qafqazın ən qüdrətli siyasi təşkilatı, Azərbaycanın isə hakim siyasi gücü olan partiyamızın yubileyi dövlətimiz və xalqımız üçün vacib, əhəmiyyətli tarixdir. Yeni Azərbaycan Partiyasının qurulduğu 1992-ci il müstəqilli

16 noyabr
.

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa

15 noyabr
.

Ölkə başçısı İlham Əliyev Dublində Çexiyanın Baş naziri Andrey Babişlə görüşüb

Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı

12 noyabr